Azərbaycan istehlakçı hüquqlarının müdafiəsi sahəsində bir çox ölkələrlə səmərəli əməkdaşlıq edir
Tbilisi, 16 noyabr, AZƏRTAC
Tbilisidə "Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi" mövzusunda ilk beynəlxalq konfrans keçirilir. Azərbaycan tərəfi də bu konfransda geniş nümayəndə heyəti ilə təmsil olunur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli söyləyib.
“Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda dövlət xidmətinin həyata keçirdiyi sahəvi və struktur islahlar bərədə məlumat veriblər. Konfrans çərçivəsində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq modelləri də müzakirə olunub. Bu modellər əsasında Gürcüstanın Milli Rəqabət Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu cür sənəd artıq Belarus və Türkiyə ilə imzalanıb. Bütün bunlar bizə rəqabətlilik və istehlakçı hüquqlarının müdafiəsi sahəsində təcrübə və fikir mübadiləsi aparmağa imkan verir”, - deyə M.Abbasbəyli vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]