Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan” qəzeti külliyyatının V cildi işıq üzü görüb

“Azərbaycan” qəzeti külliyyatının V cildi işıq üzü görüb

Bakı, 15 fevral, AZƏRTAC

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə hazırlanan “Azərbaycan” qəzeti külliyyatının V cildi bu günlərdə nəşr edilərək oxucuların istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, V cild qəzetin 1919-cu il fevral nüsxələrini - 103-125-ci nömrələri əhatə edir. Kitabı vərəqlədikcə o dövrdə Azərbaycanın siyasi vəziyyəti haqqında geniş təsəvvür formalaşır. V cilddə diqqət çəkən materiallardan biri Cümhuriyyət hökumətində xarici işlər nazirini əvəz edən Ədil xan Ziyadxanovun İrəvana, Ermənistan hökumətinin xariciyyə nazirinə ünvanlandığı 31 yanvar tarixli, 176 nömrəli teleqrafıdır. Teleqrafın mətni qəzetin 1919-cu il 2 fevral tarixli 103-cü nömrəsində “Azərbaycan və Ermənistan” sərlövhəsilə dərc edilib. Teleqraf Azərbaycan hökumətinin Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını xüsusi bir general-qubernatorluğa ayırmasına qarşı çıxan Ermənistan hökumətinə cavabdır. Həmin cavabın mətni bu gün də aktualdır: “Azərbaycan Cümhuriyyətinin Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur uyezdlərini müvəqqət general-qubernatorluğa ayırması qərarına görə sizin hökumətinizin protestosu əsassızdır. Çünki məzkur [adı çǝkilǝn] qəzalar Azərbaycanın ayrılmaz parçalarıdır. Azərbaycan hökuməti ali idarə qanununca öz torpağında olan əhalisinin bilafərqi-millətü məzhəb [millǝt vǝ din fǝrqi olmadan] həyatını, namusunu və malını məsuliyyətsiz adamların keyfəmayeşasından [özbaşınalığından] mühafizə etməsi bir tək hüquqi deyil, hətta mənəvi vəzifəsidir. Buna görə, bizim hökumətimizin məzkur qəzalara general-qubernator təyin etməsi Ermənistan hökumətinin hüquqi-mülkiyyəsinə təcavüz deyildir. Biləks [əksinə] sizin hökumətinizin bu münasibətlə protesto etməsi bizim daxili işlərimizə müdaxilə etmək təşəbbüsü olmaq üzrə haqqi-hakimiyyətimizə təcavüz deməkdir”. (N 103, 2 fevral)

Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı dərc edilən yazılarda ermənilərin əsassız iddiaları onların öz mənbələrinə istinadla ifşa edilirdi. Əli Yusif “Məqsədləri nədir” sərlövhəli məqalədə yazırdı: “Bugünlərdə Ermənistan hökuməti namından [adından] Ermənistan xariciyyə naziri Tiqranyanın hökumətimizə çəkdiyi protesto teleqramı zənnimcə hamını təəccübləndirsə gərəkdir. Ələlxüsus teleqramın son cümləsindəki “Ermənistanın ərazi hüququna təcavüz” ibarəsi təəccüb deyil, heyrətimizə mövcib [heyrǝtimizǝ sǝbǝb] olur. Məsələ yenə qara bəxtli Qarabağın məsələsidir. Nüfusca [ǝhalinin sayna görǝ] müsəlman əhalisi erməni əhalisindən bir neçə kərə artıq olduğunu erməni statistikçiləri də etiraf etdiyi bir halda, mövqeyi-coğrafisi ilə Azərbaycanın təbii bir sərhədi olduğu göz qabağında ikən və indiki Azərbaycanı təşkil edən xanlıqların içində Qarabağ xanlığı tarixdə ən məşhurlarından ədd [hesab] olunarkən, bu gün erməni milləti və onun min dürlü bəla və məşəqqətlə həqqi-istiqlal qazanmış hökuməti yenə də gözlərini Qarabağdan çəkmək istəməyir və oranı idarə etmək üçün olunan təşəbbüslərə qarşı protesto edir. Bu cəsarətə artıq siyasi protesto deyil, başqa dövlətin daxili idarəsinə qarışmaq namı verilməlidir ki, buna da heç bir müstəqil hökumət təhəmmül edəmməz [dözüm nümayiş etdirǝ bilmǝz]. Ələlxüsus Ermənistan kimi yeni törəmiş, gələcək mövcudiyyəti əsaslı şübhələri mövcib olaraq, ərazi hüdudu bir işareyi-sualdan (?) ibarət olan bir dövlət, qonşusunun daxili hərəkatını xaricdən tənqidə qalxışması qətiyyən lüzumsuzdur. Ermənistan böylǝ bir təşəbbüsdə bulunarsa, açıqdan-açığa “Nə mən yaşayacağam, nə də səni yaşamağa qoyacağam” demiş olur. Ermənistanın Qarabağa ümid etməsi, deyil “samoopredeleniye” [öz müqǝddǝratını tǝyin etmǝk] əsasına, hətta ən ibtidai məntiqə belə sığmaz bir röyadır ki, bu röya təbir edirlərsə, nəticədə yenə dəhşətli mənzərələr, yenə mədəniyyət və ülfət yerinə xarabazarlar görünər”. (N 104, 3 fevral)

İrəvanı qana boyayan daşnak vəhşiliyi barədə yazılar, imdad diləyərək Bakıya qədər gəlib çıxan xalq nümayəndələrinin qəzetə verdikləri müsahibələrdə erməni qaniçənliyinin miqyası aydın olur. “İrəvan: erməni-müsəlman məsələsi” sərlövhəli məqalədə qeyd olunurdu ki, “İrəvan quberniyasının Novo-Bayǝzid mahalında ermənilər içində qalıb, erməni hökumətinə təslim olmuş olan 35 para müsəlman kəndlərinin camaatı fəcianə [faciəvi] bir hal keçirməkdədirlər. Yolları qalın qar təbəqələri basdığı üçün bir tərəfə qaçammayırlar. Binəvaların səsləri və harayları da bir yana çatmayır...

Müxatibimiz [hǝmsöhbǝtimiz, söz danışan şǝxs] burada dərin suzişli [yanıqlı] bir ah çǝkǝndǝn sonra məhzun [hüznlü] bir hal ilə sözünə davam etdi: “Daşkənd sakinlərindən bir kişi namusunu saxlamaq üçün arvadını özgə bir kəndə qaçırmaqla, erməni əsgərlərinin təcavüzündən qurtara bilmişdi. Çünki nizami erməni əsgərləri camaatdan xərc yığdıqları əsnada, müsəlman qızlarına vǝ arvadlarına da təcavüz etməkdədirlər”. (N 104, 3 fevral)

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dövrdə xalqın müstəqilliyi ilə ruspərəst qüvvələr barışmırdılar. M.Ə.Rəsulzadənin “Məclisi-Məbusan və müxaliflər” adlı məqaləsi dövrün mürəkkəbliyindən xəbər verir: “Azərbaycanın siyasi vəziyyəti nə qədər ki, müəyyən deyildi, türklərdən olmayan bütün siyasi firqələr, bolşevik ruhlu menşevikindən tutub monarxist ruhlu kadetinə qədər, Azərbaycan istiqlalı ilə Azərbaycan Parlamanına qarşı barışmaz bir vəziyyət almışlardı. Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini bir növ mühasirəyə almış, təslimə məcbur etmək istəmişlərdi.

Zənn edirlərdi ki, xaricdən gəlmə Müttəfiqlər qüvvəti də onlara kömək olacaq, ağıllarınca türklər tərəfindən qurulmuş olan Azərbaycan hökumətini bir deyǝndǝ atacaqlardır.

Azərbaycan türkü ilə bərabər, bu türkün ruhundan doğan idealları tərvic edən [ideallara rǝvac verǝn], onun yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən üzərlərinə atılan qüvvətlərə qarşı mətanət göstərdilər, durdular. Azərbaycan fikrinin “İstanbuldan” deyil, Bakıdan doğmuş olduğunu isbat etdilər. Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə [sǝbǝbindǝn] ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın daxili müxaliflərini düşündürdü”. (N 104, 3 fevral).

M.Ə.Rəzulzadə qətiyyətlə bildirirdi ki, “Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq və yaxud başqa bir şəkil ilə kəndi müqəddəratını təyin eyləmək haqqı Azərbaycan xalqının müqəddəs bir haqqıdır.

