Azərbaycan Dövlət İqtisad Universitetinə bərpa olunmaq istəyənlərin nəzərinə
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) bərpa olunmaq istəyənlər üçün sənəd qəbulu elan edilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, akademik məzuniyyətdən qayıtmış və xaric olmuş şəxslərin bərpası üçün sənəd qəbulu yanvarın 31-dək aparılır.
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına əsasən xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.