Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Qarabağ məsələsində inqilabi davranıb və bu səbəbdən Qərb ona qarşı səfərbər olub – ŞƏRH

Azərbaycan Qarabağ məsələsində inqilabi davranıb və bu səbəbdən Qərb ona qarşı səfərbər olub –  ŞƏRH

Bakı, 22 noyabr, N.Məmmədova, AZƏRTAC

Kollektiv Qərb ölkələri səmimi şəkildə və heç bir şübhə yeri olmadan özlərini bəşər sivilizasiyasının mərkəzi və dünyanın taleyini həll edən güclər hesab edirlər. Onlar 1885-ci il ideyalarından heç vaxt irəli gedə bilmədilər, həmin vaxt Berlindəki avropalılar yaranmış şəraitdən istifadə edərək, həyasızcasına və yerli xüsusiyyətləri nəzərə almadan Afrikada gələcək müstəmləkələrinin qitənin siyasi xəritəsində bu günə qədər qalmış sərhədlərini çəkdilər. Həmin andan təxminən 140 il keçsə də, dünyanın qalan hissəsinin resurslarını və əməyini istismar edərək yaşamağa öyrəşmiş Avropa elitasının mentaliteti dəyişməyib.

Bu fikirləri AZƏRTAC -a müsahibəsində rusiyalı qafqazlı tarixçi, tarix elmləri namizədi Oleq Kuznetsov Azərbaycanın öz imkanları ilə ərazi bütövlüyü və suverenliyini tam təmin etməsindən sonra ABŞ və digər Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları qəbul edə bilmədiyi faktını şərh edərkən deyib.

Onun fikrincə, Qərb üçüncü dünya ölkələri hesabına daha üstün şəraitdə yaşamağa vərdiş edib və onlar hansısa qeyri-Avropa və Şimali Amerika ölkəsinin yaşamaq və inkişaf etmək hüququnu bəyan etməsinə, onlardan icazə almadan və ən əsası, onlara bu hüquqa görə heç nə ödəmədən öz maraqlarını həyata keçirməsinə açıq şəkildə çaşqınlıq və qəzəblə yanaşır. Buna görə də Qərb ölkələri yekdil və ya kollektiv şəkildə Azərbaycanın Qarabağdakı hərəkətlərini və bu region üçün nəticələrini tanımaqdan imtina edirlər, çünki bütün bunlar onların alışdıqları dünya modelinə uyğun gəlmir.

Agentliyin müsahibi deyib: “Bundan başqa, kollektiv Qərb Azərbaycanın timsalında özü üçün təhlükəli nümunə və presedent görür ki, milli kimliyi və sosial-iqtisadi potensialı inkişaf etmiş ayrı bir ölkə birdən-birə kollektivin həyat prinsiplərinə zidd olaraq, heç kimdən asılı olmayan və müstəqil siyasət yeritməyə başlayır. Fikrimcə, dünya tarixində kollektiv Qərbin fikrinə bu qədər kəskin və dönməz şəkildə məhəl qoyulmayan bir neçə nümunə var; mən 1959-cu ildə Kuba və 1979-cu ildə İranı, həmçinin 2022-ci ildə Əfqanıstanı misal çəkəcəyəm. Yaxın tarixdə Qərbin mövqeyini qəbul etməkdən imtina ilə bağlı başqa belə parlaq nümunələri xatırlaya bilmirəm. Azərbaycan Qarabağ məsələsində inqilabi davrandı və buna görə də Qərb kollektiv şəkildə ona qarşı səfərbər oldu”.

Ermənistana gəlincə, ekspert qeyd edib ki, bu şəraitdən istifadə edən İrəvan, əksinə, kollektiv Qərbə - Fransa və ABŞ-a boyun əyib, növbəti dəfə öz-özlüyündə müstəqil olmadığını və bu ölkəni kollektiv Qərbin vassalı kimi görən qlobal erməni diasporunun mövqeyi və rəyindən asılı olduğunu nümayiş etdirib. Rusiyalı ekspert əlavə edib: “Həmçinin səmimi etiraf etməliyik ki, Ermənistan öz dövləti və bank sistemi ilə həmişə erməni diasporunun və dünyanın qalan hissəsinin işgüzar əlaqələr sistemində alət rolunu oynayıb və bu alət vasitəsilə “boz” və açıq desək, qanunsuz gəlirlər leqallaşdırılıb. Ermənistan banklarına "çirkli" nağd pul qoymaq kifayət idi ki, sonra onlar tamamilə "təmiz" çıxsın. İndi, Rusiyaya və onun vətəndaşlarına qarşı beş mindən çox müxtəlif sanksiya, maneə və qadağaların mövcud olduğu bir vaxtda, erməni biznesi və bankları üçün Rusiyadan uzaqlaşmaq faydalıdır ki, bu da Ermənistan dövlətinin kollektiv Qərbə doğru sürüklənməsini şərtləndirir. Burada zərrə qədər də geosiyasət yoxdur, sadəcə Qərbdə heç kimin xüsusi marağı olmayan erməni sakinlərinin və sadə insanların mənəvi-psixoloji rifahı pərdəsi altında gizlənmiş oliqarx qrupların biznes maraqları var. Orada Ermənistanda çirkli pulların yuyulması üçün Qərbin hərbi və inzibati institutları tərəfindən qorunan “paltaryuyan maşının” olması, Qərb üçün müstəqil xarici siyasət aparan azad və müstəqil dövlətdən daha vacibdir. Buna görə də, erməni elitası öz xarici sahibini dəyişmək qərarına gələn kimi, sevinərək dərhal birilərini tapdılar”.

Rəsmi Bakının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə faktaraşdırıcı missiya göndərməyən UNESCO-nun bunun guya siyasi məsələ olduğunu bildirərək Azərbaycan əleyhinə hücumlar kontekstində mövqeyindən danışan O.Kuznetsov vurğulayıb ki, istənilən beynəlxalq təşkilat və konkret olaraq UNESCO bu məsələdə istisna deyil. Bu, dünyanın bütün ölkələrini özündə birləşdirən kollektiv təşkilatdır, lakin onun rəhbərliyi ən çox üzvlük haqqı ödəyənlər tərəfindən təyin olunur və onların rəyi də üstünlük təşkil edir. O qeyd edib: “Bu, xüsusilə Fransaya aiddir. Xüsusən də UNESCO-nun baş qərargahının Parisdə yerləşdiyini nəzərə alsaq, bunu başa düşmək olar. UNESCO Avropa və ya anqlo-sakson sivilizasiyasının dünyanın qalan hissəsinə baxışlarının üstünlüyünü Qərbin təhsil və mədəniyyət periferiyası hesab edərək, onların qoyduğu intellektual təməl üzərində mövcud olduğunu əks etdirib, əks etdirir və hələ bir müddət də əks etdirəcək. Aydındır ki, bu vəziyyət tədricən başa çatır, lakin transformasiyalar tezliklə baş verməyəcək və buna görə də mən beynəlxalq strukturların feodal ictimai münasibətlər vəziyyətində olan üçüncü dünya ölkələrinə, bir çox dövlətlərə münasibətində nəinki köklü, hətta ciddi dəyişiklik görməyəcəyəm. Nə qədər ki, müxtəlif ölkələrin sosial inkişafında natarazlıq var, UNESCO bəzilərinin digərlərindən üstünlüyünü bəyan edəcək və tanıyacaq (rəsmi olmasa belə) və bu, onun fəaliyyətinin mənası və məzmununu müəyyən edəcək, üstəlik, bu təşkilat dünyada qloballaşmaya dəstək olacaq, çünki bütün forma və təzahürləri etibarilə özü də mahiyyətcə qlobal strukturdur”.

Nəhayət, bilavasitə Fransadan bəhs edən tarixçi qeyd edib ki, bu, çoxillik müstəmləkəçilik ənənələrinə malik ölkədir, onun üçün Cənubi Qafqaz sivilizasiyanın təsir zonası deyil, sərvətlərin talan olunacağı potensial regiondur. “Bakıdan anti-Azərbaycan fəaliyyəti kimi görünən mənzərə Parisdən tamamilə başqa cür - Fransanı sevən ölkələrin beynəlxalq təşkilatı olan Frankofoniyanın 2008-ci ildən üzvü olan Ermənistanın maraqlarının müdafiəsi kimi görünür. Bu ölkənin öz geosiyasi prioritetləri və maraqları var ki, onun strukturunda müttəfiqlərinin və peyklərinin qorunması bütöv bir beynəlxalq dövlətlər ittifaqının lideri kimi Parisin birbaşa vəzifəsidir. Bu nöqteyi-nəzərdən çıxış edərək, rəsmi Paris öz öhdəliklərinə uyğun davranır. Ermənistanın dostu olan Fransa, eyni zamanda Azərbaycanın da dostu ola bilməz. Yalnız Rusiya eyni vaxtda iki barışmaz düşmənin müttəfiqi olmağa çalışdı, nəticədə Cənubi Qafqazda heç nəyə nail olmadı. Bütün digər ölkələr iki düşməndən yalnız birini müttəfiq seçir, digəri ilə düşmənçilik və münaqişə vəziyyətindədir”, - deyə ekspert sözlərinə yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya qəbulun nəticələri açıqlanıb

Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir

Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı keçirilib

Təlimlərin ikinci günü: Media nümayəndələri ilkin tibbi yardım barədə məlumatlandırılıblar

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisiyə rəsmi səfər edəcək

Azərbaycan Polisi Günü Göyçayda da qeyd olunub

Gəncə Dövlət Universitetində tədbir: Qərbi Azərbaycana qayıdış

Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var

Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib

Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® "Azercell" yeni "Smartfon" kampaniyasını təqdim edir!

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib

Elektron Təhlükəsizlik Xidməti “Qarabağ” Futbol Klubunun əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib

"CESI" şirkətinin icraçı direktoru ilə “yaşıl enerji dəhlizi” üzrə əməkdaşlıq müzakirə olunub

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir 

Daşkəsən rayonunda sel müşahidə olunur VİDEO

“Orqanik Naxçıvan”a məxsus 750 hektardan artıq sahədə taxıl biçini aparılır

Paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edilib

Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

İtaliyalı jurnalist Azərbaycanda tolerantlıq mühitinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılıb

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

“Azərbaycan Dəmir Yolları” ilə sərnişin daşınması 20 faiz artıb

Azərbaycan polisi ölkədə təhlükəsizliyi və asayişi uğurla təmin edir

Qərbi azərbaycanlı professor: Azərbaycan Prezidentinin müdrik siyasəti sayəsində qayıdış arzumuza çatacağımıza inanırıq

UNEC Abituriyent Məsləhət Mərkəzində 100-dən çox abituriyentə dəstək göstərilib

Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb

Daxili işlər orqanları asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub

Gəncədə bir qrup polis işçisi peşə bayramı münasibətilə təltif edilib

Bakı İlahiyyat Kollecinin loqo müsabiqəsinin qalibi müəyyənləşib

Füzuli və Xocavənd rayonlarına mediatur təşkil olunub - YENİLƏNİB

Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Bu ilin 6 ayında miqrasiya qanunvericiliyini pozan 1 122 əcnəbi Azərbaycanın hüdudlarından kənara çıxarılıb

Məktəb-studiyanın yekun konserti olub

“Sabah” basketbol klubu dünya çempionatının iştirakçısını transfer edib

Rəsədxananın əməkdaşı beynəlxalq konfransda çıxış edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib

Azərbaycan səfiri etimadnaməsini Konqo Prezidentinə təqdim edib

Zəngilan, Laçın və Füzulidə “Ümid dolu sabahlar” adlı layihəyə başlanılıb

BMT-nin Baş katibi: Əminəm ki, Qazaxıstan Azərbaycanda keçiriləcək Tərəflər Konfransında üzərinə düşən rolunun öhdəsindən layiqincə gələcək

AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq

AİJA-nın prezidenti: AIPS-in yaradılması gününü bütün dünya ölkələri qeyd edir

Leyboristlər Partiyasının lideri donorlardan 76 min funt sterlinqlik hədiyyə qəbul edib

AIPS-in yubiley tədbiri keçirilib, AZƏRTAC “İlin ən yaxşı informasiya agentliyi” mükafatına layiq görülüb VİDEO

Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var VİDEO

Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur

MSK-da REAL-ın, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının müraciətlərinə baxılıb

İlanın ağından da, qarasından da... qorunmaq lazımdır

Rövzət Qasımov: Bəzi seçki məntəqələrinin hüdudlarında dəyişiklik edilməsinə əsaslar yaranıb

Uşaqlar nə üçün qaranlıqdan qorxur ?

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

Pakistanın səfiri Bilal Hayenin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

İRİA ekosistemin inkişafına təkan verəcək “Ecosystem Map” və digər layihələrini təqdim edib

Sabiq kəşfiyyat rəisi Niderlandın yeni Baş naziri olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Özbəkistan Prezidenti Astanada ŞƏT-in sammitində iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

“Azərtütün” ASC-nin emal məntəqələri bu günədək istehsalçılardan 476,4 ton yaş tütün qəbul edib

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Yay Təcrübə Proqramı çərçivəsində tələbələr üçün yay düşərgəsi keçirilir

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BANM tələbələri DAAD təqaüdlərini qazanıblar

Azərbaycanın müdafiə naziri Belarusa səfər edib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Çinin ən uzun çayında suyun səviyyəsi təhlükəli həddi keçib VİDEO

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

FHN Aran Regional Mərkəzi çimərliklərdə monitorinq keçirib

Bakı və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb

“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib

Türkiyə mediası: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin tikintisi sürətlə davam edir

Yeni çap metodu çevik elektronikaya yol açır

Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2024-cü il 14 iyun tarixli 1173-VIQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının Qanunu

İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub

“Dəlinin qeydləri” monotamaşası beynəlxalq festivaldan uğurla qayıdıb

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb

Bill Qeyts: AI iqlim məqsədlərinə nail olunmasına mənfi deyil, müsbət təsir göstərir

ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub

Bu ildən BMU-da təkrar ali təhsil almaq üçün qəbul həyata keçirilir

“Beril” qasırğası Karib hövzəsinə çatıb

® ABB “AKA Bank”la müqavilə imzalayıb

Kənd təsərrüfatı naziri Xaçmazda taxıl biçini prosesini izləyib