AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞUMƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
R.Ağayevin ölüm faktı ilə əlaqədar oktyabrın 6-da Sumqayıt hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan qulluğa səhlənkar yanaşmanı nəzərdə tutan 342.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
R.Ağayevin ölümünün səbəblərinin və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin etməli şəxslərin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmiş, nəticəsindən asılı olaraq cavabdeh şəxslərin əməlinə hüquqi qiymət veriləcəkdir.
Rəvan Ağayevin ölümü barədə məlumat alaraq narahatçılıq hissi keçirən valideynləri və digər qohumları oktyabrın 5-də saat 9.30 radələrində Bərdə rayon Hərbi Komissarlığına gələrək ictimai qaydanı kobud şəkildə pozmuş, hərbi komissarlığın normal fəaliyyətinə mane olmuşdur. Göstərilən hal üzrə araşdırma aparılır.
Hər iki fakt Baş Prokurorluğun nəzarətində olmaqla qanuni tədbir görülməsi təmin ediləcəkdir.