Azərbaycan poeziyası Rusiyanın ədəbi jurnalının səhifələrində
Bakı, 28 aprel, AZƏRTAC
Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu sıradan Azərbaycanın Xalq şairləri Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri rus dilində jurnalın aprel nömrəsində işıq üzü görüb.
Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri - Vladimir Luqovoy, Vladimir Potnov, Vladimir Qafarov və Nadiyə Qafarova tərcümə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]