AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ GƏNCLƏR KOMİTƏSİNİN BİRİNCİ KONFRANSI OLMUŞDUR
Yığıncaqda Gənclər Komitəsinin sədri Şaban Şayevin 2004-2006-cı illər dövrünə dair hesabat mərusəsini dinləmişlər.
QAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Azərbaycan Texniki Universitetinin rektoru professor Havar Məmmədov və Gənclər Komitəsinin fəalları məruzə ətrafında çıxışlarında komitənin məqsəd və məramlarından, gənclər arasında könüllülük hərəkatının inkişafı, beynəlxalq hümanitar dəyərlərin aşılanması, sülh və qarşılıqlı hörmət və anlaşma ideyalarının geniş yayılması sahəsində görülən işlərdən, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə maarifləndirmə, sağlam həyat tərzinin formalaşdırılması və mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi zərurətindən və s. danışmışlar. Tədbirdə idman və incəsənət sahəsində iki il ərzində görülən tədbirlər qeyd olunmuşdur. Nəzərə çarpdırılmışdır ki, iki ildir, Beynəlxalq Qızıl Xaç Komitəsinin maliyyə dəstəyi ilə təhlükəsiz oyun layihəsi həyata keçirilir. Qeyd olunmuşdur ki, sərhəd rayonlarında mövcud olan mina təhlükəsinə görə həyata keçirilən bu layihə həmin bölgələrdə, kəndlərdə uşaqlar üçün təhlükəsiz oyun meydançalarının tikintisini nəzərdə tutur.
Konfransda gənclərə göstərilən dövlət qayğısı, onların bütün sahələrdə inkişafı, ictimai və dövlət işlərinə cəlb olunması, ulu öndərimiz Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən hər cür dəstək aldıqları vurğulanmışdır.
Tədbirdə qurumun rəhbər heyəti seçilmişdir.
Konfrans iştirakçıları axırda respublika gənclərinə müraciət qəbul etmişlər.