Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibə vermişdir

Bakı, 25 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də “Rossiya-24” telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə vermişdir. AZƏRTAC müsahibənin mətnini təqdim edir.

- Salam, cənab Prezident!

- Salam!

- Sağ olun ki, bu gün bizi burada, Bakıda qəbul edirsiniz. Cənab Prezident, biz ilə yekun vururuq. Başa çatmaqda olan ildə Azərbaycanın həyatını hansı hadisələr müəyyən etmişdir? Bu il Azərbaycan üçün necə keçmişdir?

- Bütövlükdə il uğurlu olmuşdur. Biz ölkənin qarşısında qoyduğumuz bütün məsələləri həll edə bilmişik və ümumiyyətlə, gələcəyə də nikbin baxırıq. Çünki həm iqtisadi, həm sosial, həm də xarici siyasət sahəsində istədiklərimizə nail olmuşuq. Əlbəttə, iqtisadiyyat hər şeyin əsasıdır. Biz şadıq ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirmişdir. Bizə xüsusilə xoşdur ki, iqtisadiyyatı şaxələndirməyə, ümumiyyətlə desək, neft-qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq və qeyri-neft iqtisadiyyatı təxminən 10 faiz artmışdır. İnflyasiya bir faiz civarındadır. Əhalinin real gəlirləri 10 faizdən çox artmışdır. Yəni, burada əhalinin rifahının artması da göz qabağındadır. İşsizlik daha da azalaraq təxminən 5,2 faizə, yoxsulluq 6 faizə düşmüşdür. Azərbaycan iqtisadiyyatına təqribən 22 milyard dollar sərmayə qoyulmuşdur və bunun çox hissəsi daxili investisiyalardır. Bu da onu göstərir ki, yerli şirkətlər üçün biznes mühiti onlara artıq Azərbaycanda da fəal sərmayə qoymaq imkanı verir.

- Bu gün qeyri-xammal sektorunun hansı istiqamətləri Azərbaycan iqtisadiyyatının artımını təmin edir?

- Bizim üçün bu istiqamətdə prioritet sahə iqtisadiyyatımızın rəqabət qabiliyyətinin təmin edilməsi və işsizliyin azaldılmasıdır. Buna görə də biz bu proseslərə iki mövqedən yanaşırıq. Kənd təsərrüfatı iqtisadiyyatın çox böyük potensiala malik olan nəhəng sektorudur. Kənd təsərrüfatının inkişafı həm də gələcəkdə məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac potensialı kifayət qədər böyükdür. Əsas qida məhsulları üzrə biz bir ildən, maksimum iki ildən sonra özümüzü tam təmin edəcəyik. Bundan sonra isə artıq xarici bazarlara çıxış prosesi başlanacaqdır.

Texnoloji istiqamətlərin inkişafı baxımından bizim üçün prioritet sahə, əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorudur. Əgər bütün işlər plan üzrə getsə, o cümlədən hava şəraiti imkan versə, fevral ayında biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq, bunun üçün bütün hazırlıq işlərini tamamlamışıq. Biz artıq kosmik sənaye yaratmışıq və bu istiqamətdə çox fəal irəliləyirik. Bundan əlavə, əlbəttə, genişmiqyaslı sənayeləşmə proqramını həyata keçiririk. Yaxın vaxtlarda texnoparkların yaradılması üçün olduqca güzəştli vergitutma paketi qəbul ediləcəkdir. Hesab edirik ki, orta və kiçik sahibkarlıqla yanaşı, böyük sənaye komplekslərinin də inkişaf etdirilməsi gələcəkdə neft-qaz sektorundan asılılığı tamamilə aradan qaldırmağa imkan verəcəkdir.

- Siz bu hədəfləri hansı dövr üçün müəyyən edirsiniz? Bu, neçə ildən sonra mümkün olacaqdır və bu asılılıq necə azaldılacaqdır?

- “Azərbaycanın inkişafı-2020” proqramı qəbul edilmişdir. Biz hazırda həyata keçirdiyimiz bütün planları iyirminci ilə qədər tamamilə reallaşdırmaq niyyətindəyik. Bütövlükdə son 10 ildən az müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə artırmağa nail olmuşuq. Ümumi daxili məhsul 300 faiz artmışdır. Qarşıdakı 10 ildə biz ÜDM-in ikiqat artırılmasını planlaşdırırıq. Bu, əsasən qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir.

- Azərbaycan şirkətləri, Azərbaycan iqtisadiyyatı xarici bazarlara çıxmağı planlaşdırırmı?

- İnvestisiyalar baxımından biz hazırda çox böyük bir sərmayə layihəsi - Türkiyədə neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Bu kompleks bizə təxminən 17 milyard dollar sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir. Gürcüstanda, Ukraynada da fəal sərmayə qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki, Rusiyada iri investisiya layihələri - daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoyacağıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalına da sərmayə qoymağa başlamışlar, artıq ilk layihələr vardır. Belə ki, xarici investisiyalarımızın spektrini genişləndiririk və siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, bu, zəruridir. Ona görə ki, bu gün Azərbaycan bazarı bizim dövlət investisiyaları üçün bir qədər azlıq edir.

- Rusiya-Azərbaycan münasibətlərinin, iqtisadi münasibətlərin bugünkü vəziyyətini Siz qısaca necə ifadə edərdiniz? Xatırlayıram ki, iki ay bundan əvvəl ölkələrimiz azad ticarət haqqında saziş imzalanmasının 20 illiyini qeyd etmişlər. Bu, bizim müstəqil ölkələrimiz arasında diplomatik münasibətlər yaradılandan sonra imzalanmış ilk diplomatik, hüquqi sənəd idi.

- Elədir. Bütövlükdə bizim münasibətlər çox dinamik, müsbət inkişaf edir. Biz həllini tələb edən bütün məsələləri həll etmişik. Sonuncu bu cür mühüm məsələ dövlət sərhədi haqqında müqavilə idi. Əlbəttə, bu, qonşu ölkələr arasında, istənilən qonşu ölkələr arasında, xüsusən vaxtilə vahid dövlətin tərkib hissələri olmuş ölkələr arasında çox mühüm sənəddir. Bundan əlavə, siyasi məsləhətləşmələr sahəsində biz daim bütün səviyyələrdə dialoq aparırıq. Münasibətlərimiz tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirir. Yəni, bu ifadə münasibətlərin bütün kompleksini əhatə edir. İqtisadi sahədə əmtəə dövriyyəsinin strukturu da yaxşılaşır. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Yəni, biz ən çox Rusiyadan mal idxal edirik. Əlbəttə, Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Humanitar sahədə çox işlər görülür. Məsələn, bu il Moskva Dövlət Universitetinin filialının artıq yeni binasının açılmasını qeyd edərdim.

- Üç il bundan əvvəl Sizinlə görüşdə regional inteqrasiya proseslərini, postsovet məkanında inteqrasiya proseslərini şərh edərək demişdiniz ki, bu təcrübəni diqqətlə öyrənmək və müşahidə etmək lazımdır. Bu təcrübə Sizin üçün cəlbedici olmuşdurmu?

- Biz mümkün qədər çox sayda ölkə ilə fəal qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Məsələn, son dövrün mühüm məqamlarından biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına daxil olmasını qeyd etmək istərdim. Hesab edirəm ki, bu, çox vacib, lazımlı, vaxtında atılmış və əlamətdar addımdır. Bununla biz ilk növbədə, özümüzün dünya üçün açıq olmağımızı vurğulayırıq, çünki həmin təşkilatda çoxlu sayda ölkələr birləşir. Digər tərəfdən, biz dünyadakı gələcək proseslərdə Azərbaycanın mövqeyini vurğulayırıq. İqtisadi inteqrasiyaya gəlincə, biz, əlbəttə, ilk növbədə məqsədəuyğunluqdan çıxış edirik. Bu inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini gördüyümüz yerlərdə biz, əlbəttə, fəal iştirak edirik. İnteqrasiyanın bizə ya heç nə gətirməyəcəyini, ya da bizi hətta geri çəkə biləcəyini gördüyümüz yerlərdə biz yetərincə təmkinli mövqe tuturuq. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan indiyə qədər Dünya Ticarət Təşkilatının üzvü olmamışdır, hərçənd bizi oraya çox fəal dəvət edirlər. Lakin biz hər şeyi “lehinə” və “əleyhinə” götür-qoy edirik. Əlbəttə, “lehinə” olan məqamlar da çoxdur, biz hamımız bunu çox gözəl bilirik, hesab etmişik ki, bizim iqtisadiyyatın inkişafının indiki mərhələsində bu, bizim kənd təsərrüfatına, fermerlərə, xüsusi sahibkarlığa və yerli istehsala ziyan vurar.

