RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür
Davos, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi.