Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

        Avqustun 30-31-də Bakı şəhərində Avropa Şurası ilə Azərbaycan Respublikası arasında insan hüquqları sahəsində əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğunun birgə təşkil etdikləri “Prokurorluq əməkdaşlarının fəaliyyətində insan hüquqları üzrə Avropa  Konvensiyası normalarının implementasiyası” mövzusunda seminar keçirilmişdir.

        Seminarda Avropa Şurasının ekspertləri, BMT-nin Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun və Baş Prokurorluğunun əməkdaşları iştirak etmişlər.

        Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov acaraq bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra demokratik, dünyəvi və hüquqi dövlət quruculuğunu özünun inkişaf yolu seçən ölkəmizdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul etmiş, respublikamızla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlıq daha da genişləndirilmiştdir və bu proses durmadan inkişaf etdirilir.

Natiq öz çıxışında qəbul olunan qanunlarda insan hüquqlarının qorunmasına mühüm yer ayrıldığına, bu qanunlar hazırlanarkən onlara insan hüquqları prizmasından yanaşıldığına, möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın müddəalarının üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr edilməsinin, ölkə başçısının 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquq azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanının və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunmasına dair 1998-ci il 18 iyun tarixli sərəncamının əyanı sübut olduğunu seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Çıxışda daha sonra göstərilmişdir ki, Respublikamızda məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsinin nəticəsi kimi, qanunlarımız Avropa standartlarına uyğunlaşdırılmış, qəbul olunan sənədlərdə insan hüquqlarının və azadlıqlarının qorunması nəinki qanunvericilik yolu ilə bəyan edilmiş, həm də onların həyata keşçirilməsi üçün real təminatlar yaradılmışdır. Belə ki, Konstitusiyanın 71-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları bir başa qüvvədədir. Hüquq və azadlıqları pozulmuş hər bir kəs onların bərpası üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda aparılan islahatlar nəticəsində prokurorluq keçmiş SSRİ dövründə totalitar rejimə xidmət edən və bir növ cəza funksiyalarını həyata keçirən orqandan insan hüquqlarının qorunmasına xidmət edən demokratik bir quruma çevrilməkdədir. Artıq prokurorluğun məhkəmə nəzarəti, ümumi nəzarət, cəzaçəkmə müəssisələrində qanunların icrasına nəzarət funksiyalarından imtina edilmiş, insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı prosessual hərəkətlər, o cümlədən həbs, axtarış tədbirləri yalnız məhkəmənin səlahiyyətinə verilmişdir. Prokurorluğun mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iştirakı da məhdudlaşdırılmışdır. Qanunvericiliyin tələbinə görə, məhkəmə prosesində prokurorun hüquqi vəziyyəti müdafiə tərəfinin hüquqi vəziyyəti ilə eyniləşdirilmişdir. Artıq prokurorun məhkəmə qərarlarından verdiyi protest hüquqi qüvvəsinə görə müdafiə tərəfinin şikayəti ilə eynilik təşkil edir. Prokurorluq hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyası funksiyasını yerinə yetirmir, Prokurorluq yalnız məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir. Həmçinin prokurorluğun üzərindən qanunvericilik təşəbbüsü hüququ da götürülmüşdür. Hüquqi islahatlar çərçivəsində prokuror təsiri aktları da müəyyən dəyişikliklərə uğramışdır. Belə ki, prokurorun əvvəllər olduğu kimi nəzarət qaydasında protest və tələbnamə vermək hüquqları alınmış, yazılı göstəriş hüququ isə yeni akt kimi təsbit olunmuşdur.

        Avropa Şurasının ekspertləri hüquq elmləri dokioru xanım İneta Ziyemele, Cemima Stratford və Kristian de Bofor seminarda çıxış edərək, aparılan islahatları layiqincə qiymətləndirərək, prokurorluğun fəaliyyətini tənzimləyən qanunların demokratik prinsiplərə və Avropa dəyərlərinə tamamilə cavab verdiyini bildirməklə bərabər, Respublika Prokurorluğu orqanları əməkdaşlarının peşə hazırlığı və bilik səviyyəsinin yüksək olduğunu və belə yüksək potensiala malik prokurorluğun hüquq islahatlarını qısa müddətdə başa çatdıracaqlarına əmin olduqlarını bildirmişlər. Respublika Pokurorluğunun müxtəlif qurumlarını təmsil edən prokurorluq əməkdaşları seminarın gedişində keçirilən təcrübi məşğələlərdə fəal iştirak edərək, verilmiş tapşırıqları insan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasının müddəalarının və Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun həll etmişlər.

Seminarda həmçinin vurğulanmışdır ki, insan hüquq və azadlıqlarına dair Avropa konvensiyasının müddəaları Azərbaycanın milli qanunvericiliyində öz əksini kifayət qədər dolğun və hərtərəfli tapmışdır. Belə ki, Avropa Konvensiyasını işgəncələri qadağan edən 3-cü maddəsi Könstitusiyanın 46-cı və Cinayət Məcəlləsinin 113 və 133-cü maddələri; azadlıq və şəxsi toxunulmazlığa dair 5-ci maddəsi Konstitusiyanın 32 və 68-ci maddələri, Cinayət Prosessual Məcəlləsinin 14-16-cı maddələri; hüquq və azadlıqların məhkəmə təminatına, hüquqi yardım almağa, təqsirsizlik prezumpsiyasına dair 6-cı maddəsi Konstitusiyanın 60 və 67-ci maddələri və Cinayət Prosessual Məcəlləsinin 21-23-cü maddələri; törədildiyi zaman cinayət sayılmayan əmələ görə şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının və cəzalandırılmasının yolverilməzliyi barədə 7-ci maddəsi Cinayət Məcəlləsinin 10-cu maddəsi; şəxsi və ailə həyatının toxunulmazlığı, habelə mənzil və korrespondensiyanın toxunulmazlığına dair 8-ci maddəsi Konstitusiyanın 32 və 33-cü maddələri və Cinayət Prosessual Məcəlləsinin 155-157-ci maddələri; fikir, söz, vicdan azadlıqlarına dair 9 və 10-cu maddələri Konstitusiyanın 47 və 48-ci maddələri və Cinayət Prosessual Məcəlləsinin 165-168-ci maddələri; sərbəst toplaşmaq azadlığı haqqında 11-ci maddəsi Konstitusiyanın 49-cu maddəsi; Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqların ləğvinin yolverilməzliyi barədə 17-ci maddəsi Konstitusiyanın 25-ci maddəsi ilə üst-üstə düşür.            

Seminarda daha sonra qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasında nəzərdə tutulmayan bir sıra müddəalar Azərbaycanın milli qanunvericiliyində öz əksini tapmışdır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 191-ci maddəsinəəsasən, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində vurulmuş ziyana görə kompensasiya Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Qeyd olunan müddəa qanunvericilikdə ilk dəfə tətbiq olunmaqla, insan hüquq və azadlıqlarının daha da dolğun müdafiəsinə təminat verir.

        Qanunvericilikdə edilmiş bu dəyişikliklər prokurorluq orqanlarının quruluşunda, sistemində və strukturunda da islahatların həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar Baş Prokurorluğun aparatında Cinayət işləri üzrə məhkəmə qərarlarının qanunuliyinə nəzarət idarəsi, Mülki işlər üzrə məhkəmə qərarlarının qanunuliyinə nəzarət idarəsi, Cəzaların icrasına nəzarət idarəsi, Yetkinlik yaşına çatmayanlar haqqında qanunların icrasına nəzarət şöbəsi, Azərbaycan Nəqliyyat Prokurorluğu və onun qrumları, habelə Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsi ləğv edilmiş, onların səlahiyyətləri ərazi prokurorlarına verilmişdir. Yeni qürum kimi, Dövlət ittihamının müdafiəsi üzrə idarə yaradılmış, prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və digər orqanlarla əlaqəli iş təşkil etmək məqsədilə keçmiş Mətbuat mərkəzinin bazasında İctimaiyyətləəlaqələr şöbəsi təşkil olunmuşdur. Bu vəzifələrin icrasına və məlumat azadlığının həyata keçirilməsinə şöbə tərəfindən əlverişli şərait yaradılması, zəruri hallarda ictimaiyyətə məlumat verilməsi, hüquqi biliklərin təbliği, informasiya agentlikləri iləəlaqənin qurulması, jurnalistlər və yaradıcı ziyalılarla görüşlərin, qeyri-hökumət təşkilatları ilə seminarların keçirilməsi, mətbuat konfranslarının təşkili, teleradio verilişlərinin hazırlanması bu şöbənin fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilmişdir.

        Prokurorluğun xüsusi ehtiyac olmayan funksiyalarının ləğvi nəticəsində ştat vahidlərinin sayı 20 faiz azaldılmışdır. Bu da öz növbəsində prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkan yaratmışdır.

        Qununvericilikdə ilk dəfə olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq üçün şəffaf prosedurlarla, aşkarlıq şəraitində namizədlərin imtahan və müsahibədən keçməsi nəzərdə tutulmuşdur.

        Hazırki seminar ölkəmizdə prokurorluq orqanlarının əməkdaşları tərəfindən insan hüquqlarının qorunmasında, hüquqi islahatlarının həyata keçirilməsində irəliləyişləri təsdiq etməklə bərabər, Azərbaycan dövləti ilə Avropa Şurası arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin parlaq təzahürüdür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

® “Sabah Investment Group”un rəhbərliyi Acarıstana işgüzar səfər edib

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq VİDEO

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində vətəndaşların müraciətləri dinlənilib

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Ceyhun Bayramov: Yanaşmamız dəyişməzdir, sülh sazişinin imzalanması üçün imkanlar mövcuddur VİDEO

Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib

SİMA-da təhlükəsizliklə əlaqədar biometrik yoxlama cəhdlərinə limit tətbiq olunub

Nazir: Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir

“Mançester Yunayted”lə oyunöncəsi “Sabah”ın zədəli futbolçularının son durumu açıqlanıb

Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır

Hüseyn Hüseynov: Azərbaycan TDT-nin yaşıl maliyyə təşəbbüslərində fəal iştirak edir

Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub

“Komo”nun prezidenti Çempionlar Liqasında debüt matçında tribunadakı yerini azarkeşə verəcək

Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

COP31-in icraçı direktoru: Həssas coğrafiyaların səsi olacağıq VİDEO

TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib

Nyu-York şəhərində azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü olub

Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb VİDEO

Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

"Neftçi" amerikalı basketbolçu ilə müqaviilə imzalayıb

® “Yango Ride”ın Hesabatı: Fəaliyyət göstərdiyi bazarlarda ağır yol hərəkəti qaydaları pozuntuları 31 faiz azalıb

“Brent” neftinin qiyməti 100 dolları ötüb

“Himayədar ailə” modeli təbliğ olunur

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Velosiped və skuter sürücüləri üçün profilaktik tədbirlər həyata keçirilir VİDEO

Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib

Daniele Violetti: İndiyədək aparılan müzakirələrdən bir mesaj aydın görünür: həllər mövcuddur

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

® “Azercell” ilk yeni nəsil diler mağazasını istifadəyə verir

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

David Higgins: Beynəlxalq əməkdaşlıq və çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb VİDEO

PISA 2025: Fransanın təhsil nəticələri rekord səviyyədə gerilədi – ölkə 18 pillə aşağı düşdü

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Media eksperti: QHT-lər kibertəhlükəsizliyin təmin olunması ilə bağlı addımlar atırlar VİDEO

Növbəti peşə tanınması imtahanı sentyabrın 29-da keçiriləcək

Sabirabadda qəsdən yanğın törədən şəxs müəyyən olunub

Fransada yanğınsöndürənlər tətilə başlayıblar

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ana Toni: Bakı İqlim Fəaliyyəti Həftəsi bizi icra prosesində bir addım irəli aparacaq VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir VİDEO

Brüssel aeroportu Almaniyanın Köln şəhəri ilə yüksəksürətli dəmir yolu əlaqəsinə qoşulub

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

QHT-lər üçün rəqəmsallaşma və kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi aparılıb VİDEO

Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb

Saymon Stil: Təmiz enerjiyə keçid prosesi artıq dönməzdir

Sabah bəzi yerlərdə yağış yağacaq

Mahir Emreli hücum keyfiyyətlərinə görə Polşa çempionatının ən yaxşı futbolçuları sırasındadır

BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 2002-ci il 9 aprel tarixli 7-T nömrəli əmri ilə təsdiq edilmiş “Tərbiyə müəssisələrində valideynlər komitəsinin fəaliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI

® “Şəfa” FK-nın forması Acarıstanın rəsmilərinə təqdim edilib

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir VİDEO

Bakı Limanı Xəzərin qərb sahilində Avropaya açılan yeganə qapı və liman olaraq böyük inkişaf potensialına malikdir VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Ağdamda VİDEO

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi 550-dən çox məktəbi əhatə edəcək

“Keçmişin sədası” adlı sərgi açılıb

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Nazir: Azərbaycan beynəlxalq səviyyədə iqlim diplomatiyasının inkişafına fəal töhfə vermək öhdəliyinə sadiqdir VİDEO

Avqustda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 42 mindən çox müraciət daxil olub

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

Ceyhun Bayramov: İqlim dəyişikliyi artıq uzaq təhlükə deyil VİDEO

İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb

Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub VİDEO

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində qlobal iqlim liderliyinin inkişafı müzakirə olunub VİDEO

Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür VİDEO

Naxçıvan şəhərinin Xətai küçəsində asfaltlanma işləri görülür VİDEO

Şuşanın tarixi siması və təbii mühiti: hüquqi məsuliyyət məsələləri

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Eldar Salahov: İlin sonlarında Xəzərdə beynəlxalq tərəfdaşlarla birgə dəniz dibinin dərinləşdirilməsi istiqamətində fəaliyyətə başlayacağıq VİDEO

Bu saata olan əsas xəbərlər

Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb

Naxçıvanda “ƏDV geri al” üzrə istehlakçılara 5,5 milyon manatadək vəsait qaytarılıb

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Baş direktor: Bakı Limanı artan yük həcminin qarşılanmasına hazırdır VİDEO

Türkiyə klubuna 22 yaşlı qadın baş məşqçi təyin olunub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi keçirilir VİDEO

Dövlət Statistika Komitəsi: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərin 80 illik yubileyinə həsr olunan konfrans təşkil edilib

® “AccessBank” QSC 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tender elan edir

Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır

Azərbaycan Praqadakı ERRA koordinatorlarının iclasında təmsil olunub

“Yaşıl gələcək, təmiz məktəb!” – Şagirdlər maarifləndirilib

Parisdə kosmos sammiti: Avropa kosmik yarışda mövqeyini gücləndirməyə çalışır

Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan mədəniyyəti ilə böyümüşəm MÜSAHİBƏ VİDEO

Nobel mükafatı laureatı Əziz Səncər: Azərbaycan mədəniyyəti ilə böyümüşəm MÜSAHİBƏ VİDEO

Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur VİDEO

Rauf Cabarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı görüləsi işlər çoxdur VİDEO

Azərbaycan Vyetnam şirkəti ilə 200 meqavatlıq külək enerjisi layihəsini müzakirə edib

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Qırğızıstan Prezidenti: Ölkədə sabitliyi pozan şəxslərə qarşı sərt tədbirlər görüləcək

Macarıstanda kənd yerlərinin inkişafı üçün yeni dövlət proqramı başlayıb

İraqlı din xadimi: İşğaldan azad edilmiş torpaqlarda olmaq bizim üçün böyük sevincdir VİDEO

İraqlı din xadimi: İşğaldan azad edilmiş torpaqlarda olmaq bizim üçün böyük sevincdir VİDEO

BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb

Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır VİDEO

Azərbaycan və Gürcüstan Dəmir yolları ortaq IT platformanın yaradılmasını planlaşdırır VİDEO

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Saida Safayeva: Dayanıqlı İnkişaf Məqsədlərinin təqdim etdiyi icra çərçivəsini lazımi səviyyədə tətbiq etmirik

Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib

Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə

Azərbaycanda ÜDM artıb

Dmitro Şlapaçenko: Azərbaycanda iqlim liderliyinin necə dinamika yarada biləcəyinin şahidi olmuşuq