- Elə düşünməyin ki, mən təbliğat aparıram, lakin məsələn, Gömrük İttifaqı və ya Vahid İqtisadi Məkan sizə nə ilə ziyan vura bilər?

- Məsələ ondadır ki, bunun nə ilə ziyan vura biləcəyini düşünmək lazımdır. Lakin biz bunu əsas götürürük ki, bu bizə nə kimi kömək edə bilər. Bax burada, açığını deyirəm, biz hələlik özümüz üçün elə bir səmərə görməmişik. Digər tərəfdən, bizim ölkənin iqtisadi vəziyyəti yetərincə sabitdir. Kifayət qədər valyuta ehtiyatlarımız var, iqtisadiyyatımız şaxələndirilmişdir, ölkəmiz tamamilə özünü təmin etmək iqtidarındadır, zəngin təbii yataqlar, şaxələnmiş neft-qaz kəmərləri şəbəkəsi, əlverişli coğrafi mövqe, nəqliyyat logistikası vardır. Bu yerdə rusların yaxşı bir məsəli yada düşür: “Yaxşıdan yaxşısını axtarmağa dəyməz”. Buna görə də əgər biz nəyisə daha yaxşı etmək üçün həqiqətən real perspektivlər olduğunu görsək, əlbəttə, istənilən birliyə daxil olacağıq və bu mənada bizdə heç bir tabu yoxdur.

- Amma hələlik “qoşulmama” - Sizin mövqeyinizdir, eləmi?

- Ümumiyyətlə, elədir.

- Siz Rusiya ilə əməkdaşlığın formalarından biri, əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi onunla siyasi məsləhətləşmələri xatırlatdınız. Rusiya Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində müstəsna dərəcədə maraqlıdır, ən yaxın qonşular arasında sülh və əmin-amanlıq olmasında müstəsna dərəcədə maraqlıdır. Lakin bu mövzuda diskussiya əvvəlki kimi gərgin olaraq qalır. Siz bu məsələdə ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Mən bu ilin yekunlarını mənfi yekunlar kimi qiymətləndirirəm. Ona görə ki, uzun illər ərzində danışıqlar prosesi bu il durğunluq mərhələsinə qədəm qoymuşdur. Bizim fikrimizcə, bunun əsas səbəbi məhz ondan ibarətdir ki, erməni tərəfi status-kvo vəziyyətini bütün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər, çünki tənzimləmə işğalın ləğv edilməsini nəzərdə tutur. Bu gün təkcə Dağlıq Qarabağ deyil, həm də heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində olmamış yeddi rayon da işğal altındadır. Həmin rayonlarda erməni əhalisi yaşamamış, azərbaycanlı əhali yaşamışdır. Yəni, onlar hamısı oradan qovulmuşdur. Bu gün Ermənistanın həmin əraziləri işğal etməsinə haqq qazandırması getdikcə mürəkkəbləşir. Buna görə də status-kvonun dəyişməsi münaqişənin tənzimlənməsi üçün əsas ilkin şərtdir.

Müsbət məqamlara gəldikdə, - həmişə, hətta çıxılmaz vəziyyətdə də nə isə yaxşı məqamlar axtarmağa çalışmaq lazımdır, - mən Minsk qrupunun həmsədr ölkələrinin - Rusiya, Fransa və ABŞ-ın rəhbərlərinin status-kvonun qəbuledilməz olması barədə bəyanatlarını qeyd etmək istərdim. Status-kvonu dəyişmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə başlamaq zəruridir. Bu proses başlayan kimi, əminəm, danışıqlar prosesinə yeni təkan veriləcəkdir. Ermənistanın hər şeyi olduğu kimi saxlamaq və danışıqlar prosesində indiki vəziyyətə görə məsuliyyəti Azərbaycanın üstünə yıxmaq cəhdlərinə isə haqq qazandırmaq olmaz. Təbliğat baxımından onlar bəlkə də, hələlik hər şeyə görə bizi təqsirləndirə bilərlər. Lakin məsələnin mahiyyətinə baxsaq, hesab edirəm ki, Azərbaycanın mövqeyi həmişə ardıcıl, prinsipial olmuş və beynəlxalq hüququn prinsip və normalarına əsaslanmışdır. Yeri gəlmişkən, 2008-ci ildə Ermənistan özü Moskvada bizimlə və Rusiya tərəfi ilə birlikdə Mayndorf bəyannaməsini imzalamışdır. Məhz həmin sənəddə yazılmışdır ki, qərar beynəlxalq təşkilatların qətnamələrinə və qərarlarına əsaslanmalıdır. Bu cür qətnamələr və qərarlar isə istənilən qədərdir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bütün sənədlərdə Helsinki Yekun Aktına da istinadlar vardır. Helsinki Aktında xalqların təyini-müqəddərat hüququ ərazi bütövlüyünün pozulması demək deyildir. Helsinki Aktının sənədlərini diqqətlə oxusaq, xalqların təyini-müqəddəratını məhz ölkələrin ərazi bütövlüyü çərçivəsində həyata keçirmək nəzərdə tutulur.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən formul Azərbaycan tərəfindən qəbul olunmuş və Ermənistan tərəfindən rədd edilmişdir. Sonrakı danışıqlar prosesində bu dəqiq formulun şəklini dəyişən məqamlar baş vermişdir. Nəticədə bu vəziyyət erməni tərəfinə spekulyasiya etməyə imkan vermişdir: guya Azərbaycan nədəncə imtina etmişdir. Bu, həqiqətə əsla uyğun deyildir. Biz nizamlamada ən çox marağı olan tərəfik. Ona görə ki, bizim ərazilərimiz işğal altındadır və bizim qaçqınlar doğma evlərinə qayıda bilmədiklərinə görə əziyyət çəkirlər.

- Əgər, Sizin dediyiniz kimi, qarşı tərəf sadəcə hər şeyi olduğu kimi saxlamaq istəyirsə, danışıqlar üçün Siz daha nə qədər vaxt müəyyən edirsiniz?

- Hələlik biz ümid edirik ki, vasitəçilik funksiyasını öz üzərinə götürmüş ölkələr bu prosesdə daha fəal iştirak edəcəklər və təhlükəsizlik tədbirlərinin təmin edilməsi prosesində deyil, məhz tənzimləmə prosesində iştirak edəcəklər. Axı, təhlükəsizlik tədbirlərinin əlavə təminatı danışıqlar prosesinə ziyan vura bilər. Çox vaxt bizi onda təqsirləndirməyə çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində möhkəm atəşkəs rejimi yaradılmasını istəmir. Lakin əvvələn, atəşkəs rejimi iki tərəfdən pozulur. Digər tərəfdən, danışıqlar prosesinin mahiyyətini təşkil edən işğala son qoyulması məsələsi həll edilmədən, bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri o qədər vacib təsəvvür etmirik. Əsas məsələ budur ki, vasitəçilər danışıqlar prosesinin mahiyyəti sahəsində fəal iş aparsınlar. Bunun nə qədər davam edəcəyini zaman göstərər. Mən hər hansı proqnozlar verməyə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələrin tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaqdır. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaqdır. Əgər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğalçı qüvvələrin bizim ərazidən çıxarılması prosesini başlamalıdırlar.

- Cənab Prezident, təklif edirəm ki, bir qədər də yalnız sülh yolu ilə, incikliksiz həll edilən mübahisələr barədə danışaq. Mən idmanı nəzərdə tuturam. Əvvələn, Azərbaycanı təbrik etmək istərdim: London Olimpiadasında Siz, mənim fikrimcə, tarixdə ən yaxşı nəticə göstərdiniz - 10 medal. Güləşçilər Azərbaycan üçün, yeri gəlmişkən, elə Rusiya üçün də medalların əsas təchizatçıları oldular. Bu gün idmançılar üçün hansı şərait yaradılır və Siz Qış Olimpiadasına necə hazırlaşırsınız?

- Əlbəttə, Qış Olimpiadasına ümidlərimiz çox deyil. Biz hələ qış idmanı növlərini inkişaf etdirməliyik. Axı hər halda Azərbaycan cənub ölkəsidir. Lakin London Olimpiadasının nəticələri, əlbəttə, bizi sevindirir, ruhlandırır və bu nəticələr çoxillik gərgin işlə təmin edilmişdir. Biz həqiqətən tarixi uğur qazanmış, ümumi komanda hesabında 30-cu yeri və Avropada 15-ci yeri tutmuşuq. Lakin bu il, lap yaxın vaxtlarda daha bir mühüm, mən deyərdim ki, tarixi qərar qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar. Bildiyiniz kimi, indiyə qədər heç vaxt Avropa Olimpiya Oyunları keçirilməmişdir. Düzdür, Olimpiya Oyunlarının təməli Avropada qoyulmuş və baron de Kuberten tərəfindən Avropada bərpa edilmişdir. Lakin nədənsə, başqa qitə oyunlarından fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdir. Bu oyunların keçirilməsi haqqında qərar qəbul ediləndə mən çox şad oldum ki, Avropa idman ailəsi bu oyunların Bakıda keçirilməsinə böyük üstünlüklə səs vermişdir. Odur ki, biz hazırlaşırıq. Böyük oyunlardan fərqli olaraq Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi iki il vaxtımız var. Böyük oyunlara 6-7 il hazırlaşırlar, lakin biz 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarını keçirmək ümidindəyik. Bununla biz həm də, ümumiyyətlə desək, idman nailiyyətləri və olimpiya hərəkatının inkişafı mərkəzinə çevriləcəyik.

- Mən onu əlavə etmək istərdim ki, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir, çox cəhətdən siyasi əhəmiyyətli qərardır.

- Əlbəttə, elədir. Siz tamamilə haqlısınız, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir. Ona görə ki, yəqin siz də bilirsiniz, indiyə qədər Azərbaycanın Avropanın bir hissəsi olub-olmaması barədə diskussiyalar Avropada, o cümlədən Azərbaycanda da davam edir. Bizim coğrafi mövqeyimiz elədir ki, bu barədə iki fikir ola bilər və prinsip etibarilə hər iki fikir məqbuldur. Biz həm Avropa Şurası Təşkilatının, həm də İslam Əməkdaşlıq Təşkilatının iştirakçısıyıq. Ona görə ki, biz bu qitələrin qovuşduğu məkanda yerləşirik və düşünürəm ki, bu qərar olduqca ölçülüb-biçilmiş, müdrik, düzgün qərardır. Yeri gəlmişkən, fürsətdən istifadə edib, bizim namizədliyimizi fəal dəstəklədiyinə görə Rusiya Olimpiya Komitəsinə təşəkkür etmək istərdim. Bu dəstək təkcə bizim namizədliyimizin lehinə səs verməkdə deyil, həm də çox fəal mənəvi dəstəkdə ifadə olunmuşdur. Buna görə biz rusiyalı dostlarımıza çox təşəkkür edirik.

- Bu ona görədir ki, Rusiyada Azərbaycana qonaq gəlməyi çox istəyirlər.

- Mən düşünürəm ki, bu məhz sizinlə danışdığımız məsələlərə görə belədir. Bizim ölkələrimiz arasında münasibətlər həqiqətən çox müsbət istiqamətdə inkişaf edir və onların çox möhkəm təməli vardır.

- Sizə uğurlar arzulayıram. Çox sağ olun. Bilirəm ki, bizdə, Rusiyada qarşıdan gələn doğum günü münasibətilə təbrik etmək qəbul olunmamışdır. Lakin biz Sizinlə hər gün görüşmədiyimizə görə, hər halda özümə rəva görürəm ki, Sizi təbrik edim, şəxsən Sizə və ailənizə ən xoş arzularımı bildirim.

- Sağ olun. Çox sağ olun. Mən də fürsətdən istifadə edərək bütün rusiyalıları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istəyirəm. Hamınıza xoşbəxtlik, cansağlığı, firavanlıq arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə Araz çayında batan şəxsin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var