Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümü qeyd edilib

Bakı, 22 iyul (AZƏRTAC). İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 139-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başladı.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mərasimi açaraq, son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən danışdı.

V.Səfərli jurnalistlərin milli mətbuatın 139-cu ildönümü ilə əlaqədar keçirilən fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verdi. Bildirdi ki, müsabiqəyə 116 yazı təqdim olunub. Bu yazıların müəllifləri 66 redaksiyanı təmsil edir. Yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 30 jurnalistin müsabiqənin qalibi olması, 10 nəfərin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul edib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV mərasimdə çıxış edərək dedi:

- Hörmətli jurnalistlər!

Xanımlar və cənablar!

Bu gün Azərbaycan milli mətbuatının 139-cu ildönümü tamam olur. Sizin hamınızı və bütün Azərbaycan jurnalistlərini bu münasibətlə səmimi qəlbdən təbrik edirəm.

Tarixə nəzər salsaq görərik ki, zəngin ənənələrə malik olan milli mətbuatımız mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan milli mətbuatı XIX əsrin II yarısında çar Rusiyasında cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni proseslərin milli ucqarlara, o cümlədən Azərbaycana təsiri altında təşəkkül tapmağa başladı. Həmin dövrdə imperiyada həyata keçirilən liberal islahatlar Azərbaycanda milli burjuaziyanın formalaşmasına və maarifçilik hərəkatının inkişafına əlverişli zəmin yaratdı.

Azərbaycan dilində ilk informasiya nümunələri XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Lakin 1832-ci ildə buraxılan “Tiflis əxbarı” və 1845-ci ildə fəaliyyətə başlayan “Qafqazın bu tərəfinin xəbərləri” adlanan nəşrlər ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri idi və milli mətbuat nümunələri hesab edilmirdi. Qeyd olunmalıdır ki, həmin dövrdə Cənubi Qafqazda 20-yə yaxın rus, 15 gürcü, o qədər də erməni dilində mətbuat-informasiya vasitəsi nəşr edilirdi. Çar Rusiyası sadəcə olaraq Azərbaycan dilində mətbuat orqanının yaradılmasına, Cənubi Qafqazın müsəlman əhalisinin savadlanmasına imkan vermirdi. Bu da həmin dövrdə rus imperiyasının həyata keçirdiyi dini və milli ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Odur ki, görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim və naşir Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin - “Əkinçi” qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi və həmin gün - 22 iyul 1875-ci il Azərbaycanda Milli Mətbuat Günü hesab olunur. Azərbaycanda milli mətbuat tarixini şərti olaraq 4 mərhələyə bölmək olar.

Birinci mərhələyə 1875-1918-ci illəri aid edirlər. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin çapı ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. İki ilə yaxın fəaliyyət göstərən “Əkinçi” Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri kimi açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc etmiş, xalqın mədəni tərəqqisinə çalışmış, dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparmışdır. İlk növbədə özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirərək, onları milli jurnalistika məktəbi səviyyəsində təbliğ etmişdir.

XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində “Əkinçi” ənənələrini davam etdirən “Ziyayi-Qafqaziyyə”, “Kaspi”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər milli Azərbaycan nəşrləri yaranmış, fəaliyyət göstərmiş və milli oyanış, milli özünüdərk prosesinin aparıcı nümunələri kimi şöhrət qazanmışlar. Həmin dövrdə milli öndərlərimiz və aydınlarımızdan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şahtaxtılı, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Əli Nəzmi və digərləri millətin böyük maarifçilik tribunasına çevrilmiş milli mətbuatımızın səhifələrində xalqımızın milli mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına mühüm töhfələr vermiş, ən əsası Azərbaycan xalqının azadlıq arzularının gerçəkləşməsində böyük rol oynamışlar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-1920-ci illərdə Azərbaycan milli mətbuatı öz inkişafının ikinci mərhələsinə qədəm qoymuş, milli müstəqilliyin möhkəmləndirilməsi, milli dövlət, milli-mədəni quruculuq sahəsində AXC-nin fəaliyyətinin geniş kütlələrə çatdırılması və təbliğ olunması istiqamətində hərtərəfli fəaliyyət göstərmişdir. Bu mərhələdə milli mətbuatın əsas missiyası müstəqil dövlətçiliyə və milli inkişafa xidmət üzərində qurulmuşdur. Həmin dövrdə demokratik prinsipləri, o cümlədən söz və mətbuat azadlığını təsbit edən rəsmi hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun bəy Hacıbəyovların rəhbərliyi ilə “Azərbaycan” qəzeti fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki il ərzində “Açıq söz”, “İstiqlal”, “Azərbaycan”, “Bəsirət”, “İttihad”, “Kaspi” qəzetləri, “Qurtuluş”, “Əfkar”, “Övraqi-nəfisə” jurnalları da daxil olmaqla ölkədə 129 qəzet və jurnal nəşr edilmişdir. Həmin dövrün mətbuatı “Əkinçi” ənənələrini davam etdirməklə yanaşı, Əlimərdan Topçubaşov, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Nəsib Yusifbəyli, Əli Hüseynzadə, Məhəmməd Hadi, Abdulla Şaiq, Firudun Köçərli, Əbdürrəhim Haqverdiyev, Süleyman Sani Axundov və digər milli aydınlara, qabaqcıl ictimai-siyasi xadimlərə, mədəniyyət nümayəndələrinə, maarifçi qələm sahiblərinə geniş meydan verərək milli müstəqillik, dünyəvi, demokratik cəmiyyət quruculuğu ideyalarının carçısı olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada tanıdılması işinə böyük töhfələr vermişdir.

Azərbaycan milli mətbuat tarixinin 1920-1991-ci illəri əhatə edən üçüncü mərhələsi Sovet hakimiyyəti illərinə təsadüf edir. Bu dövrdə mətbuat partiyalı mövqeyi ilə seçilərək, “sosializm realizmi” və kommunizm ideyalarının təbliği ilə məşğul olmuş, bütün SSRİ-də olduğu kimi Azərbaycan jurnalistikası da ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, həmin illərdə milli mətbuatımız texniki imkanları və məzmun baxımından inkişafını davam etdirmiş, Azərbaycanda yeni teleradio jurnalistikası təşəkkül tapmış, kütləvi informasiya vasitələrinin coğrafiyası və tematikası genişlənərək respublikanın ictimai-siyasi həyatının bütün sahələrini əhatə etmişdir. Azərbaycan televiziyası və radiosu, “Kommunist”, “Kənd həyatı”, “Bakinski raboçi”, “Vışka”, “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakı-Baku” və digər tanınmış mətbuat orqanlarında kommunist ideologiyası və təbliğatı ilə yanaşı, iqtisadi, elmi, mədəni inkişafla əlaqədar məsələlər də öz əksini tapmışdır. 1969-cu ildə ümummilli lider Heydər Əliyev respublikada rəhbərliyə gələndən sonra, sovet senzurasının mövcudluğuna baxmayaraq, yerli kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının milli obrazının, azərbaycançılıq ideyasının, milli vətənpərvərlik hissinin təbliği, ana dilinin inkişaf etdirilməsi, milli şüurun və özünüdərkin formalaşdırılması prosesinə rəvac verilmiş və bu xətt sonrakı dövrdə geniş vüsət almışdır. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı nəinki özünün keçmiş zəngin milli ənənələrini qoruyub saxlaya bilmiş, həm də jurnalistikada yeni-yeni nailiyyətlərə imza atılmışdır. Mətbuat öz maarifçilik funksiyasını davam etdirərək respublikanın ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Ötən əsrin 90-cı illərindən başlayaraq müstəqillik uğrunda xalq hərəkatı və milli mübarizə, dövlət müstəqilliyinin əldə edilməsi və milli dövlət quruculuğu proseslərinin gedişində Azərbaycan milli mətbuatının inkişafının yeni - dördüncü mərhələsi başlanmış və bu gün də bu proses davam etməkdədir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşdırılması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuat siyasəti qarşısında dayanan əsas vəzifələri kimi müəyyən etmişdir.

Məhz Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ 1995-ci ildə qəbul edilmiş Konstitusiyada öz əksini tapmışdır. Sonrakı illərdə bu prinsip hüquqi norma kimi dövlət həyatının bütün sahələrində təsbit edilmiş, siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran bütün senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilmiş, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılmış, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Buna paralel olaraq Heydər Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən həyata keçirilmiş çoxsaylı tədbirlər mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsində, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsində əvəzsiz rol oynamışlar.

Heydər Əliyev prezidentlik fəaliyyətində həmişə jurnalistlərlə yaxın təmasda olmuş, onların sosial, maddi və mənəvi problemləri ilə maraqlanmış və qələm əhlinə heç vaxt öz köməyini əsirgəməmişdir. Hesab edirəm ki, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi Ümummilli Liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən biridir. 2002-ci ilin martında Heydər Əliyevin Azərbaycan “Jurnalistlərinin dostu” seçilməsi Ümummilli Liderin söz və məlumat azadlığına, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olmuşdur.

2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonrakı dövrdə bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri sahəsində də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət və formalaşmış ənənələr, Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatlar konseptual şəkildə, müasir dövrün reallıqları nəzərə alınmaqla davam etdirilmişdir. Müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş və şəffaflaşdırmışdır.

İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçmişdir.

Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2010-cu il 22 iyul tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bir bina inşa edilmişdir. 2013-cü il iyulun 22-də Azərbaycan Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilmiş və tam təmirli mənzillər jurnalistlərə paylanmışdır. Elə həmin gün cənab Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoymuşdur.

Ötən illərdə həyata keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərmişdir. Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın fəal internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.

Prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-lərin hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirərək, onu iki dəfə - 2010-cu və 2013-cü illərdə “Jurnalistlərin dostu” seçmişlər.

Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik, demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilmişdir. Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr qoyur. Prezident İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin inkişafında, milli mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının, müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda, öz tarixi dəyərlərini, jurnalistikada “Əkinçi” ənənələrini yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.

Bir daha bütün Azərbaycan jurnalistlərini milli mətbuatımızın 139-cu ildönümü münasibətilə təbrik edir, hər birinizə can sağlığı və yaradıcılıq uğurları arzulayıram.

X X X

Sonra müsabiqənin qaliblərinə Fondun mükafatları təqdim edilib. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Suvar İbadov da vardır.

Daha sonra mərasimdə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov nazirlik adından Mətbuat Şurasının sədri Əflatun Amaşova və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə fəxri fərman təqdim etdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Azərbaycan milli mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər saldı, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolunu vurğuladı.

Sonda Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” təqdim olundu. “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov mükafat alanlar adından çıxış edərək minnətdarlığını bildirdi, Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafına göstərilən diqqət və qayğıdan danışdı.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimə yekun vuraraq jurnalistlərə yeni yaradıcılıq uğurları arzuladı, dövlətimizin mətbuatın inkişafına bundan sonra da diqqət və qayğı göstərəcəyini bir daha vurğuladı.

Mərasim konsert proqramı ilə davam etdi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və İranın xarici işlər nazirləri arşında telefon danışığı olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