CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Düşənbədə I Avropa-Asiya Tibb Konqresində iştirak edib
![](/files/galleryphoto/2022/3/1200x630/16666847232579228160_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666684723437828946_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847231133134621_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847234069562473_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847234688954542_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847233968236595_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666684723115718798_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847234850727998_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847234082838006_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666847233983442997_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Tacikistanın paytaxtı Düşənbədə I Avropa-Asiya Tibb Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Almaniya, Türkiyə, Azərbaycan, Tacikistan və digər Mərkəzi Asiya ölkələrindən 300 nəfərdən çox həkimin iştirakı ilə keçirilən konqresin əsas təşkilatçılarından biri Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və onun nəzdində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzi konqresin prezidentlərindən biri azərbaycanlı alim, professor Qurbanxan Müslümov olub. Konqresdə tibbin müxtəlif sahələrini (ümumi və laparoskopik cərrahiyyə, endoskopiya, onkologiya, radiologiya və s.) əhatə edən mühazirələr Almaniya, Türkiyə, Azərbaycan, Tacikistanın müxtəlif nüfuzlu universitet və klinikalarında çalışan 25 nəfər yüksəkixtisaslı mütəxəssis və alimlər tərəfindən söylənilib.
Konqresin açılış mərasimində Tacikistanın səhiyyə və sosial müdafiə naziri Camolloddin Abdullozoda, Türkiyənin və Almaniyanın Tacikistan Respublikasındakı səfirləri, 10-a yaxın millət vəkili və digərləri iştirak edib. Məruzəçilər bu kimi beynəlxalq tədbirlərin ölkələr arasındakı tibbi mübadilə, tibbin müxtəlif sahələrinə yeni texnologiyaların inteqrasiyası baxımından çox dəyərli olduğunu bildiribdir. Bu nüfuzlu beynəlxalq konqresin açılış mərasimində Azərbaycan nümayəndə heyəti adından konqres rəhbərliyinə Vətən müharibəsindəki Qələbəmizin 2-ci ildönümü şərəfəsinə toxunulmuş Şuşa xalçası hədiyyə edilib.
Həmçinin konqres çərçivəsində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov tərəfindən Tacikistanda ilk dəfə endoskopik tiroidektomiya, laparoskopik dalaq rezeksiyası və bir sıra digər unikal laparoskopik əməliyyatlar icra edilmiş, treyninq kursları və ustad dərsləri təşkil edilib.
Konqres çərçivəsində Almaniya, Türkiyə və Azərbaycandan gəlmiş xarici mütəxəssislər tərəfindən endoskopik mədə balonunun yerləşdirilməsi, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, ultrasonoqrafiya və onkologiya üzrə ustad dərsləri keçirib.
Konqres çərçivəsində keçirilən plenar iclaslardan biri də Tacikistan Tibb Universitetinin böyük Elmi Şurasının genişləndirilmiş iclasında müəllim və tələbə heyəti qarşısında söylənilib. Həmin toplantıda professor Qurbanxan Müslümov Tacikistan Tibb Universitetinin Elmi Şurasının qərarı ilə həmin universitetin fəxri professoru adına layiq görülüb.