İDMAN
Azərbaycan boksçusu lisenziya turnirində rəqibini mübarizədən kənarlaşdırıb
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.
Qeyd edək ki, bu gün yığmanın daha bir boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kiloqram) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2024 [16:31]
Azərbaycan klubu paraqvaylı futbolçu ilə müqavilə imzalayıb
- 15.10.2024 [16:09]
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
- 15.10.2024 [15:16]
Amerikalı basketbolçu: Azərbaycan sülhsevər və sakit ölkədir
- 15.10.2024 [13:24]
Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər
- 15.10.2024 [13:18]
“Real Madrid”in sabiq futbolçusu “Boka Xuniors”un baş məşqçisi təyin olunub
- 15.10.2024 [12:17]
Arif Əsədov: Samir Abasov “Neftçi” üçün uğurlu seçimdir
- 15.10.2024 [11:43]