Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasında iştirak edən nümayəndə heyətini qəbul etmişdir

Bakı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasında iştirak edən nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:

-Xoş gəlmisiniz! Sizi Azərbaycanda salamlamağa şadam. Ümid edirəm ki, MDB ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının iclası uğurla, əməkdaşlıq, qarşılıqlı fəaliyyət ruhunda keçəcəkdir.

Bildiyiniz kimi, bizim ölkə ilə sizin təmsil etdiyiniz ölkələr arasında olduqca mehriban dostluq münasibətləri yaranıb. Biz müntəzəm olaraq dövlət başçıları səviyyəsində görüşürük, qarşılıqlı səfərlər edirik, bir çox mühüm məsələləri həll edirik. Bütün bunlar isə postsovet məkanında çox yüksək səviyyədə qarşılıqlı fəaliyyətə və qarşılıqlı dəstəyə təkan verir. Sovet İttifaqı dağıldıqdan sonra keçən 20 il ərzində əldə etdiyimiz ən böyük nailiyyət odur ki, biz xalqlarımız və ölkələrimiz arasında dostluq münasibətlərini qoruyub saxlaya və möhkəmləndirə bilmişik.

MDB çərçivəsində keçirilən müxtəlif görüşlərin, tədbirlərin ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlər yaratdığını qeyd edən Prezident İlham Əliyev humanitar sahədə də əlaqələrin möhkəmləndiyini vurğuladı. Dövlətimizin başçısı buna misal olaraq bu yaxınlarda Bakıda MDB ölkələrinin də iştirakilə keçirilən Birinci Beynəlxalq Humanitar Forumun bütün dünyada böyük maraq doğurduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev MDB ölkələri arasında iqtisadi əlaqələrə və xüsusi xidmət orqanlarının əməkdaşlığına da toxunaraq dedi:

-İqtisadi strukturlar xətti üzrə də əlaqələrimiz inkişaf edir. Azərbaycana gəlincə, bizim MDB ölkələri ilə əmtəə dövriyyəsi, qarşılıqlı investisiyalar artımı mövcuddur. Biz iqtisadi sahədə mövcud münasibətlərdən razıyıq. Hüquq mühafizə orqanları xətti üzrə də, həmçinin bizim regionda ikitərəfli və çoxtərəfli səviyyədə sərhədlərin mühafizəsi, cinayətkarlıqla mübarizə və əlbəttə ki, xüsusi xidmət orqanları xətti ilə ən böyük təhlükələrlə mübarizə istiqamətində sıx əməkdaşlıq edirik.

“Biz hamımız maraqlıyıq ki, ölkələrimizdə sülh, əmin-amanlıq, inkişaf hökm sürsün. Qarşımızda vətəndaşlarımızın həyat səviyyəsini, rifahını daha da yaxşılaşdırmaq kimi böyük vəzifələr durur”, - deyən Prezident İlham Əliyev bütün bu məqsədlərə əngəl olan terrorizm və ekstremizmə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bu baxımdan xüsusi xidmət orqanlarının üzərinə düşən vəzifələrdən danışdı.

Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən XXXI iclasının işinə uğurlar arzulayaraq bildirdi:

-Əminəm ki, Şuranın iclası uğurlu keçəcək, siz gündəlikdə duran bütün məsələləri müzakirə edəcəksiniz. Həmçinin düşünürəm ki, Bakıda keçirəcəyiniz bu iki gün sizi daha da yaxınlaşdıracaq, birgə iş üçün daha yaxşı şərait yaradacaqdır. Sizi bir daha salamlayır və Şuranın işinə uğurlar arzulayıram.

MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının sədri, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Şuranın XXXI iclasının Bakıda yüksək səviyyədə keçirilməsinə yaradılan imkana və nümayəndə heyəti ilə görüşə görə Azərbaycan Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından minnətdarlığını bildirdi. O, MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının uğurla birgə əməkdaşlıq etdiklərini, beynəlxalq terrorizm, ekstremizm və digər ümumi təhlükələrə qarşı mübarizədə səyləri birləşdirdiklərini vurğuladı.

Aleksandr Bortnikov bildirdi ki, məhz ötən 20 ildə MDB məkanında təhlükəsizlik və xüsusi xidmət orqanlarının uğurlu birgə fəaliyyəti nəticəsində belə təhlükələrin qarşısı vaxtında alınır və səmərəli qabaqlayıcı tədbirlər həyata keçirilir. Qonaq qeyd etdi ki, Şuranın XXXI iclasında ötən müddətdə görülən işlərə yekun vurulacaq və növbəti birgə tədbirlər müəyyənləşdiriləcəkdir. O, son illərdə informasiya-kommunikasiya texnologiyaları və ən son elmi-texniki yeniliklərdən istifadə etməklə terrorizm, ekstremizm və digər təhlükələrin miqyasının daha artdığını bildirdi və buna qarşı mübarizədə daha sıx birgə fəaliyyət göstərməyin zəruriliyini diqqətə çatdırdı. Aleksandr Bortnikov onları qəbul etdiyinə və MDB-nin üzvü olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının XXXI iclasının Bakıda yüksək səviyyədə təşkilinə yaratdığı imkana görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi.

Qonaq nümayəndə heyətləri rəhbərləri adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Sonra xatirə şəkli çəkdirildi

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər

Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib

MİQ-də yüksək bal toplayan müəllim: İkinci dəfədir imtahan verirəm

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başlayıb

Füzuli və Xocavənd rayonlarına mediatur başlayıb

“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib

Bakı Ali Neft Məktəbinin komandası “PASHA Hackathon 4.0” da qalib oldu

Agentlik məktəb direktoru və direktor müavini kimi çalışmaq istəyənlərə xəbərdarlıq etdi

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Çin Liderinin Qazaxıstana dövlət səfəri başlayıb

DSMF: Yanvar-iyun aylarında xüsusi şərtlərlə pensiya alanların sayı 144 mindən çox olub

“Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə

Nazir müavini: Azərbaycan xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması sahəsində də nailiyyətlər əldə edib

Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib

Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Pakistanda 657 məhsulun idxalına 55 faizədək rüsum tətbiq edilib

“Azərişığ”ın gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb

Azərbaycanlı məktəblilər Türkiyədə uşaq rəsm müsabiqəsinin qalibləri sırasında yer alıblar

“Gəncə”dən ayrılan voleybolçu Fransa klubuna keçib

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi ilə bağlı görülən işlər açıqlanıb

MİQ imtahanlarının ilk günündə texnologiya fənni üzrə 2564, təsviri incəsənət fənni üzrə 1592 namizəd dəvət olunub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib VİDEO

UNEC rektoru abituriyentlərlə görüşəcək

Təhsilli qadın təhsilli millət, təhsilli nəsil deməkdir

Amerika Kuboku: ABŞ millisi qrupda qalıb, Panama növbəti mərhələyə yüksəlib

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Avropa Yayım Birliyi “Eurovision”da iştirak qaydalarını sərtləşdirir

Vətəndaşlar üç ədəd tüfəngi polis orqanlarına təhvil verib

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan “Baker Hughes” və “Zhero” şirkətləri ilə əməkdaşlıq prioritetlərini müzakirə edib

“Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

“ASAN xidmət” modeli əsasında İndoneziyada 200-dən çox mərkəz yaradılıb

Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib

DİN: İyulun ilk günü 18 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Avro-2024: Türkiyə millisi bu gün Avstriya ilə qarşılaşacaq VİDEO

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

® Bakıda salınan yeni körpünün inşasında “STP Şirkətlər Qrupu” iştirak edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Monqolustan parlamenti yeni spiker seçib

Türkiyə Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın dörd ölkəyə səfərləri müzakirə ediləcək

Bakıdakı Rus evində Aytən Oqtayqızının və Nuranə Zeynalovanın müəllif konserti olub

Elmar Qasımov “Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu”nda iştirak edib

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ölkə ərazisində qeydə alınan 24 cinayətin üstü açılıb

Ağsu rayonunda təsərrüfatların 90 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

Hakimliyə namizədlər üçün test imtahanı keçiriləcək

“Maarifçi” tələbə-məzun təcrübə proqramı başa çatıb

Ədliyyə naziri Qusar rayonunda vətəndaşları qəbul edəcək

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib, qərarlar qəbul olunub

AQTA-nın sədr müavini: Zoonoz xəstəliklərə nəzarət hədəflərdən biri kimi müəyyənləşdirilib

Şəki sakinini ilan sancıb, vəziyyəti ağırdır

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala yüksəlib

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb