Azərbaycan parlament nümayəndə heyəti MDB PA-nın iclasında iştirak edəcəkdir
Bakı, 13 may (AZƏRTAC). Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 36-cı növbəti iclasında iştirak etmək üçün mayın 14-də Sankt-Peterburqa səfər edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Rüfət Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB Parlament Assambleyası Şurasının iclasında Azərbaycanda, Moldovada parlament, Belarus və Qazaxıstanda isə prezident seçkilərinin nəticələri, beynəlxalq və milli seçki sistemləri, Rusiya parlamentarizminin 105 illiyi, yollarda təhlükəsizliklə bağlı keçirilmiş beynəlxalq konfransların sənədləri müzakirə olunacaq, təşkilatı məsələlərə baxılacaqdır.
Azərbaycan nümayəndə heyətinin üzvləri MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
Səfər zamanı Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Deputatlarımız burada Nyurenberq prosesinin 65 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda və IV Neva Ekologiya konqresində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]