İQTİSADİYYAT
AZƏRBAYCAN QİYMƏTLƏNDİRİCİLƏR CƏMİYYƏTİ YENİ SERTİFİKATLAŞDIRMA İMTAHANI KEÇİRƏCƏKDİR
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) mətbuat xidmətindən bildirmişlər ki, beynəlxalq təşkilatlarla birgə yeni sertifikatlaşdırma imtahanı keçiriləcəkdir.
Qiymətləndirici mütəxəssislərin imtahanda iştirakına yardım məqsədi ilə AQC 10 günlük hazırlıq kursları təşkil edir. Kursları bitirənlər xarici mütəxəssislərin apardığı 7 günlük seminarda iştirak edərək sertifikatlaşdırma imtahanı verəcəklər.
Maraqlananlar 567-07-58 və 567-22-85 telefon nömrələri vasitəsilə ətraflı məlumat ala bilərlər.
Respublikamızda ilk dəfə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan mütəxəssislərin sertifikatlaşdırılması AQC, Beynəlxalq Maliyyə Korporasiyası və Beynəlxalq Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə bu il martın 9-dan 12-dək həyata keçirilmişdir.