Azərbaycan idmançısı Patrik Mak Enti “Devid” ləqəbli atla beynəlxalq turnirin qalibidir
Bakı, 13 may (AZƏRTAC). Mayın 13-də Bakıdakı “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə CSI3*-W kateqoriyalı “Bahar Kuboku” beynəlxalq turnirin ikinci gününə yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan, Gürcüstan və Polşanı təmsil edən idmançılar mübarizə aparmışlar.
Turnirdə Azərbaycan idmançıları Patrik Mak Enti “Devid” ləqəbli atla birinci, Camal Rəhimov “Bill Klinton” ləqəbli atla ikinci, Qennadi Qaşıbeyazov isə “Kalinka” ləqəbli atla üçüncü olmuşdur.
Turniri Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə etmişdir.
Mayın 14-də yekun vurulacaq turnirin ümumi mükafat fondu 156 min ABŞ dollarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
- 09.09.2026 [13:01]
"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb
- 09.09.2026 [12:25]
® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib
- 09.09.2026 [11:50]