Azərbaycan nümayəndə heyəti Çexiyanın qiymətli kağızlar bazarının təcrübəsini öyrənəcəkdir
Bakı, 13 may (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti mayın 15-dən 22-dək Çexiya Respublikasında işgüzar səfərdə olacaqdır.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Çexiya qiymətli kağızlar bazarının inkişaf və tənzimlənmə təcrübəsi ilə tanışlıq, qiymətli kağızlar bazarında qarşılıqlı investisiya imkanlarının müzakirə edilməsi və iki ölkənin qiymətli kağızlar bazarı tənzimləyiciləri arasında əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsidir.
Səfər çərçivəsində nümayəndə heyətinin Çexiya qiymətli kağızlar bazarında tənzimləyici funksiyaları yerinə yetirən Mərkəzi Bankı, Praqa Fond Birjası, qiymətli kağızların Mərkəzi Depozitarı, broker şirkətləri, investisiya bankları və qiymətli kağızlar bazarı iştirakçılarının peşəkar assosiasiyaları ilə görüşləri və qarşılıqlı fayda doğuran məsələlərin müzakirəsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:55]
® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]