Bu haqqı ona təbiət bəxş eyləmiş. Bu haqqı o nə kadetlərin ala gözlərinə, nə də sosialistlərin yağlı dillərinə fəda edəmməz!

Müxaliflər bunu bilsinlər, qulaqlarına sırğa etsinlər və böyləcə Azərbaycan istiqlaliyyǝti əmri-vaqesinin qulami-halqa bǝguşu [qulağı sırğalı qulu] olaraq Parlamana buyursunlar.

Başqa məsələlərdə keyifləri istədiyi müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatda olsunlar. O, onların haqqı və vəzifələridir.

Biz heç bir zaman onların Parlaman firqələrinin müvafiqləri [müxalif olmayanları, hökumǝtdǝn yana olanları] cərgəsində oturacaqlarını zatən təsəvvür eyləməmişdik”. (N 104, 3 fevral)

“Azərbaycan” qəzeti ölkə həyatının bütün sahələrini diqqətdə saxlayırdı. Kitabı vərəqlədikcə, 1919-cu ilin fevralında müxtəlif sahələr üzrə problemlər göz önündə canlanır. Pedaqoq, publisist Fərhad Ağazadə “Türkcə dəftərdarlıq” [mühasibat]” məqaləsində çox mühüm məsələlərə toxunub: “Aya [bəs], millətin əsası nədən ibarətdir? Millətin əsası zəki üləmanın [alimlərin] elmi ilə, ürəfanın mərifəti ilə, ərbabi-fənnin hünəri ilə, zənginlərin malı ilə, əmələnin zəhməti ilə, əkinçinin əməyi ilə və tamam əhalinin də canı və fədakarlığı ilə sabit və bərqərar olar.

İştə hər zəhmətkeş, hər sənətkar özünə məxsus kəsbkarlığı dalınca gedərkən məşğuliyyətindən millətinə xeyir və ya zərər yetişə biləcəyini qabaqca düşünməlidir. Tacirlərimiz düşünsünlər ki, bahalığın ağırlığı millətin füqərası üçün böyük bir cəhənnəm qapısıdır. Bugünkü müsri [yoluxucu] naxoşluqlar ki, həm varlıları, həm də yoxsulları bərabərcə qırıb-çatır, bahalığın bəlası deyilmi? Məmurların rüşvətxorluğu hökumətin əsasına böyük bir sədəmədir [zərbədir]. Bunu rüşvət alanlarla bərabər rüşvət verənlər də düşünsünlər. Əkinçilər, fəhlələr anlasınlar ki, onların zəhməti və hümməti ilə vətənin övladı yaşayır, aclığın qabağı alınır. Bəs zəhmətlərini, hümmətlərini birə-beş, birə-on artırsınlar”. (N 123, 26 fevral)

Türkcə saxlanılmış dəftərlərin rus məhkəmələrində qəbul olunmadığı xatırladılan məqalədə Cümhuriyyət hökumətində buna daha ehtiyac olmadığı üçün ticarət dəftərlərinin türkcə tərtib edilməsini tövsiyə edilir və bunun faydalı olacağına diqqət çəkilir: “Ticarət dəftərləri türkcə saxlanarsa, bunun millətə faydası çox olar:

1) Ticarətxanalarımız türkləşər, milliləşər.

2) Bir çox müsəlman dəftərdarları [mühasiblǝri] iş başına dəvət olunub, çörək və güzəran sahibi olarlar.

3) Bu olarsa, məhkəmələr də mürurizamanla [vaxt ötdükcǝ] milliləşməyə məcbur olarlar”. (N 123, 26 fevral)

“Azərbaycan” qəzetində mədəniyyət və incəsənət haqqında da materiallar dərc edilib. Qəzetdə teatr tamaşaları haqqında xəbərlər mütǝmadi olaraq yer alıb.

ADA Universitetinin bu kitabları ərsəyə gətirməsi bu ali təhsil ocağının dövlǝtçiliyimizǝ, xalqımızın tarixinə, mədəniyyətinə və gələcəyinə nə qədər böyük bir xidmət etdiyinə daha bir bariz nümunədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir