Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV NİZAMİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT ETMİŞDİR

Sentyabrin 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir. 

Dövlətimizin başçısının adından məqbərənin önünə əklil qoyuldu.

Prezident Heydər Əliyev buradan Gəncə şəhərini və ətraf yerləri seyr etdi.

X X X

Sonra Azərbaycan Prezidenti səfərdə onu müşayiət edən jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, bu gün Azərbaycanın ilk müstəqil telekanalı olan ANS Gəncədə yayımlanmağa başlayır. Buna sizin münasibətiniz necədir?

ÇAVAB: Sizi təbrik edirəm. Çox yaxşı ki, yayımlanmağa başlamısınız. Amma niyə belə gec yayımlanırsınız?

JURNALİST: Maliyyə çətinliklərinə görə.

HEYDƏR ƏLİYEV: Sizin telekanal - hamıdan zəngin, hamıdan qabaqcıl, özünü hamıdan yüksək səviyyədə saxlayan telekanal geriyə qalıbdır. Sizi təbrik edirəm.

SUAL: Cənab Prezident, dünən verilən şikayət məktubları şəhər icra hakimiyyətinin başçısından əlavə, həm də polis rəisindən idi. Polislə bağlı şikayətlərə münasibətiniz necədir?

HEYDƏR ƏLİYEV: Sən nə bildin, o şikayətləri oxumusan?

JURNALİST: Cənab Prezident, bir-iki şey öyrənə bildik. Biz həm də əhali ilə söhbət etdik.

HEYDƏR ƏLİYEV: Onlar nə deyirlər?

JURNALİST: Onlar dedilər ki, rüşvət halları vardır. Polis şəxsiyyət vəsiqəsini verərkən rüşvət alır.

HEYDƏR ƏLİYEV: Hər şikayətə baxacağıq, lazımi ölçü götürəcəyik. Ancaq daxili işlər naziri buradadır. Bura gəl görüm, eşidirsən?!

RAMİL USUBOV (daxili işlər naziri) : Cənab Prezident, eşidirəm. Tədbir görəcəyəm.

HEYDƏR ƏLİYEV: Axi, niyə, niyə belə olsun? Biz nə qədər tədbirlər görürük, insanları tərbiyə edirik, nə qədər başa salırıq. Axı, bu rüşvətdən niyə əl çəkmirlər? Mən inanıram ki, şikayətlərin bir qismi həqiqətə uyğundur. Təbii ki, şikayətlərdə subyektiv fikirlər də olur, hərə öz mənafeyindən şikayət edir. Ancaq, ümumiyyətlə, polisdən narazılıq çoxdur, rüşvətxorluq halları da var və bunu da əhali, xalq bilir. Bu, daxili işlər orqanlarını, polis orqanlarını hörmətdən salır. Əlbəttə, bizim dövlətin də nüfuzuna toxunur və bəzən də onu ləkələyir. Bilin, bunlar məni çox incidir.

Mən indi daxili işlər nazirinə tapşırıq verəcəyəm. Bu şikayətlərin hamısına mən baxacağam, özünüz tədbir görün.

RAMİL USUBOV: Cənab Prezident, aydındır.

SUAL: Cənab Prezident, Siz bir az yorulmusunuz. Siz sahibkarlığın inkişafına təkan verəcək Fərmanlar imzalamısınız. Amma regional yanaşma necə olacaqdır? Bakıdan fərqli olaraq, Gəncə kimi şəhərlərə sərmayə cəlb etmək üçün sahibkarlara güzəştlər ola bilərmi?

CAVAB: Birincisi, mən demədim ki, yorulmuşam. Mən dedim ki, yorulmamışam. Əgər siz televiziya ilə müşavirəyə baxırdınızsa, orada salonda oturanlara dedim ki, mən yorulmamışam, amma siz yorulmusunuz. Ona görə sən mənə şər atma.

JURNALİST: Cənab Prezident, yəni düşünürük ki, yorulmusunuz.

HEYDƏR ƏLİYEV: Bu, başqa məsələ.

Amma o məsələ mühüm məsələdir. Mən dünən də dedim, vacib məsələdir. İndi nə cür həll olunacaq, mən əvvəlcədən heç vaxt bir şey demək istəmirəm. Təəssüf ki, bizdə, elə mənim ətrafımda da belə adamlar var ki, işin hamısını bilmədən, yarımçıq şəraitdə dərhal deyirlər ki, belə olacaq, elə olacaq. Sonra da elə olmur. Ondan sonra da qalır belə. İnsanlar da deyir, bəs niyə, axı bu, belə demişdi?

Bilirsən, məsələ həll olmamış, qərar qəbul edilməmiş belə bəyanatlar vermək düzgün deyildir. Baxmayaraq ki, bu qərarları mən qəbul edirəm, Fərmanları mən imzalayıram, mən baxıram, ancaq özüm də bunlardan əvvəl bir fikir deməkdən çəkinirəm. Çünki niyə? Bunun texnologiyası çox mürəkkəbdir. Bəlkə siz bunu bilmirsiniz. Tapşırıq verirəm, göstəriş verirəm, hazırlayırlar, lazımi yerlərlə məsləhətləşirlər, razılaşırlar, gətirirlər, baxıram. Məsələn, görürəm ki, bu çatmır, bu belə olmaz, burasını başqa cür etmək lazımdır, bu məsələ başqa cür həll olunmalıdır. İki-üç dəfə bunu dəyişdirirəm. Ondan sonra, tam bir qərara gələndən sonra mən onu imzalayıram. Ona görə də sənin sualına ümumi cavab verirəm. Güman edirəm ki, bu, doğru fikirdir. Baxılacaq, amma konkret nə olacaq - demək istəmirəm.

SUAL: Cənab Prezident, Beynəlxalq Valyuta Fondunun nümayəndələri Sizinlə görüşdülər. Onların Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı tələbləri var idi. Onlar bunu israrlı tələb edirlər, buna münasibətinizi bilmək olarmı?

CAVAB: Bilirsiniz, onlar israrla tələb edirlər. İndi təsəvvür edin, onlar deyirlər ki, Azərbaycanda neft məhsullarının satış qiymətini dünya qiymətlərinə qaldıraq. Biz bunu qaldırsaq, sizə nə olacaq?! Nə olacaq?! Sizi demirəm, bəlkə sizin şəxsi avtomobiliniz yoxdur, neft məhsullarından o qədər də istifadə etmirsiniz. Amma bizim Azərbaycanı götürün. Bizim kənd təsərrüfatı nə təhər olacaqdır, aqrar sahədə özəl sektor var, biz indi onu ayağa qaldırırıq, inkişaf edir. Bilirsiniz ki, vaxtilə onlara güzəştlə yanacaq məhsulları satırdıq. Sonra onlardan vergiləri götürdük. İstəyirik ki, onlar ayağa qalxsınlar.

 

İndi qiyməti birdən qaldırırıq, onda onları, necə deyərlər, vurduq öldürdük.

Bilirsinizmi, onlar bunu bir ildir deyirlər. Biz də bununla razı olmuruq. Çünki niyə razı olmuruq? Bəli, bunu dövlət üçün qaldırarıq, gəlirlər də artacaqdır. Amma biz hər bir şeyi xalqın, əhalinin, işləyənlərin imkanları ilə ölçürük. Ona görə biz bunu etmirik. Onlar da bəzi hallarda bizim real vəziyyətimizi nəzərə almaq istəmirlər. Demirəm ki, bilmirlər, bilirlər, onların burada nümayəndələri var. Nəzərə almaq istəmirlər. Bəzən də elə zor edirlər . Çünki öz siyasətlərini yerinə yetirmək istəyirlər. Biz də, təbiidir, bu barədə danışıq aparırıq, mübahisə aparırıq. Valyuta Fondu gəldi bunu dedi - et, onu dedi - et, biz bunu edə bilmərik. Əgər biz Valyuta Fondunun hər dediyini etsəydik, onun bizə çox böyük hörməti olmazdı. Hər ölkənin özünün xüsusiyyəti var, şərtləri var. Ona görə bu məsələdə biz onlarla çox ciddi danışıqlar aparırıq və danışıqlar da davam edəcəkdir.

SUAL: Cənab Prezident, Devid Vudvord dünən demişdir ki, “Şahdəniz” layihəsi ilə bağlı konsepsiyaya, ola bilər, yenidən baxılsın. Onun həyata keçirilməsinə sanksiya oktyabr ayından sonra veriləcəkdir. Buna necə baxırsınız, Azərbaycanın qarşısında qazın satılması problemi dururmu?

CAVAB: Təəssüflər olsun ki, belə meyllər var. Amma biz bununla məşğuluq.

SUAL: Cənab Prezident, bildiyiniz kimi, Türkiyə Naxçıvandan oraya neft məhsulları aparılmasını dayandırdı. Bu, Naxçıvanda müəyyən problemlər yaratdı, etiraza səbəb oldu. Bu, Naxçıvan üçün çətinlik yarada bilərmi?

CAVAB: Bu, təkcə Naxçıvan üçün yox, İğdırın və başqa vilayətlərin əhalisinə də çox böyük faydalar gətiribdir. Mən ilk dəfə 1992-ci ildə gedib İğdırı görəndə təəccübləndim. İğdırı Türkiyənin tarixində böyük bir şəhər kimi təsəvvür edirdik. Bizim kəndlərdən biri kimidir. Məsələn, Naxçıvanda Şərur rayonunun mərkəzi var, onunla müqayisə etdim. Heç onunla müqayisə ediləsi də deyildi. Amma indi, körpü açılandan sonra, ticarət başlayandan sonra, o cümlədən neft məhsulları ticarəti başlayandan sonra İğdır tamamilə dəyişibdir. Onlar İrandan da neft alırlar. Deyəsən, İrandan gətirib aparırdılar. O mexanizmi bilmirəm, hər halda orada ticarət gedir. Türkiyə dayandırıbsa, bundan ötrü biz Türkiyə ilə mübahisəyə girməyəcəyik. Hər dövlətin öz siyasəti var.

ELMİRA AXUNDOVA :/”Literaturnaya qazeta”nın əməkdaşı/: Cənab Prezident, olar, bir sual verim? İndi sualları cavanlar verir, amma veteranlar vermirlər.

HEYDƏR ƏLİYEV: Verin, gəl buraya. Bu veteran mənim köhnə dostumdur. Hər şeyin təzəsi, dostun köhnəsi.

ELMİRA AXUNDOVA: Bu məsələ məni çoxdan düşündürür. Vaxtilə bütün respublikanı - Bakını, onlarca mikrarayonu, qəsəbələri, yaşayış massivlərini və sairəni Siz tikmisiniz. Eyni zamanda, bütün rayonlarda qonaq evləri tikdirmisiniz. Mən Lənkərandakı qonaq evini indi də görürəm, çox gözəldir. Onu demək istəyirəm ki, indi Siz rayonlara gedəndə qalmağa yer olmur. Özünüz üçün bir iqamətgah yoxdur. Axı, bu, acınacaqlı haldır. Rusiya, Ukrayna və başqa ölkələrin prezidentlərinin hər şəhərdə iqamətgahları var. Düzdür, Siz ciddi adamsınız, bəlkə istəmirsiniz. Amma icra hakimiyyəti başçıları düşünməlidir ki, Prezident gələndə ona layiq qonaq evi olmalıdır. Bu məsələyə Siz necə baxırsınız, qonaq evi, iqamətgah tikilməlidir, ya yox?

HEYDƏR ƏLİYEV: Mən bu işə belə baxıram ki, bunlar Prezidentə görə olmamalıdır. Məsələn, bilmirəm, bilirsiniz, ya yox, mən vağzalda gecələmişəm, orada mənim xüsusi vaqonum var, onu oraya gətiriblər. Mən orada gecələmişəm. Keçən dəfə gələndə də belə olmuşdu. Mənim üçün heç bir şey lazım deyildir. Bəlkə gələcəkdə başqa Prezident olacaq, hər şeyi buraxıb bu işlə məşğul olacaqdır. Amma mənim üçün bunlar lazım deyildir. Mənim həyatım həmişə sadə keçibdir. Hər halda, bir yerdə gecələyəcəyəm.

ELMİRA AXUNDOVA: İndi biz müstəqil dövlətik, olmalıdır.

HEYDƏR ƏLİYEV: Bəli, əvvəlkindən fərqli olaraq, indi müstəqil dövlətik. Doğru deyirsiniz, olmalıdır. Ancaq bu da hər yerdə yerli təşəbbüslə əlaqədardır. Mənim özüm heç vaxt göstəriş verməmişəm ki, keçmişdə haradasa qonaq evi tikilsin. Hansısa rayonun bir rəhbərinin təşəbbüsü olubsa, onlar azdan-çoxdan belə şeyləri düzəldiblər. Amma kimsə bu işlərə biganədirsə, onlar düzəltməyiblər.

JURNALİST: Hər hansı xarici iş adamı buraya gəlsə, qalmağa heç bir yer yoxdur.

HEYDƏR ƏLİYEV: Siz dünən mənim çıxışımı eşitdiniz. Dedim, Bakıdan bizim vəzifəli şəxslər iş üçün buraya gəlirlər. Elə edirlər ki, səhər tezdən gəlsinlər, işlərini görsünlər, axşam da qayıtsınlar. Burada qalmağa bir yer yoxdur. Mən ölkənin Prezidentiyəm, gəlmişəm, əgər burada şəhərin rəhbərləri mənə münasib yer verə bilmirlərsə, başqa adam haqqında nə deyim? Ona görə dünən Fərhad Əliyev belə bir təşəbbüs irəli sürdü ki, hansısa iş adamının vasitəsilə burada bir otel tikilsin. Böyük yox, kiçik otel tikilsin. Naxçıvanda tikilibdir, siz gördünüz.

SUAL: Cənab Prezident, Amerika Rusiyadan və İrandan kürü idxalına qadağan qoydu ki, Xəzər dənizində nərə balığının kökü kəsilir. Bu, həm də Azərbaycana aiddir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

 

CAVAB: Bilirsiniz, bu, çox çətin məsələdir. Bu məsələ sovet vaxtı da çox ciddi idi. Ancaq onda Xəzər dənizi, əsasən, Sovetlər İttifaqına məxsus idi və ciddi tədbirlər görülürdü. İndi beş Xəzəryanı ölkə var. Hərəsinin ərazisində nə qədər brakonyer var. Deyə bilərəm ki, bu, Xəzər dənizinin ən böyük problemlərindəndir, hətta şişirtmirəm, bir faciəsidir. İndi bilmirəm, bu dövlətlər birlikdə nə edəcəklər? Amma tədbirlər görmək lazımdır. Sağ olun.

X X X

Məqbərənin ziyarət olunması mərasimində Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və ailə üzvləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Eyvaz Babayev, parlamentin deputatları iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün Goranboy rayonuna yola düşdü. Yol boyunca yerləşən kəndlərin sakinləri dövlətimizin başçısını salamlamaq üçün çıxmışdılar. Prezident Heydər Əliyev Xoylu kəndi ərazisində maşından düşərək, buraya toplaşan insanlara yaxınlaşdı, onlarla səmimi görüşdü. Kənd sakinləri hörmətli Prezidentimizə minnətdarlıqlarını bildirdilər.

Prezident Heydər Əliyevi Goranboy rayonu icra hakimiyyətinin binası qarşısındakı meydana toplaşan minlərlə adam böyük təntənə ilə, hörmət və ehtiramla qarşıladı. Azərbaycan Prezidentinə gül-çiçək dəstələri təqdim olundu, onun şərəfinə qurban kəsildi. Məktəblilər dövlətimizin başçısına həsr olunmuş şerlər söylədilər.

Prezident Heydər Əliyev icra hakimiyyətinin binasında “Heydər Əliyev Goranboyda: 1978-1982” fotoguşəsinə də tamaşa etdi.

Sonra burada rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi. Müşavirəni Azərbaycan Prezidenti Heydər Əliyev açdı.

Goranboy rayonu icra hakimiyyətinin başçısı Novruz Novruzov məruzə etdi.

Prezident Heydər Əliyev müşavirəyə yekun vurdu.

X x X

Sonra rayon icra hakimiyyətinin binası qarşısında izdihamlı mitinq keçirildi.

Dövlətimizin başçısı mitinqdə geniş nitq söylədi.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Goranboyun Aşağı Ağcakənd kəndinə gəldi. Yolboyu kəndlərin sakinləri dövlətimizin başçısını mehribanlıqla salamlayırdılar.

1988-ci ildə Ermənistandan didərgin düşmüş soydaşlarımız üçün salınmış Aşağı Ağcakənddə respublikamızın rəhbərini hərarətli alqışlarla qarşıladılar. Prezidentə gül-çiçək dəstələri təqdim olundu, onun gəlişi şərəfinə qurban kəsildi. Məktəblilər Heydər babaya həsr olunmuş şerlər söylədilər, mahnılar oxudular.

Azərbaycan Prezidenti kənddəki orta məktəblə tanış oldu, ayrı-ayrı sinifləri gəzdi, şagirdlərlə səmimi söhbət etdi. Sonra müasir üslubda inşa olunmuş yaşayış evlərindən birində oldu, sahiblərini təbrik etdi, hədiyyə olaraq soyuducu və rəngli televizor bağışladı.

Daha sonra kəndin mərkəzi meydanında təntənəli mərasim keçirildi.

Mərasimdə baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, Aşağı Ağcakənd orta məktəbinin direktoru Fəridə Məmmədova, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin nümayəndəsi İlqar Ağayev, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Didye Ley çıxış etdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.

Mərasimdə Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev və ailə üzvləri, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Yusif Hümbətov, parlamentin deputatları, iştirak edirdilər.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyev Gəncə şəhərinə və Goranboy rayonuna səfərini başa çatdıraraq, sentyabrın 13-də axşam Bakıya qayıtdı. \Geniş hesabat qəzetin növbəti nömrələrində dərc olunacaqdır\.

Əsgər İbrahimov,

Sabir Əliyev,

Yaşar Xəlilov \foto\,

AZƏRTAC-ın xüsusi müxbirləri

Rafiq Bağırov (foto)

Bakı-Gəncə-Goranboy-Bakı

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək