AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ İORDANİYANIN KRALI II ABDULLANIN TƏKBƏTƏK GÖRÜŞÜ
Avqustun 23-də, rəsmi qarşılanma mərasimindən sonra Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniyanın Kralı II Abdullanın təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, Azərbaycan və İordaniya arasında qarşılıqlı siyasi münasibətlərin yüksək səviyyədə olması, siyasi dialoqun fəal surətdə həyata keçirilməsi müsbət hal kimi dəyərləndirildi.
Prezident İlham Əliyev və Kral II Abdulla ikitərəfli əlaqələrin digər sahələrini də inkişaf etdirməyin zəruriliyini vurğuladılar, ticarət-iqtisadi əlaqələrin səviyyəsinin qaldırılmasının, gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirdilər.