AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LATVİYA PREZİDENTİ VAYRA VİKE-FREYBERQANIN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 4-də Latviya Prezidentinin iqamətgahında - “Riqa” qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqanın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, Avratlantik strukturlara inteqrasiya sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdilər və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdilər.
Prezidentlər bir-birinə xatirə hədiyyələri təqdim etdilər.