AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz, Dağıstan azərbaycanlıları Azərbaycan Respublikasında seçkiqabağı kampaniyanın gedişini böyük maraqla izləyirdik.
2003-cü il oktyabrın 15-də Azərbaycanda baş vermiş hadisə bizim hamımız üçün doğma və sevimli olan Azərbaycanın daha da möhkəmlənməsi və tərəqqisi yolunda mühüm mərhələ, tarixi cəhətdən qanunauyğun prosesdir.
Azərbaycan xalqı müdrik və layiqli addım ataraq, Sizi özünə Prezident seçmişdir. Bütün Dağıstan azərbaycanlıları buna şaddır, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi hərarətlə və ürəkdən təbrik edirlər.
Hamımızın dərin hörmət bəslədiyi Heydər Əlirza oğlu Əliyev Azərbaycanda siyasi sabitlik, milli həmrəylik yaradılması, onun dünyanın iqtisadi baxımdan qüdrətli və siyasi cəhətdən nüfuzlu dövlətləri sırasına çıxarılması üçün böyük işlərə başlamışdır.
İlham Heydər oğlu, biz əminik ki, bu işlərin həqiqi davamçısı məhz Sizsiniz!
Bir daha səmimi qəlbdən Sizə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq! Heydər Əlirza oğlu Əliyevə cansağlığı və uzun ömür diləyirik!
Hörmətlə,
Qurban Qurbanov
Dağıstan Respublikası Dövlət Şurasının
üzvü
Mahaçqala, 16 oktyabr 2003-cü il.