“AZƏRBAYCAN RESPUBLİKASI ƏHALİSİNİN DÖVLƏT REYESTRİ HAQQINDA” QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞA HAZIRDIR
Sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi qanunlar paketində “Daxili qoşunların sosial statusu haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” və “Polis haqqında” qanunlara dəyişikliklərin və əlavələrin edilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklər qanunlardakı bəzi boşluqları aradan qaldıracaq, onları daha da təkmilləşdirəcəkdir.
Deputatlar müzakirə olunan qanun layihələri ilə bağlı təkliflərini vermişlər. Sonda qanun layihələrinin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.