AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikası Prezidentinin ümumxalq seçkilərində heyrətamiz qələbəniz münasibətilə Sizi Rusiya Notariusları Həmkarlar İttifaqının təmsil etdiyi hüquq ictimaiyyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edim və böyük Heydər Əliyevin başladığı tarixi dəyişikliklərin beləcə inamla və parlaq şəkildə davam etdirilməsini arzulayım.
Ötən seçkilərdə namizədliyinizin xalq tərəfindən geniş dəstəklənməsi Azərbaycan xalqının öz gələcəyini iqtisadi tərəqqi, sosial islahatlar və Azərbaycanın suverenliyinin möhkəmlənməsi xətti ilə bağlamaq iradəsini və arzusunu tam aşkarlığı ilə nümayiş etdirdi.
Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz tarixi vətənin hüdudlarından uzaqlarda yaşayan, lakin öz ata-babalarının torpağı ilə saysız-hesabsız tellərlə bağlı olan, Azərbaycan xalqının və gözəl vətənimizin rifahı naminə Sizə bütün işlərinizdə hər cür kömək göstərməyə hazır olan milyonlarla azərbaycanlı tərəfindən ruh yüksəkliyi ilə qarşılandı.
Sizə təzə, Azərbaycan üçün taleyüklü vəzifədə - respublikanın Prezidenti vəzifəsində tükənməz enerji və yeni heyrətamiz uğurlar arzulayıram.
Səmimi hörmətlə,
Natiq Ağamirov
Rusiya Notariusları Müstəqil Həmkarlar
İttifaqı Mərkəzi Şurasının sədri
Moskva, 18 oktyabr 2003-cü il.