Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Çox sağ olun.

İlk növbədə, mən Parlament Assambleyasının işində iştirak üçün göndərdiyiniz dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, hazırda Assambleyada müzakirə olunan məsələlər Cənubi Qafqaz regionunda təhlükəsizlik, davamlı inkişaf və regional əməkdaşlıq üçün olduqca vacibdir. Bütün bunlar bir-birilə bağlı olan məsələlərdir.

Cənubi Qafqaz ölkəsi olan Azərbaycan regionda təhlükəsizlik tədbirlərinə, sülh və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqının sərhədlərinin Cənubi Qafqaz regionuna yaxınlaşması ilə yanaşı, əlbəttə ki, təmasların qurulması, əməkdaşlığın aparılması və yaxşı qonşuluğun saxlanılması ilə bağlı yeni yanaşmalar, çağdaş fikirlər gündəliyimizdə çox mühüm yer tutur.

Avratlantik inteqrasiyaya dair siyasətə gəldikdə, Azərbaycan böyük irəliləyişə nail olmuşdur. Bizim NATO ilə tərəfdaşlığımız sürətlə irəliləyir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramının ən fəal üzvüdür. İki il əvvəl mən NATO-nun baş katibinə “Fərdi tərəfdaşlığın fəaliyyət planını” təqdim etmişəm. Biz əməkdaşlığın səviyyəsindən çox razıyıq və ümid edirik ki, birgə işlərimiz gələcəkdə uğurla davam edəcəkdir.

Cənubi Qafqazda siyasi və iqtisadi inkişaf, eləcə də enerji təhlükəsizliyi kimi məsələlər bir-birilə sıx bağlıdır. Bu gün Xəzərin böyük enerji ehtiyatları və artıq mövcud olan nəqliyyat marşrutları ilə regionun oynadığı rol, təbii ki, artacaqdır. Burada söhbət nəinki regional, o cümlədən qlobal miqyaslı məsələlər gedir.

Son on il ərzində Azərbaycanın siyasi və iqtisadi inkişafı onu göstərir ki, ölkə uğurla irəliləyir. Siyasi islahatların həyata keçirilməsi möhkəm iqtisadi əsaslara söykənir. Çünki biz ölkə inkişafının həmin iki əsas elementini bir-birindən ayıra bilmərik. Belə olmasa, biz davamlı inkişafa nail ola bilməyəcəyik.

Azərbaycanda cəmiyyətin demokratikləşməsi prosesi, siyasi islahatlar, siyasi təsisatların möhkəmləndirilməsi və eyni zamanda, liberal islahatlar, bazar iqtisadiyyatı prinsipləri və iqtisadi nailiyyətlər kimi vəzifələr bizim daim diqqət mərkəzimizdədir. Biz bütün istiqamətlərdə müsbət nəticələri müşahidə edirik. İqtisadiyyatımız sürətlə inkişaf edir. Ötən il ərzində ÜDM-in artımı 26 faiz olmuşdur. Cari ilin dörd ayı ərzində bu rəqəm təxminən 40 faiz, sənaye istehsalının artımı isə təqribən 50 faiz təşkil etmişdir. Son iki il yarım ərzində Azərbaycanda 400 minə yaxın yeni iş yeri açılmış və onların əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bizim hazırkı əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Əlbəttə ki, neft və qaz layihələri Azərbaycanda uzun müddət ərzində iqtisadiyyatımızın əsas hissəsini təşkil edəcəkdir. Lakin qeyri-neft sektorunun inkişafı da vacibdir.

Bütün bu amillər ölkənin uzunmüddətli, davamlı və uğurlu inkişafının təməlini təşkil edir. Biz digər keçmiş sovet respublikaları ilə birgə 15 il öncə müstəqilliyimizi qazanmışıq. Lakin sözün əsil mənasında güclü və müstəqil siyasət aparmaq üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu, ən zəruri şərtdir. Bu baxımdan, Azərbaycan özünün resurslarına arxalanır. İqtisadi nöqteyi-nəzərdən güclü olmaq, təbii ki, siyasi islahatların təşviqi və regional səviyyədə əməkdaşlıq baxımından bizim üçün yeni imkanlar açır.

İndiki vaxtda sülh, təhlükəsizlik və sabitlik məsələləri enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Azərbaycan bu sahədə öz rolunu oynaya bilər. Neft layihələrimiz çox uğurla davam etdirilir. İki gün öncə, Azərbaycanın qeyd etdiyi 28 May - Respublika günü zamanı Azərbaycan nefti Aralıq dənizindəki Ceyhan limanına çatmışdır və o deməkdir ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq işləyir. Bu, nəinki Azərbaycan, o cümlədən qonşularımız və tərəfdaşlarımız üçün tarixi hadisədir və beynəlxalq bazarlara enerji nəqli yollarının müxtəlifləşdirilməsinə imkan yaradır.

İki ildən sonra Azərbaycanda neft hasilatı gündə bir milyon barreldən çox olacaqdır. Böyük qaz kəmərinin çəkilməsindən sonra isə Azərbaycan qonşu ölkələr üçün qaz təchizatçısına çevriləcəkdir. Dünyada, o cümlədən Avropada enerji təhlükəsizliyi məsələsinin əhəmiyyəti tədricən artır. Azərbaycan dost və tərəfdaş kimi ümumi işə töhfə verməyə hazırdır. Siz yəqin ki, bilirsiniz, Azərbaycanın NATO ilə nəinki adi tərəfdaşlıq münasibətləri var, biz həm də konkret işlər görürük. Bizim hərbçilərimiz NATO-nun üzvü olan ölkələrin əsgərləri ilə dünyanın müxtəlif yerlərində - Kosovo, Əfqanıstan və İraqda sülhyaratma əməliyyatlarında çiyin-çiyinə dayanır. Azərbaycan lap ilk günlərdən etibarən koalisiyanın üzvü olmuş və belə olaraq qalır. NATO-nun üzvü olan ölkələrlə dostluq əlaqələri saxlayan Azərbaycan regional çərçivədə vacib rolunu davam etdirəcəkdir.

Bir sözlə, siyasi inkişafımız uğurludur, iqtisadi göstəricilər davamlı inkişaf üçün möhkəm zəmin yaradır. Lakin regional əməkdaşlığa olan yeganə maneə, yeganə potensial təhlükə Ermənistan ilə Azərbaycan arasındakı həll olunmamış münaqişədir. Ermənistan Azərbaycan torpaqlarını davamlı işğal altında saxlamaqla, özünü ən böyük təhlükə mənbəyinə çevirir. Ermənistanın Azərbaycana qarşı təcavüzü, eləcə də həmvətənlərimizə qarşı etnik təmizləmə siyasəti nəticəsində ərazimizin təqribən 20 faizi işğal edilmiş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşdur. Bu, böyük bir humanitar fəlakətdir. 8 milyonluq əhalinin 1 milyonunun qaçqın və məcburi köçkün olması ölkə üçün ağır bir problemdir.

Ümid edirik ki, hazırda aparılan danışıqlar münaqişənin sülh yoluyla həlli ilə nəticələnəcəkdir. Lakin məsələnin həlli beynəlxalq hüququn mövcud olan prinsiplərinə əsaslanmalıdır. Yəni beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmayan həll variantı mümkün deyildir. Dağlıq Qarabağ hüquqi, tarixi baxımdan Azərbaycan torpağıdır və Dağlıq Qarabağ ərazimizin ayrılmaz hissəsi kimi bütün beynəlxalq birlik, bütün ölkələr, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıbdır. İstisna yalnız Ermənistandır. Bu səbəbə görə məsələnin həlli yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində tapıla bilər. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Hər bir ölkənin ərazi bütövlüyü beynəlxalq hüququn başlıca prinsipidir. Ona görə, Azərbaycan bütün erməni qoşunlarının ərazimizdən çıxarılmasını tələb edir. Azərbaycana qarşı təcavüz edilmiş, etnik təmizləmə siyasəti aparılmış, işğal olunmuş bütün ərazilər dağıdılmışdır.

Bir müddət əvvəl ATƏT işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyasını göndərmişdir. Onların hazırladığı hesabat dəhşətli idi. Hər bir şey məhv edilib, evlər, orta məktəblər, tibb ocaqları, tarixi abidələrimiz, ata-babalarımızın məzarları yerlə-yeksan olunubdur. Bu, böyük humanitar fəlakətdir, region üçün böyük siyasi problemdir.

Hesab edirəm ki, birgə səylərlə və potensial təhdidləri ümumi qaydada anlamaqla, Ermənistan rəhbərliyi başa düşəcək ki, onların yürütdüyü siyasət uğursuzluğa düçardır. Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaqdır! Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəkdir! Azərbaycan Dağlıq Qarabağın ondan qoparılmasını heç vaxt qəbul etməyəcəkdir!

Dünyada muxtariyyətin çox gözəl nümunələri var. Onlar Avropada da var. Azərbaycanda milli azlıqların hüquqları qorunur. Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir. Bir çox milli azlıqlar, müxtəlif millətlərdən olan və fərqli dini baxışlara malik vətəndaşlar ölkəmizdə bir ailə kimi əmin-amanlıq şəraitində yaşayırlar. Etnik azlıq olmaq o demək deyil ki, həmin insanlar yaşadıqları torpağı ölkədən qoparıb, müstəqil dövlət yarada bilərlər. Ermənilər dünyanın bir çox ölkələrində yaşayırlar. Gəlin təsəvvür edək ki, əgər onlar yaşadıqları müxtəlif yerlərdə öz müqəddəratını tələb etməyə başlasalar, nələr baş verər?! Görün, dünyada nə qədər erməni dövləti yaranar? Ona görə bu cür yanaşma əks-nəticə verir. Bizim yanaşmamız beynəlxalq hüquqa, müvafiq prinsiplərə və yaxşı qonşuluq ruhuna əsaslanır. Ümid edirik ki, sülh danışıqları lazımi nəticələri verəcək və bu münaqişəyə son qoyulacaqdır.

Regionda böyük potensial var. Biz artıq dostlarımızla çox yüksək səviyyəli regional əməkdaşlığa nail olmuşuq. Regionda çoxmilyardlıq enerji layihələrində iştirak edirik. Regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Türkiyə sübut etdilər ki, çox mürəkkəb siyasi və iqtisadi mühitdə, texniki çətinliklərə baxmayaraq, onlar regionumuzda dünyanın ən iri enerji layihəsini həyata keçirməyə qadirdirlər. Beləliklə, biz həmin istiqamətdə irəliləyirik. Biz Azərbaycanı bütün hüquq və azadlıqları qoruyan, yüksək səviyyəli siyasi təsisatlara, demokratikləşmə prosesinə, şəffaflığa və iqtisadi imkanlara malik, qonşularla və beynəlxalq təşkilatlarla yaxşı münasibətləri saxlayan müasir, dünyəvi ölkə kimi görürük. Biz bu məqsədə doğru gedirik.

Cənubi Qafqazda mövcud olan münaqişələr genişmiqyaslı regional əməkdaşlığa olan əsas maneədir və bizim planlarımız, fikirlərimiz və proqramlarımıza qarşı ciddi təhlükədir. Ona görə həmin münaqişələrin həlli nəinki bizim üçün, həm də bütün region üçün vacibdir. Ümidvaram ki, biz öz məqsədlərimizə nail olacağıq.

Mən qarşınızda çıxış etmək üçün yaradılmış imkana görə sizə bir daha öz minnətdarlığımı bildirirəm və sizi maraqlandıran suallara cavab verməyə hazıram. Çox sağ olun.

Azərbaycan Prezidentinin çıxışı diqqətlə dinlənildi və alqışlarla qarşılandı.

X X X

PYER LELUŞ: Cənab Prezident, çox sağ olun. Hesab edirəm ki, söylədiyiniz olduqca səlis analitik fikirləriniz hamının marağına səbəb oldu. Sessiyamızın rəsmi hissəsinin başa çatmasına 20 dəqiqə qalır. Təbii ki, bizim bir neçə sual üçün vaxtımız var.

Beləlilklə, mən Hollandiyadan deputat Yars van Qininin sualı ilə başlamaq istəyirəm. Buyurun, söz sizindir.

YARS VAN QİNİ (Hollandiyadan deputat): Cənab sədr, sağ olun. Zənnimcə, biz hamımız Azərbaycan cəmiyyətinin və hökumətinin gözəl iqtisadi göstəricilərindən çox razıyıq.

Cənab Prezident, mən ölkənizin BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz insan hüquqları ilə bağlı bəzi sahələrdə hər hansı çətinliyi müşahidə etməmişik. Digər tərəfdən isə, demokratik proses və insan hüquqlarının qorunması sahəsində pozuntuları təsvir edən bir çox hesabatlar mövcuddur. Mən burada fərdi şikayətləri nəzərdə tutmuram və özümü hakim saymıram. Lakin “Beynəlxalq Amnistiya” təşkilatının hərtərəfli hesabatında, həmin qurumun mayın 25-də verdiyi bəyanatda və Sizin yerli təşkilatlarınızın müxtəlif hesabatlarında düzgün və ədalətli seçki prosesinin olmaması, siyasi səbəblərə görə günahsız vətəndaşların həbsi və saxlama zamanı bəzi işgəncə hallarının baş verməsi və mətbuat azadlığının məhdudlaşdırılması bildirilir.

Cənab Prezident, bütün bu məlumatlar həmin halların ölkənizdəki demokratikləşmə arzuları ilə nə dərəcədə uzlaşması barədə sual doğurur. Onların aradan qaldırılması üçün hansı tədbirləri görməyi planlaşdırırsınız? Sağ olun.

PYER LELUŞ: Sağ olun. İndi isə, mən ikinci suala keçərək, sözü Ermənistan nümayəndə heyətinin rəhbəri Şahgəldiyana verirəm.

ŞAHGƏLDİYAN (Ermənistan nümayəndə heyətinin başçısı): İlk nöbbədə, mən nümayəndə heyətimizə göstərilmiş qonaqpərvərliyə və bu sessiyanın Parisdə təşkilinə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.

Cənab Prezident, Siz burada yeni yanaşmanın zəruri olmasından danışdınız və qeyd etdiniz ki, Dağlıq Qarabağ problemi sülhə əsaslanan yanaşma, danışıqlar yolu ilə həll olunmalıdır. Ermənistanın mövqeyi ondan ibarətdir ki, məsələ danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə nizamlanmalıdır. Bu, Ermənistanın rəsmi mövqeyidir. Biz həmin mövqeyi bu günə qədər aparılmış danışıqlar zamanı, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində və Ermənistan daxilində açıqlamışıq. Problem ondan ibarətdir ki, danışıqlar hər hansı ilkin şərt olmadan aparılmalı və başa çatdırılmalıdır. Çevik mövqeyə əsaslanaraq, danışmaq lazımdır. Bəyanat verəndə gələcəyi nəzərə almaq zəruridir. Bizim yanaşmamız belədir.

Sualım belədir: birincisi, Dağlıq Qarabağ problemi ərazi problemi deyildir. Bu, millətlərin hüququ ilə bağlı olan məsələdir. Yəni söhbət Dağlıq Qarabağda yaşayan insanlardan gedir. Bu, çox vacibdir. Bu baxımdan, həmin insanların hüquqları, onların hüquqlarına aid beynəlxalq normalar nəzərə alınırmı? Bu halda, ilkin şərtlərdən söhbət gedə bilərmi? Burada yalnız bir prinsipdən, yəni ərazi bütövlüyü prinsipindən danışmaq nə dərəcədə münasibdir?

Digər qısa bir məsələ. Əgər söhbət yalnız ərazi bütövlüyü prinsipindən gedirsə, milli azlıqların hüquqları bu baxımdan nə dərəcədə nəzərə alınır? Sağ olun.

PYER LELUŞ: Mən bütün Assambleya qarşısında dəqiqləşdirmək istəyirəm. Mən bu sözləri Prezident Əliyevə yenidən demək arzusundayam. Mən Parisdə sessiyanın təşkili ilə məşğul olduğum zaman Cənubi Qafqazdakı üç ölkənin başçısını, o cümlədən cənab Koçaryanı da dəvət etmək istəyirdim. Əfsuslar olsun ki, Prezident Koçaryan gəlməmək qərarını verdi. Əgər o, gəlmiş olsaydı, onda Prezident Əliyev qarşısında öz mövqeyini bildirə bilərdi. Biz hətta iki ölkə başçısının Parisdə görüşünü də təşkil edə bilərdik. Mən təəssüf edirəm ki, o, bu fürsətdən istifadə etmədi. Beləliklə, mən Prezident Əliyevə yenidən söz verirəm.

İLHAM ƏLİYEV: Verilmiş birinci suala gəldikdə, demək istəyirəm ki, Azərbaycanda siyasi proseslər çox uğurla gedir. Bəzən məlumatın olmaması, səhv məlumatın verilməsi və ya müəyyən maraqlara xidmət edən məlumatın ötürülməsi ümumi işə fayda vermir. Ona görə də hər hansı subyektiv yanaşmaya əsaslanan nəticələri çıxarmaqdansa, həmin məlumatı yoxlamaq və ya onu bilmədikdə, soruşmaq daha yaxşıdır. Mən hesab edirəm ki, Azərbaycan rəsmilərinin müxtəlif beynəlxalq tədbirlərdə tez-tez iştirakı çox vacibdir. Bununla biz özümüzü təqdim edə bilərik və əslində, yalan məlumatlara əsaslanan suallara cavab vermək iqtidarında ola bilərik.

Azərbaycandakı seçkilər Seçki Məcəlləsinə uyğun keçirilmişdir. Noyabr ayındakı seçkilərin rəsmi nəticələri ABŞ hökuməti tərəfindən seçilmiş şirkətin keçirdiyi “exit-poll”un nəticələri ilə 90 faiz üst-üstə düşdü. Seçki pozuntuları baş vermişdir, lakin bizim hökumətimiz ciddi tədbirlər gördü, bir çox rəsmilər cəzalandırıldı, bir neçəsi həbs edildi, bir sıra yerli icra hakimiyyəti başçıları tutduqları vəzifədən azad edildi və biz 10 seçki dairəsində təkrar seçkilərin keçirilməsini bəyan etdik.

Təkrar seçkilər mayın 13-də keçirilmişdir. Bütün monitorinq qurumlarının və müşahidəçilərin rəyinə görə, həmin seçkilər azad və ədalətli olmuşdur. Bu dəfə ABŞ hökuməti yenidən bir şirkət seçdi. Bu qurum Beynəlxalq Respublikaçılar İnstitutu olmuşdur. Nəticədə, 10 seçki dairəsindəki bütün rəsmi nəticələr “exit-poll”un nəticələri ilə uyğun gəldi. Yəni, 100 faiz üst-üstə düşdü. Burada söhbət nəinki həmin dairələrdə qalib gəlmiş namizədlər, o cümlədən ikinci, üçüncü, dördüncü və hətta beşinci yeri tutmuş namizədlərdən söhbət gedir. Bu, sizin sualınıza ən yaxşı cavabdır və Azərbaycanın bugünkü reallığının ən münasib göstəricisidir.

Eyni zamanda, bəlkə də, bilmirsiniz, amma mən sizə məlumat verərəm. Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Avropa Şurası tərəfindən siyasi məhbus kimi hesab olunan bütün şəxslər mənim tərəfimdən əfv edilmişdir. Bu gün, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin üzvü olduğu halda, prinsip etibarilə, ölkədə heç bir siyasi məhbus ola bilməz. Axı, bu, mümkün deyildir. Biz bu Məhkəmənin üzvüyük. Hər kəs məhkəməyə müraciət etmək hüququna malikdir.

Azərbaycandakı siyasi proseslər müsbət istiqamətdə cərəyan edir. Təbii ki, mən bunlardan istədiyim qədər razı deyiləm, çünki bizim opponentlər bizə düşmən gözü ilə baxırlar. Onlar bizə hücum etməyə, beynəlxalq təşkilatlarda yanlış yanaşmanın yaradılmasına üstünlük verirlər. Onlar müxtəlif ölkələrdə bəzi qrupları tapır və Azərbaycan haqqında tam təhrif olunmuş təsəvvür yaratmaq imkanını əldən buraxmırlar. Bu gün Azərbaycan müasir, dünyəvi və bütün demokratik təsisatlara malik olan ölkədir. Azərbaycan Avratlantik inteqrasiya siyasətini həyata keçirir. Biz dostlarımız üçün açıq ölkəyik. Azərbaycan böyük siyasi proqramlar və iqtisadi layihələri həyata keçirmək iqtidarındadır.

Mən həmçinin Sizin nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanın hazırkı siyasi vəziyyətini təsvir edərək bildirirəm: Mən artıq iki il yarımdır ki, Azərbaycan Respublikasının Prezidentiyəm. Bu vaxt ərzində, mən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bütün beş ölkəyə rəsmi səfərlər etmişəm. Mən Avropanın bütün aparıcı dövlətlərində olmuşam və bizim həmin ölkələrlə çox yaxşı əlaqələrimiz var. Siyasi münasibətlər və ya gərginlik məsələləri bizim üçün keçmişdə qalmış məsələlərdir. Azərbaycanın uğurlu inkişafı və siyasi təsisatlarının formalaşması prosesi olduqca müsbətdir. Ona görə də, mən sizin şərhlərinizi qəbul etmirəm. Mən sizin baxışlarınızı rədd edirəm, bununla razı deyiləm və hesab edirəm ki, sizin dediyiniz düz deyildir.

O ki qaldı, Ermənistan nümayəndəsinin verdiyi suala, mən demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğumuz mövqe birmənalı olaraq tamamilə aydındır və beynəlxalq hüquqa əsaslanır. Mövqeyimiz arzular və xülyalardan ibarət deyil, Ermənistanın yanaşmasından fərqli olaraq, arzu olunan nəticələrə söykənmir. Beynəlxalq hüquq nə deyir: Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.

Hamıya məlumdur ki, ermənilər Qarabağa ilk dəfə nə vaxt gəliblər. Bu, XIX əsrin əvvəllərində baş vermişdir. Yaxşı, indi onlar orada təqribən 200 il yaşayıblarsa, qoy yaşasınlar. Bizim orada yaşayan insanlarla heç bir problemimiz yoxdur. Bizim separatçı rejimlə problemimiz var. Bu gün qeyri-qanuni zona sayılan Dağlıq Qarabağın beynəlxalq nəzarətdən qaçan və beynəlxalq monitorinqdən canını qurtarmağa çalışan qondarma rejimin özü problemdir. Orada terrorçu qrupların cəmləşməsi, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bizdə kifayət qədər məlumat var. Heç kim bu zonaya nəzarət etmir. Bu, Avropanın qara ləkəsidir. Biz buna son qoymalıyıq.

Azərbaycanın heç bir qeyri-adi tələbi yoxdur. Əgər söhbət güzəştdən gedirsə, hesab edirəm ki, Azərbaycan son on il ərzində sadiq olduğu atəşkəsi saxlamış, torpaqlarının on ildən çoxdur ki, işğal altında olmasına dözmüşdür və bu günədək yenə də sülh prosesinə sadiq olaraq qalır. Biz bu fürsəti əldən buraxmaq istəmirik. Azərbaycan Ermənistana məxsus hər hansı əraziyə malikdirmi? Təbii ki, yox! Biz heç nəyi qaytarmalı deyilik. Biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz etnik təmizləmə siyasəti aparmamışıq və özümüzü təcavüzkar kimi aparmırıq. Beləliklə, əgər güzəşt haqqında danışırsınızsa, siz anlamalısınız ki, Azərbaycan sizə məxsus olan heç bir şeyi öz əlində saxlamır. Əksinə, Ermənistan bizim əraziləri öz işğalı altında saxlayır. Həmin zonalar tam dağıdılıbdır. Erməni xalqı bundan nə uda bilər axı? Onlar özlərinə məxsus olmayan torpaqda oturmaqla, Azərbaycanın daim artan inkişaf tempindən qorxu içərisində yaşayaraq, həyatlarını yaxşılaşdırdılarmı? Bu, yaxşı mühitin yaradılmasına xidmət edirmi? Fikrimcə, yox! Nəyin baş verdiyini qiymətləndirmək, gələcəyə baxmaq və üç, beş ildən sonra nəyin baş verəcəyini anlamaq vaxtı çoxdan yetişibdir: Azərbaycan hansı səviyyəyə qalxacaq? Ermənistan hansı səviyyədə qalacaq? Enerji layihələrini həyata keçirən və güclü nəqliyyat infrastrukturuna malik olan Azərbaycanın iqtisadi potensialı necə olacaq? Gəlin, Ermənistanın perspektivinə nəzər salaq. Həmin ölkə bütün regional layihələrdən kənarda qalır. Ermənistan hökuməti bunu anlamalı və düzgün qərar qəbul etməlidir.

PYER LELUŞ: Cənab Prezident, sağ olun. Biz artıq reqlamentin sonuna çatdıq. Lakin buna baxmayaraq, son iki suala qısa vaxt qalır. Xahiş edirəm, suallarınızda qısa olun. Əvvəlcə söz Türkiyə nümayəndə heyətinin üzvü cənab Əziz Ağgülə verilir. Buyurun, cənab Ağgül.

ƏZİZ AĞGÜL (Türkiyə nümayəndə heyətinin üzvü): Cənab sədr, çox sağ olun.

Cənab Prezident, ilk növbədə, NATO Parlament Assambleyasının sessiyasına gəldiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz öz çıxışınızda çox aydın şəkildə qeyd etdiniz ki, ərazinizin 20 faizi işğal altındadır və əhalinizin 1 milyonu öz vətənində məcburi köçkün vəziyyətinə düşmüşdür və son 15 il ərzində çətin şəraitdə yaşamışdır.

Cənab Prezident, Siz bu humanitar fəlakətə son qoymaq məqsədi ilə verilən beynəlxalq dəstəkdən razısınızmı?

PYER LELUŞ: Sağ olun, cənab Ağgül. Sonuncu sualı Litva nümayəndə heyətinin başçısı Oli Kaas verəcəkdir. Cənab Kaas, söz sizindir.

OLİ KAAS (Litva nümayəndə heyətinin başçısı): Cənab sədr, sağ olun.

İlk növbədə, mən çox maraqlı çıxışına görə cənab Prezidentə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən ona və ölkəsinə gələcəkdə uğurlar arzulayıram.

NATO-nun Parlament Assambleyası enerji təchizatı və təhlükəsizlik məsələlərini çox müzakirə edir. Hörmətli cənab Prezident, Siz öz çıxışınızda bu məsələyə toxundunuz. Siz NATO ilə əməkdaşlığınız və uğurlu iqtisadi inkişaf haqqında danışdınız. Əminik ki, ölkənizdəki demokratikləşmə prosesi davam edəcəkdir. Enerji təchizatı və təhlükəsizlik məsələlərinə gəldikdə, mən bilmək istəyirəm, Gürcüstan və qonşu ölkələri qazla təchiz edəcək yeni boru kəmərinin çəkilməsinə nə qədər vaxt tələb olunacaq?

Cavabınıza görə çox sağ olun.

PYER LELUŞ: Cənab Prezident, söz Sizindir.

İLHAM ƏLİYEV: Sağ olun. Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətin tutduğu mövqeyə gəldikdə, biz məmnunuq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıbdır. Eyni zamanda, siz bilirsiniz ki, hazırda ATƏT-in Minsk qrupunun üç həmsədri – Fransa, Birləşmiş Ştatlar və Rusiyanın vasitəçiliyi ilə danışıqlar formatı saxlanılır. Onlar məsələnin sülh yolu ilə həll olunmasında bizə yardım göstərməyə çalışırlar.

Mən Minsk qrupunun son illər ərzindəki fəaliyyətinə, məsələyə çox faydalı yanaşmasına və real yardımına görə minnətdarlığımı bildirmək istəyirəm. Ona görə də, bugünkü format məsələnin sülh yolu ilə həlli üçün imkanlar yaradır.

Eyni zamanda, mən bildirmək istəyirəm ki, ötən il Avropa Şurası münaqişə ilə bağlı xüsusi qətnamə qəbul etmişdir. Həmin qətnamədə Ermənistan Azərbaycan ərazisini işğal etmiş ölkə kimi tanındı. Bu, çox vacibdir, çünki hadisələrin qeyri-düzgün təfsir olunması səbəbindən, ermənilər uzun illər ərzində real vəziyyəti beynəlxalq ictimaiyyətdən gizlətməyə nail olmuşlar. Adətən, deyilirdi ki, erməni hərbi birləşmələri torpaqları işğal etmişdir. Lakin heç kim bilmirdi, məhz hansı erməni qoşunlarından söhbət gedir və onlar haradan gəliblər? Avropa Şurasının qətnaməsində isə, aydın şəkildə bildirilir ki, Ermənistan bizim torpaqlarımızı işğal etmişdir. Biz Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatların dəstəyini də artıq aldıq.

Bu yaxınlarda, biz GUAM-ın üzvü olan dövlətlərin zirvə görüşünü keçirdik və həmin görüş zamanı GUAM ölkələrində mövcud olan münaqişələrlə bağlı qətnamə qəbul edildi və orada bütün ölkələrin ərazi bütövlüyü dəstəkləndi. Qalan beynəlxalq təşkilatların qətnamələrində və tutduqları mövqedə nəyin baş verdiyi, hansı tərəfin təcavüzkar və hansı tərəfin təcavüzün qurbanı olduğu aydın şəkildə təsvir olunubdur. Bununla belə, bütün nailiyyətlərlə yanaşı, BMT TŞ erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edibdir. Lakin problem ondan ibarətdir ki, həmin sənədlər və qətnamələr yerinə yetirilmir. Çünki Ermənistanın mövqeyi buna imkan vermir. Onlar beynəlxalq hüquqa heç bir məhəl qoymur, normal beynəlxalq davranışa heç bir hörmət göstərmirlər. Onlar hesab edirlər ki, XXI əsrdə özlərinə məxsus olmayan torpaqda otura bilərlər və heç nə baş verməyəcəkdir. Bu, yolverilməzdir.

Lakin bizi narahat edən digər məsələ ondan ibarətdir ki, bu ay ermənilər Şuşanın guya azad olunmasını qeyd etdilər. Soruşulur: onlar Şuşanı kimdən azad etdilər? Azərbaycanlılardanmı? Şuşada yaşayan insanların 90 faizdən çoxu azərbaycanlılar idi. Ermənilər isə, bunu bayram kimi qeyd edirlər. Beynəlxalq ictimaiyyət buna göz yumur. Problemimiz budur. Problem ondan ibarətdir ki, təşkilatların qətnamələri işləmir. Biz elə bir şərait yaratmalıyıq ki, qəbul olunmuş qərarlar yerinə yetirilsin.

Bu gün əhəmiyyəti get-gedə artan enerji problemlərinə gəldikdə isə, mən demək istəyirəm ki, Azərbaycan qazını Gürcüstan və Türkiyəyə çatdıracaq boru kəməri sentyabr ayında istismara veriləcəkdir. Bunun nəticəsində Azərbaycan nəinki neft, həm də qazı ixrac edən ölkəyə çevriləcəkdir. Azərbaycan öz tərəfdaşları və qonşuları ilə vahid bir heyətdə işləyir.

Hazırda Xəzər enerji layihələrinin qlobal enerji təhlükəsizliyi üçün əhəmiyyəti artır. Azərbaycan dünya və Avropa bazarlarına enerji daşıyıcıları ixrac edən ölkəyə çevriləcəkdir. Biz yeni potensial istehlakçılarla danışıqlar aparmaqdayıq. Fikrimcə, regionda alternativ qaz təchizatı xəttinin olması və Avropaya çıxması qazı hasil və istehlak edənlərin tələbatlarını ödəyəcəkdir. Biz bu sahədə əməkdaşlıq etməyə hazırıq. Uzun illər ərzində apardığımız neft siyasəti özünü doğrultmuşdur. Biz dünyada təkrarolunmaz nəqliyyat infrastrukturunun yaradılmasına nail olduq və onun nəticəsində Xəzər regionundan qonşu ölkələr, Avropa və dünya bazarları üçün neft və qaz təchizatı çoxşaxəli olacaqdır.

PYER LELUŞ: Cənab Prezident, sağ olun. Parisə səfər etdiyinizə və fikirlərinizi bizimlə bölüşdüyünüzə görə bütün Assambleyamız adından Sizə minnətdarlığımı bildirirəm.

Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb