Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasında gənc alimlər üçün onlayn seminar keçirilib

Bakı, 1 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun rəhbərliyi, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” mövzusunda onlayn interaktiv seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Əminağa Sadıqovun moderatorluğu ilə “Zoom” platforması vasitəsilə keçirilən onlayn seminara Akademiyanın müxtəlif elmi müəssisələrində çalışan, habelə xarici ölkələrdə (ABŞ, Kanada, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa və s.) təhsil alan və tədqiqat aparan azərbaycanlı gənc alim və mütəxəssislər, o cümlədən doktorant və dissertantlar qatılıblar.

Tədbiri giriş nitqi ilə açan Əminağa Sadıqov əvvəlcə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrə münasibət bildirib. O, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Ermənistanın bu təxribatına qarşı sərt mövqe nümayiş etdirməsini, onun rəhbərliyi ilə ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini və onu susdurmasını, eləcə də xalqımızın öz dövlətinə və onun rəhbərinə sədaqət nümayiş etdirməsini yüksək qiymətləndirib.

Sonra mənfur düşmənin Azərbaycanın Tovuz rayonunda törətdiyi hərbi təxribata qarşı döyüşlərdə qəhrəmancasına şəhid olan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ə.Sadıqov vurğulayıb ki, xalqımızın əsas ziyalı təbəqəsinin cəmləşdiyi AMEA və onun prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla, Rəyasət Heyətinin üzvləri, çoxsaylı alimləri, o cümlədən gənc mütəxəssisləri bütün bu prosesləri diqqətlə izləyib, xalqımızın avanqard intellektual qüvvəsi kimi ölkə başçısının yanında olduqlarını praktiki addımları və əməlləri ilə nümayiş etdiriblər. Bu işdə AMEA-nın Elm və təhsil idarəsinin əməkdaşları və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri xüsusi fəallıq göstəriblər.

Bu gün bütün dünyanın eyni zamanda koronavirus pandemiyasına qarşı mübarizə apardığını söyləyən Ə.Sadıqov qeyd edib ki, ən böyük təlatümlər zamanı bəşəriyyət elmə müraciət edir, alimlərin dəstəyindən istifadə edərək ən böyük böhran vəziyyətlərindən çıxır. Pandemiya ilə əlaqədar ölkədə elan edilən karantin rejiminin tələblərinə uyğun fəaliyyətinə icazə verilən digər orqanlar kimi, AMEA və onun tədqiqat institutları da bu müddət ərzində əsasən onlayn rejimdə fəaliyyət göstərir. Karantin rejimi alimlərimizin tam potensiallarını ortaya qoymasında müəyyən çətinliklər yaratsa da, bütövlükdə fəaliyyətimizə ciddi maneələr yaratmadı.

Ölkə daxilində və xaricdə bir sıra kütləvi tədbirlərin təxirə salınmasına baxmayaraq, AMEA Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində uğurlu fəaliyyətini davam etdirir, alimlərimiz tədqiqatlarının əsas nəticələrini nüfuzlu jurnallarda dərc etdirir, habelə çoxsaylı onlayn beynəlxalq konfranslarda iştirak edərək əcnəbi həmkarları ilə geniş fikir mübadiləsi aparırlar.

Ə.Sadıqov pandemiya şəraitindən minimal itkilərlə çıxmaq üçün alimlərimizin, xüsusən də gənc mütəxəssislərin çiyinlərinə böyük yük düşdüyünü bildirib. Qeyd edib ki, gənc tədqiqatçılar aid olduqları elm sahələrində dünya elminə daha çox töhfə verməli, Azərbaycan elmini layiqincə təmsil etməlidirlər.

O, pandemiya şəraitinin yaratdığı problemlərdən danışaraq bildirib ki, tədbirlərin internet üzərindən keçirilməsi zamanı ötürülən məlumatların konfidensiallığının lazımi səviyyədə təmin olunması məsələləri ortaya çıxır. Bununla yanaşı, pandemiyanın insanın fiziki, mənəvi və psixoloji sağlamlığına, eləcə də iqtisadiyyata vurduğu ziyanlardan danışan Ə.Sadıqov onun idarəetmənin modelləşdirilməsi və avtomatlaşdırılması sahəsində mövcud problemləri üzə çıxardığını da vurğulayıb.

AMEA-nın akademik-katibi seminara xarici ölkələrdən qoşulan azərbaycanlı gənc alimləri salamlayaraq, akademiyanın onlara böyük ümid bəslədiyini bildirib. Qeyd edib ki, onlar Azərbaycanın elmi, siyasi və iqtisadi maraqlarını beynəlxalq arenada müdafiə edən əsas qüvvə olmalıdırlar. Müvafiq dövlət orqanları və Azərbaycan Milli Elmlər Akademiyası bu işdə onlara dəstək olmağa hazırdır.

Seminarda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd edib ki, ölkəmizin hazırda iki cəbhədə - həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizəsində gənc alim və mütəxəssislər üzərlərinə düşən məsuliyyəti yetərincə dərk edir, çalışdıqları elm sahələrində Azərbaycanın nüfuzuna fayda gətirə bilən saysız-hesabsız işlər həyata keçirirlər. Pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə idarəçilik mexanizminin formalaşdırıldığını, yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırıldığını vurğulayan şura sədri bunun nəticəsində ölkədə yoluxanların sayının getdikcə azaldığını deyib.

Gənc alimlərin ölkədə baş verən bütün proseslərə adekvat münasibət bildirdiyini söyləyən F.Salmanov AMEA tərəfindən xaricdə təhsil və tədqiqat üçün göndərilən gənclərimizin də Azərbaycana dəstək aksiyalarında fəal iştirak etdiklərini qeyd edib. Şura sədri gənc alimlərimizin elmi-ictimai fəaliyyətlərini daha da gücləndirməsinin zəruriliyini qeyd edərək, onların çalışdıqları laboratoriya və şöbələrin təkcə tədqiqatla məşğul olduqları bir yer deyil, həm də düşmənə qarşı əsaslandırılmış elmi mübarizə meydanı olduğunu vurğulayıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatlarda Azərbaycan Ordusunun göstərdiyi rəşadətin təqdirəlayiq olduğunu söyləyib, mənfur düşmənin ölkəmizə qarşı təcavüzünün qətiyyətlə pisləndiyini bildirib.

Fail Kazımov pandemiya dövründə ən böyük çətinliklərlə üzləşən sahələrdən birinin təhsil sahəsi olduğunu deyərək qeyd edib ki, bu gün dünyanın 186 ölkəsində tədris dayandırılıb, 1,2 milyard tələbə və şagird təhsil prosesindən kənarda qalıb. Azərbaycanda da mart ayının əvvəllərindən ənənəvi təhsil prosesinin müvəqqəti dayandırıldığını söyləyən idarə rəisi tədrisin onlayn vasitələrdən istifadə etməklə davam etdirildiyini vurğulayıb. O, AMEA-da da magistrant və doktorantların təhsil prosesinin akademiya prezidentinin müvafiq sərəncamına uyğun olaraq distant həyata keçirildiyini diqqətə çatdırıb.

İdarə rəisi, həmçinin alimlərimizin onlayn fəaliyyəti, yüksəkixtisaslı kadr hazırlığı, dünya elminə inteqrasiya və elmlə təhsilin vəhdəti istiqamətində görülən işlərdən danışıb. F.Kazımov fikirlərinə statistik rəqəmlərlə aydınlıq gətirib və bundan sonra ölkənin inkişafında Azərbaycan elminin rolunun artırılması istiqamətində görüləcək işlər, qarşıdakı hədəflər barədə məlumat verib.

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva elmin inkişafında gənc tədqiqatçıların böyük rola malik olduğunu söyləyib. O, seminarda AMEA tərəfindən xaricdə təhsil məqsədilə göndərilən tələbələrin də iştirak etdiyini qeyd edib: “Qürurverici haldır ki, xaricə təhsil və ya tədqiqat üçün gedən gənclərimiz öz araşdırmaları nəticəsində əldə etdikləri uğurlarla Azərbaycan elminin qüdrətini və potensialını bütün dünyaya tanıdırlar”.

