Azərbaycan qrossmeysteri Dünya Kubokunun dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuanaya qalib gələrək şahmat üzrə Dünya Kubokunun dörddəbir finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, Ş.Məmmədyarov sentyabrın 21-də qara fiqurlarla heç-heçə oynayıb, bir gün əvvəl isə ağ fiqurlarla amerikalı rəqibini məğlubiyyətə uğradıb. Şahmatçılar bugünkü görüşdə 40-cı gedişdən sonra heç-heçə ilə razılaşıblar.
Dünya Kuboku yarışlarının dördüncü dövrəsinin iki partiyasından sonra nəticələr belədir: Hikaru Nakamura (ABŞ) Maykl Adamsa (Böyük Britaniya) qalib gəlib. Rusiya şahmatçıları Dmitri Andreykin ilə Sergey Karyakinin, Aniş Giri (Niderland) ilə Radoslav Voytaşekin (Polşa) görüşləri heç-heçə başa çatıb: 1:1. Bu şahmatçılar sabah tay-breyk oyunlarında güclərini sınayacaqlar.
Turnir nokaut sistem üzrə keçirilir. Həlledici oyundan başqa hər bir görüş iki klassik partiyadan ibarətdir.
Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [23:28]
Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq
- 17.10.2026 [22:55]
Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib
- 17.10.2026 [21:59]
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO
- 17.10.2026 [21:39]
Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib
- 17.10.2026 [21:31]
“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik
- 17.10.2026 [20:54]
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
- 17.10.2026 [20:45]
PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb
- 17.10.2026 [19:32]
"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]