Azərbaycan nümayəndə heyəti Özbəkistana gedəcək
Daşkənd, 2 fevral, AZƏRTAC
Fevralın 4-5-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin bir sıra istehsalçı şirkətlərin rəhbərləri daxildir.
Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinin Özbəkistanın Baş naziri Abdulla Aripov və Baş nazirin müavini Eler Qəniyevlə görüşü gözlənilir.
Həmçinin nümayəndə heyətinin üzvləri Özbəkistanın müvafiq nazirlik və şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirəcək, istehsalat sahələrinə baş çəkəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:38]
“Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]