AZƏRBAYCAN KREDİT İTTİFAQLARI ASSOSİASİYASI DÜNYA KREDİT İTTİFAQLARI ŞURASININ ÜZVÜ OLACAQDIR
AZƏRTAC xəbər verir ki, 2003-cü ildə təsis edilmiş Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) cari ildə Dünya Kredit İttifaqları Şurasının (WOCCU) üzvü olacaqdır.
Qurum, həmçinin özünün beşillik yubileyi ərəfəsində internet saytını yaradacaqdır. İstifadəçilərə Azərbaycan, ingilis və rus dillərində təqdim olunacaq saytda AKİA-nın fəaliyyəti, ölkədə və dünyada kredit kooperasiyasının vəziyyəti ilə yanaşı, beynəlxalq kredit kooperasiya hərəkatının tarixi, Azərbaycanda ilk kredit kooperativlərinin yaradılması, qanunvericilik, tövsiyələr və digər maraqlı məlumatlar öz əksini tapacaqdır.