Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İORDANİYAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ İORDANİYA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İORDANİYAYA RƏSMİ SƏFƏRİ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ İORDANİYA UNİVERSİTETİNİN FƏXRİ DOKTORU ADI VERİLMİŞDİR
Xəbər verdiyimiz kimi, iyulun 29-da Əmmanda Azərbaycan Prezidenti İlham Əliyevə İordaniya Universitetinin siyasi elmlər üzrə Fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilmişdir.

Dövlətimizin başçısı əvvəlcə universitetin Elmi Şurasının üzvləri ilə görüşdü, burada ali məktəbin Fəxri doktoru mantiyasını geyindi.

Azərbaycan Prezidentinin salona gəlişi hərarətli alqışlarla qarşılandı.

Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirildi.

Universitetin rektoru, professor HANİ DUMOR mərasimi açaraq dedi:

-Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev!

Hörmətli mərasim iştirakçıları!

İordaniya Universiteti bu gün xoş bir hadisəni bayram təntənəsi ilə qeyd edir. Bu gün biz akademik bir şəxsiyyət və dövlət xadimi olan Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə fəxri doktor adı verməkdən şərəf duyuruq. Fəxri doktor adının verilməsi ilə bu nüfuzlu şəxsiyyət, eyni zamanda, bizim universitetin pedaqoji kollektivinin üzvü olur.

Zati-aliləri cənab Prezident, İordaniya Universiteti bu gün Sizə siyasi elmlər sahəsində Fəxri doktor adı verməklə sonsuz sevinc hissləri keçirir. Bu, Sizin siyasət və xalqınıza xidmət sahəsində göstərdiyiniz fəaliyyətin nəticəsi də sayılmalıdır.

Mən indi Sizə bu dərəcənin verilməsi haqqında qərarın mətnini oxuyuram.

Zati-aliləri cənab İlham Əliyev beynəlxalq əlaqələr və onun tarixinin öyrənilməsində həm bakalavr, həm də magistr dərəcələrində yüksək nailiyyətlər əldə etmişdir. Sonradan o, tarix sahəsində elmi dərəcə alaraq, ali məktəbdə kadr hazırlığı ilə məşğul olmuş və mühazirələr oxumuşdur. O, həmçinin öz bilik və bacarığı ilə bir sıra sahələrə müvəffəqiyyətlə rəhbərlik etməklə orada istehsalın və keyfiyyətin yüksək dərəcədə artmasına nail olmuşdur.

Cənab İlham Əliyev sənaye, xüsusilə neft sənayesi siyasəti sahəsində apardığı uğurlu tədqiqatları işdə müvəffəqiyyətlə həyata keçirmiş və bu sahədə onun strategiyası xüsusi uğur qazanmışdır. O, parlamentin deputatı kimi fəaliyyət göstərdiyi illərdə ölkə üçün, öz seçiciləri üçün həyati əhəmiyyət kəsb edən məsələlərin həllinə, o cümlədən Avropa ilə və bizimlə olan əlaqələrə əvəzsiz töhfələr vermişdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti dövründə cənab İlham Əliyev idmanın Olimpiya növlərinin və bir çox başqa sahələrinin inkişafında da xüsusi xidmətlər göstərmişdir və ölkə idmanını beynəlxalq səviyyədə tanıtmağa nail olmuşdur.

Azərbaycan Respublikasının Baş naziri kimi o, üzərinə qoyulmuş vəzifənin öhdəsindən yüksək diplomatik bacarığı və xüsusi idarəçilik qabiliyyəti ilə müvəffəqiyyətlə gəlmişdir.

Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə cənab İlham Əliyev yüksək təşkilatçılıq məharəti ilə partiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi və onun Azərbaycanın siyasi həyatındakı rolunun möhkəmləndirilməsində müstəsina rol oynamışdır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı kimi o, öz yüksək siyasi bacarığını bir daha nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının Baş naziri və sonradan ölkənin Prezidenti kimi cənab İlham Əliyev Azərbaycanın inkişafı və iqtisadi intibahında, ölkənin taleyüklü problemlərinin həllində, o cümlədən beynəlxalq və regional əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Bütün bunlarla yanaşı, xalqlar arasında qarşılıqlı anlaşmaya və sivilizasiyalararası dialoqa dərindən inanan, dünyada və regionda sülhün bərqərar olmasına xüsusi önəm verən bir şəxsiyyət kimi cənab İlham Əliyev bir çox milli və beynəlxalq komissiyalara inamla başçılıq etmişdir. O, ingilis, rus, fransız və türk dillərini mükəmməl bilir. Bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatlar, orden və medallarla təltif edilmiş, dünyanın bir sıra tanınmış universitetlərinin, o cümlədən bizim universitetin Fəxri doktoru seçilmişdir.

Zati-aliləri İlham Heydər oğlu Əliyevin parlaq siyasi və akademik fəaliyyətini yüksək qiymətləndirərək, İordaniya Universiteti onu siyasi elmlər sahəsində Fəxri doktor seçməkdən şərəf duyur.

Mənə verilmiş səlahiyyət çərçivəsində icazə verin, İlham Heydər oğlu Əliyevə Fəxri doktor diplomunu təqdim edim.

(Rektor Fəxri doktor diplomunu və digər nişanələri dövlətimizin başçısına təqdim etdi).

Əziz mərasim iştirakçıları, sözü əlahəzrət Kral II Abdullah ibn Hüseynin və İordaniyanın ali qonağı zati-aliləri cənab İlham Əliyevə verirəm.

X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Universitetin rektoru Hani Dumor Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək dedi:

- Zati-aliləri cənab Prezident, bu yüksək səviyyəli nitqinizə və İordaniya Haşimilər Krallığının ünvanına söylədiyiniz səmimi qardaşlıq sözlərinə, əlahəzrət Kralımız II Abdullah ibn Hüseyn ilə olan qardaşlıq və dostluğunuzla bağlı söylədiyiniz fikirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.

İordaniya Universiteti özünün fakültələri və potensialı ilə Sizin ölkənizlə əməkdaşlıq etməyə və Azərbaycanın xidmətində durmağa hazırdır. Mən öz adımdan, Elmi Şuranın üzvləri və tədris heyətinin adından Sizə dərin məzmunlu nitqinizə görə bir daha təşəkkür edirəm. Bu görüş bizim xatirələrimizdə əbədi iz qoyacaqdır.

X X X
Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı universitetin professor-müəllim heyəti ilə, eləcə də Əmmanda yaşayan azərbaycanlılarla görüşüb söhbət etdi.

Azərbaycan Prezidenti İlham Əliyev universitet binasının qarşısında Elmi Şuranın üzvləri ilə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkə ərazisinin bəzi yerlərində sürüşmə və çökmə prosesləri qeydə alınıb

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub YENİLƏNİB VİDEO

Ermənistan və Gürcüstan XİN rəhbərləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

“Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda XI beynəlxalq konfrans işə başlayıb

Cənubi Koreyanın “Import” nəşrində Azərbaycanın iqtisadi potensialı haqqında məqalə dərc edilib

“Hyundai” və “LG Energy” İndoneziyada ilk akkumulyator zavodu açıb

“Moon Kids” MMC-nin direktoru barəsində həbs qətimkan tədbiri seçilib

“Kəpəz” klubu daha üç futbolçu ilə vidalaşıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəkidə yeni şəlalə qeydə alınıb

Beynəlxalq tədbir çərçivəsində Qubada assosiativ-simulyasiya təlimi keçirilib

CNN telekanalı: Baydenin ölkədə müsbət reytinqi cəmi 34 faizdir

“Asiya uşaqları”: Azərbaycanın bir boksçusu finala yüksəlib, ikisi bürünc medalla kifayətlənib

“Sumqayıt” Rusiya və Türkiyə klubları ilə qarşılaşacaq

Bu ilin birinci yarımilliyində metrodan 5,3 faiz çox sərnişin istifadə edib

Azərbaycanın peşə təhsili müəssisələrinin rəhbərləri Türkiyədə təlim keçiblər

UEFA Türkiyə millisinin futbolçusuna qarşı intizam işi açıb

Rusiyalı tələbələr AzMİU-da tədris təcrübəsinə başlayıblar

Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

® “AccessBank” Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib VİDEO

Aİ-nin bir sıra ölkələri Çin elektrokarlarına rüsum tətbiq olunmasını dəstəkləmir

Sabah Bakıda və Abşeron yarımadasında temperaturun 30-35° olacağı gözlənilir

Rəqabət Məcəlləsinin tətbiqi barədə seminar keçirilib

Uşaq inkişafı üzrə tanınmış mütəxəssis “Yeni çağırışlar”da

Dövlət Məşğulluq Agentliyi son bir ayda daha 1200-dən çox şəxsi peşə hazırlığına cəlb edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Ukraynalı futbolçu “Sabah” klubuna qayıda bilər

® ABB-nin Hava Limanındakı xidmət ofisi filial kimi fəaliyyətə başlayıb!

Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb

Dövlət Sərhəd Xidməti tibb sahəsində həqiqi hərbi xidmətə və işə qəbul elan edib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb

Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək

Növbəti hərracda 6 nəqliyyat vasitəsi satılıb

“ASAN xidmət” modeli İndoneziyaya ixrac edilib

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb

İyulun 3-ü Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür

Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Azərbaycanın veteran qapıçısı: Türkiyəli qolkiperin fantastik seyvi komandanı 1/4 finala çıxardı

İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır

TDT-nin Şuşa Zirvə görüşü Azərbaycanın təşkilatın daha da gücləndirilməsi istiqamətində titanik səylərinin daha bir sübutudur - RƏY

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib

Çin və Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə çatıb

Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb

DSMF: Son altı ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 7,3 faiz artıb

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla 4 nəfər xilas edilib

Antonio Quterreş: Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi danışıqlar yolu ilə həll edilməlidir

Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfərə gəlib VİDEO

BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur

Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

Çin və Qazaxıstan prezidentləri Çin-Avropa Transxəzər marşrutunun açılışında iştirak ediblər

BAMF QHT Agentliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb

Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Türkiyə XİN ölkənin maraqlarının xarici siyasətin əsas prioriteti olduğunu bəyan edib

Orxan Məmmədov: 2024-cü ildə Azərbaycanda ESG məsuliyyəti prinsiplərinin tətbiq səviyyəsi 3,5 faiz olub

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Prezident İlham Əliyev milli bayram münasibətilə Belarus Prezidentini təbrik edib

BMU Texnoparkının təşkil etdiyi ilk “My Technology” müsabiqəsi başa çatıb

Rusiya yeni kosmik stansiya quraşdırmağı planlaşdırır

Finlandiya Prezidenti: Çin Ukrayna münaqişəsini bir zənglə həll edə bilər

Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu

İtaliyada keçiriləcək turnirdə Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib

Brüsseldə “COP29: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans təşkil olunub

Muxtar Babayev: Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik VİDEO

Daxili işlər naziri Qubada vətəndaşların müraciətini dinləyəcək

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

“Lokomotiv və vaqonlar” hazırdır

Amerika Kubokunda 1/4 final cütlükləri bəlli olub

“CawaMedia” agentliyi Azərbaycanda qeyd ediləcək Ümumdünya Ətraf Mühit Günündən yazıb

KOBİA bizneslər arasında ESG prinsiplərini təbliğ edir

Azərbaycan idmançısı reytinq turnirində gümüş medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Misirdə binanın çökməsi nəticəsində 14 nəfər həlak olub

Vüsal Şıxəliyev: Bu il ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq VİDEO

Naxçıvanda müəllimlərin işə qəbul üzrə müsabiqənin test imtahanının növbəti mərhələsinə 375 namizəd dəvət edilib

"Sabah" Ukrayna millisinin basketbolçusunu heyətinə qatıb

Şəkidə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq

Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq böyük perspektivlər vəd edir

BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş

Nazir müavini: Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir

Hindistanda dini ibadətgahdakı izdihamda ölənlərin sayı 121-ə çatıb

Faktiki hava: Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38,6 faiz artıb

İsmayıllı rayonunda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

“Azeri Light” markalı neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

"Naxçıvan istedadları” incəsənət festivalında 378 şagird iştirak edib

Qədim Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalına hazırlaşır

“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivi ərazisində qanunsuz hasarlar sökülüb VİDEO

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

“Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DİN: Ölkə ərazisində qeydə alınan 26 cinayətin üstü açılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nda və 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejiminin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Toqoda “France 24” telekanalına son xəbərdarlıq edilib

İyun ayında sərhəd rejimi qaydalarını pozan 851 nəfər saxlanılıb