ELM VƏ TƏHSİL
Azərbaycan neft sənayesinin tarixi polşalı və fələstinli tələbələrin marağına səbəb olub
![Azərbaycan neft sənayesinin tarixi polşalı və fələstinli tələbələrin marağına səbəb olub](/files/2014/2/1200x630/1408712526108616293_1200x630.jpg)
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) muzey işinin təşkili şöbəsi Xəzər Universitetinin Beynəlxalq neft və qaz yay məktəbinin təşəbbüsü ilə şirkətin Muzey eksponatlarının saxlanılması və bərpası mərkəzinə ekskursiya təşkil edib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekskursiyada Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri ilə yanaşı, yay məktəbinin xarici dinləyiciləri olan polşalı və fələstinli tələbələr də iştirak ediblər.
Tələbələr muzeyin eksponatları ilə tanış olub, Azərbaycan neft sənayesinin tarixi haqqında ətraflı məlumat alıblar. Həmçinin Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti ilə bağlı interaktiv rəqəmsal ekspozisiya nümayiş etdirilib. Tələbələrin böyük marağına səbəb olan ekskursiya zamanı onları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.