AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
Azərbaycanın dövlət başçısı Bolqarıstan Prezidentini səmimi salamlayaraq, onun Bakıya səfərinin böyük əhəmiyyət daşıdığını vurğuladı və əmin olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafına güclü təkan verəcəkdir. O, ATƏT-in sədri kimi Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında böyük səylər göstərdiyini qeyd etdi və bu səylərin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu söylədi.
Prezident Georgi Pırvanov Azərbaycanla ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensial olduğunu bildirdi və Avropaya inteqrasiya sahəsində Bolqarıstanın ölkəmizlə sıx əməkdaşlıq etmək istədiyini vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.