AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ “BOSFOR KUBOKU” TURNİRİNDƏ 3 MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, 14 yaşlı Azərbaycan gimnastı Elvin Ağadədəyev İstanbulda başa çatmış Beynəlxalq “Bosfor kuboku” turnirində qızıl medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Elvin finalda at üzərində hərəkətlərdə birinci yeri tutmuş, tirlərdə göstərdiyi hərəkətə görə bürünc medal qazanmışdır. İstanbul turniri Elvin Ağadədəyevin beynəlxalq yarışda uğurlu debütu olmuşdur.
Komanda üçün gümüş medalı isə yaşlı gimnastlar qrupunda çıxış edən Şakir Şıxəliyev qazanmışdır. Avropanın sonunçu çempionatının iştrirakçısı elə həmin tirlərdə özünün mürəkkəbləşdirilmiş kombinasiyasını təcrübəli fransalı gimnastı bir baldan çox qabaqlamaqla başa çatdırmışdır.
Türkiyə turnirində belə uğurlu çıxışlara aparan yol fasiləsiz toplantılardan keçmişdir: Elvin həm Bakıda, həm də Moskvada məşq etmiş, Şakir isə Minskdə üçaylıq təlimlərdə olmuşdur. İdmançıların bu qələbəsi onlarla işləmiş bütün mütəxəssislərin böyük xidmətidir.
İndi gimnastlar noyabrda Ştutqartda keçiriləcək Dünya kuboku uğrunda yarışlara hazırlaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]