“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı yığıncaq keçirilmişdir
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin hazırlanması ilə bağlı yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı yüksək qiymətləndirmişdir. O, gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədi ilə dövlətimizin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Sədr gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini tənzim etmək məqsədi ilə 2002-ci il aprelin 9-da “Gənclər Siyasəti Haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini gənc nəslə dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir.
İclasda Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və başqaları Dövlət Proqramı ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Çıxış edənlər sosial problemlərin həlli, yaradıcı, istedadlı gənclərə, turizm, təhsil və digər sahələrdə potensiallarını nümayiş etdirmək üçün yeni imkanların yaradılması kimi təkliflər irəli sürmüşlər.
Bütün rəy və təkliflər ümumiləşdirilərək “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına daxil edilmək üçün müvafiq qurumların elektron ünvanlarına təqdim olunacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]