Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–Özbəkistan əlaqələri yeni müstəvidə

Azərbaycan–Özbəkistan əlaqələri yeni müstəvidə

Bakı, 22 iyun, AZƏRTAC

Eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Özbəklər hər zaman Azərbaycan ədəbiyyatına, mədəniyyətinə böyük maraq göstərmiş, azərbaycanlı ədiblərin əsərlərindən bəhrələnmişlər. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlər hər zaman özbək ədəbi-mədəni mühitində, ictimai fikrində öyrənilmiş, təbliğ olunmuşdur. Hələ orta əsrlərdən başlayaraq böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə edilmiş, özbək ədəbiyyatında və əbəbiyyatşünaslığında Nizami ənənələri xüsusi rol oynamışdır.

Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Azərbaycan-Özbəkistan əlaqələri yeni müstəvidə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Sovet hakimiyyəti illərində türk xalqlarının qarşılıqlı münasibətlərinə yaradılmış maneələrə, siyasi təqiblərə baxmayaraq xalqlarımız arasında əlaqələr davam etdirilib. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə çatmış ədəbi-mədəni əlaqələr xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Bu illərdə Azərbaycan və Özbəkistanda qarşılıqlı olaraq teatr günləri, mədəniyyət dekadaları, incəsənət sərgiləri, ədəbiyyat və incəsənət günləri keçirilib, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlər görülüb. Həmçinin bəhs olunan dövrdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Zəlimxan Yaqub kimi görkəmli mütəfəkkir, şair və yazıçılarımızın əsərləri qardaş Özbəkistanın ədəbi-bədii orqanlarında özbək dilinə tərcümə edilərək çap olunub. 70-80-ci illər ədəbiyyatında qardaş özbək xalqı ilə bağlı bədii nümunələrə də rast gəlinir. Yaradıcılığında türkçülük, turançılıq xəttini xüsusilə ifadə edən Bəxtiyar Vahabzadənin 1980-ci ildə qələmə aldığı “Salam, Özbəkistan” adlı şeiri bu baxımdan olduqca xarakterikdir. Bəxtiyar Vahabzadə haqqında bəhs olunan şeirdə sovet repressiya maşınının təqib və təzyiqlərinə rəğmən türk xalqlarının birliyindən, qardaşlığından, dilimizin, soy-kökümüzün, Vətənimizin bütövlüyündən bəhs edir. Şairin fikrincə, Azərbaycan da, Özbəkistan da hər birimiz üçün Vətəndir, böyük türk dünyasıdır və eyni bədəndə bir candır:

Biz bir canıq, bir vahidik binadan
Bu Vətənə o Vətəndən salamlar.
Biz bir yolun yolçusuyuq hər zaman
Sənə məndən, mənə səndən salamlar.

Onu da xüsusi vurğulamaq lazımdır ki, iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafına zaman-zaman Özbəkistanda yaşayan, öz talelərini bu ölkə ilə bağlayan azərbaycanlı ziyalılar da mühüm töhfələr veriblər. Bu sırada özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi - əslən Qazaxın Salahlı kəndindən olan Maqsud Şeyxzadənin, görkəmli jurnalist, pedaqoq, ədəbiyyatşünas, ictimai xadim Seyid Rza Əlizadənin, Özbəkistanın və Azərbaycanın Xalq artisti Firudin Səfərovun, Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı Eynulla Əliyevin adlarını fəxrlə çəkmək olar.

Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəsinə gəlib çatdı. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki liderin tarixi xidmətlərini yüksək qiymətləndirərək deyib: “Həm sovet dövründə xalqlarımız arasındakı münasibətlər çox yaxın idi, qardaşlıq zəminində qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin bax, bugünkü səviyyəyə gəlib çatmasında çox mühüm rol oynamışlar. Yəni, bizim dostluğumuzun böyük tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı yüksək səviyyəyə qaldırmışlar”.

Məhz iki liderin səyləri ilə 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlər yaradılıb, 1996-cı ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ildə isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Bu münasibətlərin davamı kimi ölkələrimiz arasında müxtəlif illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib, müxtəlif sahələrdə əməkdaşlığa, dostluq və tərəfdaşlığa zəmin yaradan sənədlər imzalanıb. Qardaş Özbəkistan dövləti Ümummilli Liderimizin bu fəaliyyətini yüksək dəyərləndirib, ulu öndərimizə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini ifadə edib. Bu ali sevginin ifadəsi kimi 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın ozamankı Baş naziri - hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı və xeyir-duaları ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Onu da xüsusi vurğulamaq lazımdır ki, Mərkəz məhz Ulu Öndərimizin adını daşıyan küçədə yerləşir. Burada Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi və Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyi təşkil olunub. Bu muzeylərin hər birində sərgilənən tarixi sənədlər, nadir eksponatlar ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin bariz nümunələri kimi xüsusi əhəmiyyətə malikdir. Bu gün Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi naminə böyük səylər göstərir. Mərkəzə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu, Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət attaşesi Samir Abbasov rəhbərlik edir.

Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu dövrdə siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni əməkdaşlıq da yüksələn xətlə inkişaf edib. Bəhs olunan dövrdə Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin, Bakıda böyük özbək şairi Əlişir Nəvainin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan və özbək klassiklərinin əsərləri qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajlarla çap edilib.

Son illər Özbəkistan universitetləri ilə Azərbaycan elminin və təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti arasında əməkdaşlığa xüsusi önəm verilir. Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov BDU-nu ziyarət edib, elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb. BDU ilə Daşkənd Hüquq Universiteti və Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb. Bu müqavilələr iki qardaş dövlətin universitetləri arasında akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafını, elmi-tədqiqat işlərində əməkdaşlığı nəzərdə tutur. Onu da xüsusi vurğulamaq lazımdır ki, Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin inkişafına ulu öndərimiz Heydər Əliyevlə birlikdə böyük töhfələr vermiş, Özbəkistanın sabiq Prezidenti İslam Kərimov Bakı Dövlət Universitetinin fəxri doktoru olub.

Bakı Dövlət Universiteti qardaş Özbəkistanın akademik dairələri ilə əlaqələrin davam və inkişaf etdirilməsini özünün prioritet hədəflərindən hesab edir. Buna bariz nümunə kimi bu il sentyabrın 22-dən oktyabrın 2-dək Bakı Dövlət Universiteti, Volkswagen Fondu (Volkswagen Stiftung), Daşkənddəki Turin Politexnik Universiteti və Özbəkistan Fizika Cəmiyyətinin təşkilatçılığı ilə “Kvant elmi və texnologiyalarında müasir meyillər: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Bakıda təşkil ediləcək yay məktəbini göstərmək olar. Qardaş ölkənin elm və təhsil müəssisələri ilə birgə təşkil olunacaq yay məktəbinin məqsədi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni nailiyyətlərini, problemlərini və perspektivlərini araşdırmaq, onların kvant texnologiyalarında praktik tətbiqinə xüsusi diqqət yetirmək, bu sahədə çalışan alimləri bir araya gətirməkdir. Yay məktəbində tədris olunacaq mövzular fundamental və tətbiqi kondensasiya olunmuş maddələr fizikasının mürəkkəb məsələlərinə uyğun olaraq seçilib. Ümid edirik ki, bu tədbir Azərbaycan-Özbəkistan elmi əlaqələrinə daha bir töhfə olacaqdır.

Özbəkistanla elmi və ədəbi-mədəni əlaqələrin inkişafında Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri Ramiz Əskərin də mühüm xidmətləri var. Tanınmış türkoloq alim indiyə qədər özbək ədəbiyyatına aid 15 kitabı tərcümə edib. Onların arasında Əlişir Nəvainin “Xəmsə”sini, Sultan Hüseyn Bayqara və Zəhirəddin Məhəmməd Baburun divanlarını xüsusi vurğulamaq olar. Onu da qeyd edək ki, Ramiz Əskərin bu xidmətləri Özbəkistanda yüksək qiymətləndirilib, alim qardaş ölkədə bir sıra mükafatlara layiq görülüb, nüfuzlu qurumların, o cümlədən Özbəkistanın “Turan” Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün inkişaf etdirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib