AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya nəqliyyat inşaatçılarının çoxminli kollektivi adından səmimiyyətlə təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz ölkənin inkişafına, siyasət və iqtisadiyyatda sabitliyin möhkəmlənməsinə yönəldilmiş xəttinizin xalq tərəfindən dəstəkləndiyinə sübutdur.
Nəqliyyat inşaatçıları uzun illərdən bəri uğurla nəqliyyat, sənaye, mədəniyyət və sosial-məişət təyinatlı obyektlər ucaldırlar. Bir vaxtlar mütəxəssislərimizin birgə səyləri ilə Azərbaycan ərazisində çox sayda nəqliyyat infrastrukturu obyektləri tikilmişdir. Qarşılıqlı tərəfdaşlıq münasibətlərimizin əsasını həmişə qarşılıqlı anlaşma, qarşılıqlı yardım və hörmət təşkil etmişdir.
Nəqliyyat Tikintisi Nazirliyinin hüquqi varisi olan “Transstroy” korporasiyası iki dövlətin iqtisadiyyatının inkişafı naminə yeni layihələrin həyata keçirilməsində işgüzar əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, yaradıcılıq enerjisi və bu məsul vəzifədə uğurlar arzulayıram.
V.Brejnev
“Transstroy” korporasiyasının prezidenti
Moskva, 28 oktyabr 2003-cü il.