Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarını təbrik etmişdir
Bakı, 13 may (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlamışdır.
Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi qəlbdən salamlayan dövlətimizin başçısı Konqresin işinə uğurlar, iştirakçılara cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulamışdır.
Prezident İlham Əliyev vurğulamışdır ki, bu il öz dövlət müstəqilliyinin bərpasının iyirmi illiyini qeyd edən ölkəmizdə səhiyyə sisteminin inkişafı, o cümlədən kardiologiyanın beynəlxalq standartlar səviyyəsinə qaldırılması istiqamətində çox işlər görülmüşdür. Paytaxtda və regionlarda müasir tipli tibb müəssisələrinin qurulması və onların zəruri avadanlıqla təchiz olunması əhalinin sağlamlığının qorunması üçün lazımi şərait yaratmışdır. Əminəm ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi həm bizim həkimlərə beynəlxalq təcrübədən faydalanmaq imkanı verəcək, həm də respublikamızda təbabətin inkişafı üçün yeni perspektivlər açacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]