Bildirilib ki, ötən illərlə müqayisədə, indiki dövrdə Azərbaycan gəncləri informasiya mübarizəsində böyük fəallıq nümayiş etdirir, ölkəmizin haqq səsini dünyaya çatdırırlar. Pandemiya şəraitinin xarici elmi tədqiqat qurumları və təşkilatları ilə əlaqələri bir qədər məhdudlaşdırdığını deyən idarə rəisi bu səbəbdən bir sıra layihələrin vaxtının uzadıldığını vurğulayıb.

Avropa Komissiyasının “Horizon-2020” tədqiqat və innovasiyalar proqramı çərçivəsində bir sıra uğurlu nəticələrin əldə olunduğunu vurğulayan E.Əlirzayeva karantin müddətində COST proqramı çərçivəsində 6 layihənin icra olunduğunu nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Əfsun Sucayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Sakin Cabbarov, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı gənclərin daim dövlət siyasətinin həyata keçirilməsinə dəstək nümayiş etdirdiklərini, koronavirus pandemiyasının yayılması ilə əlaqədar bu dəstəyin özünü daha aydın büruzə verməyə başladığını qeyd ediblər.

Çıxış edənlər pandemiya dövründə gənc alimlər tərəfindən aparılan tədqiqatlardan danışıb, onların araşdırmalar zamanı qarşılaşdıqları problemlərin həlli yolları ilə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Onlayn seminarda, həmçinin Kanadanın “Redlen Technologies” şirkətinin tədqiqatçısı Rəvanə Həmzəyeva, Böyük Britaniyanın Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva, Dubna Birləşmiş Nüvə Tədqiqatları Mərkəzində tədqiqatçı, fizika üzrə fəlsəfə doktoru Mətləb Mirzəyev, Polşanın Poznan Universitetində post-dok tədqiqatçı, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədov və Fransanın Monpelye Universitetinin doktorantı Səid Paşayev çıxış edərək Azərbaycan-Ermənistan sərhədində baş verən proseslərə öz münasibətlərini bildiriblər.

Gənc alimlər xaricdə yaşayan azərbaycanlıların ermənilərin dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Rusiyada törətdikləri əməllərini pislədiklərini, Azərbaycana dəstək aksiyaları keçirdiklərini vurğulayıblar. Həmçinin koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar elmi araşdırmaların aparılmasında üzləşdikləri problemlərdən danışıblar.

Seminara xəstəxanadan qoşulan və COVID-19-dan müalicə olunan Fiziologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, ixtisasca həkim Şövqi Hüseynov təcrübəsini bölüşərək özünün gənc və fiziki olaraq sağlam olmasına baxmayaraq, koronavirusdan müalicəsinin çox ağır getdiyini, bir neçə gün süni nəfəs aparatına qoşulduğunu və reanimasiyada yatdığını, dövlətin onun müalicəsinə on minə yaxın vəsait xərclədiyini bildirib. O, gənc həmkarlarını və əhalini müvafiq dövlət qurumlarının pandemiya ilə bağlı tətbiq etdikləri qaydalara ciddi əməl etməyə çağırıb.

Tədbirə yekun vuran AMEA-nın akademik-katibi Əminağa Sadıqov Akademiya gənclərinin koronovirus pandemiyası dövründə də dövlətin siyasətini dəstəklədiklərini, pandemiya ilə əlaqədar yaranan problemlərin həllinə töhfə verdiklərini, eləcə də əhəmiyyətli elmi nəticələrin əldə olunmasında fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Ə.Sadıqov, həmçinin gənclərimizi ayıq olmağa, bəzi xarici qüvvələrin törətmək istədiyi təxribatlara uymamamağa və onlara qarşı diqqətli davranmağa səsləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb