Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ombudsmanı Anım Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan ombudsmanı Anım Günü ilə əlaqədar bəyanat yayıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir.

“İki il bundan əvvəl, yəni 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan Ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqla insan tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır.

Bununla əlaqədar Azərbaycan Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq əks-hücum əməliyyatları həyata keçirməklə özünümüdafiə hüququndan istifadə etmişdir.

44 gün davam etmiş Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutulmuş, hətta hərbi əməliyyatların aparıldığı bölgədən çox uzaq məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərləri, Bərdə, Qəbələ, Siyəzən, Xızı və digər rayonlar da uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından açılan hücumlara məruz qalmışdı. Ermənistanın növbəti hədəfi isə Azərbaycanın paytaxtı Bakı şəhəri olmuş, lakin buna nail ola bilməmişdir.

Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş “Skad”, “Smerç” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə ağ fosforlu və kaset tipli sursatlardan çəkinmədən istifadə etməklə törətdiyi müharibə cinayətləri 12-si uşaq olmaqla 100-ə yaxın dinc sakinin qətlə yetirilməsi, 450-dən çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdıldı və ya qəzalı vəziyyətə düşdü.

Ermənistan ötən dövr ərzində qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə, qəsdən kütləvi yanğınlara səbəb olmaqla, ətraf mühiti, o cümlədən təmiz su mənbələrini fiziki və kimyəvi çirklənməyə məruz qoymaqla, təbiətə, flora və faunaya ciddi ziyan vurmaqla Azərbaycana qarşı həm də məqsədli şəkildə ekosid cinayəti törətmişdir.

Məlumdur ki, hazırda qlobal problemlərdən biri olan dövlətlər arasındakı silahlı münaqişələrin həlli və sülhün bərqərar edilməsi, bununla da bəşəriyyətin inkişafına ciddi maneələr yaradan halların aradan qaldırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Buna görə də dayanıqlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyəti təşviq etməklə bilavasitə fundamental insan hüquqlarının müdafiəsinə xidmət edən ədalətli və davamlı sülhün təmin edilməsi, xalqlar arasında irqi, etnik, dini zəmində ayrı-seçkiliyə, nifrət nitqinə, əsassız qarşıdurmalara və ikili standartlara son qoyulması olduqca vacibdir.

Bu baxımdan Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda dövlətlərarası münasibətlərin yeni reallıqlara uyğun olaraq normallaşdırılmasına və inkişafına xidmət edən davamlı sülhün təmin olunması, regionda uzun müddət davam etmiş münaqişənin tam aradan qaldırılması, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üçün yeni imkanlar yaranmışdır.

Bütün bunlara baxmayaraq, uzun illərdir Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik, dini zəmində kəskin nifrət siyasəti həyata keçirməklə sülh prosesinə müntəzəm şəkildə maneə yaradan Ermənistan hələ də insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlar törətməkdə davam edir.

Postmüharibə dövründə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın mövqelərinin dəfələrlə atəşə tutulması, habelə bu il sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi qulluqçuların və mülki şəxslərin yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb olan genişmiqyaslı hərbi təxribat törədilməsi bunu bir daha təsdiq edir. Bundan əlavə, atəşkəs rejiminin dəfələrlə pozulması, qaranlıq hava şəraitində ərazinin dağlıq relyefi və mövcud dərə boşluqları istifadə edilməklə müxtəlif istiqamətlərdə, xüsusilə də, Azərbaycanın ərazilərində geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərdə, təminat yollarında Ermənistanda istehsal olunmuş çoxsaylı minaların basdırılması, eyni zamanda, son dövrlər erməni əsilli şəxslər tərəfindən xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlar da məhz Ermənistanın sülh tərəfdarı olmadığının göstəricisidir.

Yeri gəlmişkən, Ermənistan tərəfindən işğal dövründə ərazilərimizə müxtəlif növ minaların və digər partlayıcı qurğuların basdırılması və onların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməməsi hələ də problem olaraq qalmaqdadır. Ümumiyyətlə, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina qurbanı olmuşdur. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır.

Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onun Əlavə protokollarının tələblərinə zidd olaraq qəsdən törədilən hərbi təxribatlar regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıdışının qarşısını almaq məqsədi daşıyır.

Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərindən, o cümlədən beynəlxalq humanitar hüquqdan, habelə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin səmərəli icrasında ədalətli və dayanıqlı sülhün mühüm rol oynadığını, lakin sülh prosesinə davamlı olaraq maneə yaradan Ermənistanın Azərbaycana qarşı etnik-dini zəmində nifrət və işğalçılıq siyasətindən hələ də əl çəkməməsi səbəbindən Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunmasına daimi təhdid və təhlükənin mövcud olduğu nəzərə alınmaqla təxirə salınmadan aşağıdakı addımların atılması olduqca vacibdir:

• Beynəlxalq təşkilatlar, dünya dövlətləri, xarici ölkələrdə fəaliyyət göstərən ombudsman təsisatları və digər milli insan hüquqları institutları irqi, etnik, dini və mədəni mənsubiyyətinə görə azərbaycanlıların hüquqlarını kobud şəkildə pozan Ermənistan Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüququn tələblərinə əməl olunması və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə səylər göstərməlidir;

• Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməli, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yaşamaq, təhlükəsiz yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərə tamamilə son qoymalıdır;

• Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin dəqiqləşdirilməsi məqsədilə delimitasiya və demarkasiya prosesi obyektiv şəkildə həyata keçirilməli və regionun siyasi-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən sülh müqaviləsinin bağlanması təmin edilməlidir;

• Ermənistan Birinci və İkinci Qarabağ müharibələri dövründə itkin düşmüş şəxslərin taleyi barədə Azərbaycana obyektiv məlumat təqdim etməli və işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrini təhvil verməlidir;

• Ermənistana məxsus qanunsuz silahlı dəstələr Azərbaycanın ərazisindən dərhal çıxarılmalı, regionun inkişafı üçün əhəmiyyətli nəqliyyat kommunikasiyalarının açılmasına, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirəcək yeni nəqliyyat kommunikasiya xətlərinin inşasına, daxili məcburi köçkünlərin və qaçqınların öz əzəli ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşamalarına şərait yaratmaqla 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün şərtlərinə əməl edilməlidir;

• Ermənistanda və onun sərhədlərindən kənarda azərbaycanlılara qarşı dözümsüzlük mühitinin formalaşmasına səbəb olan, tərəflər arasında dayanıqlı sülhün təmin edilməsinə maneə yaradan xoşagəlməz hadisələr, eyni zamanda erməni əsilli şəxslər tərəfindən açıq çıxışlarda, sosial mediada düşmənçiliyi təşviq edən nifrət və kin dolu ifadələrin işlənməsi kəskin şəkildə pislənilməlidir. BMT tərəfindən qəbul edilmiş “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına, "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə edilmiş hücumlarla bağlı qanuni ölçü götürülməlidir.

Ümidvarıq ki, nüfuzlu beynəlxalq təşkilatların və sülhsevər dövlətlərin birgə dəstəyi nəticəsində insan hüquqlarının müdafiəsinə dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, habelə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli birgə bəyanatların bütün müddəalarının Ermənistan tərəfindən ardıcıl surətdə yerinə yetirilməsinə və beləliklə də, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsinə nail olmaq mümkün olacaqdır”.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub