AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. İnsanlar Sizi dəstəkləməklə ölkənin iqtisadi inkişafına, sosial sabitliyə, Azərbaycanın tərəqqisinə səs vermişlər.
Mən, öz tərəfimdən, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsi və inkişaf etməsi üçün əlimdən gələni etməyə hazıram.
Sizə möhkəm cansağlığı, nikbinlik, bütün işlərinizdə və niyyətlərinizdə uğurlar arzulayıram.
Xahiş edirəm, mənim səmimi salamımı və xoş arzularımı gözəl xanımınıza yetirin.
Qalina Karelova
Rusiya Federasiyası hökuməti sədrinin müavini
Moskva, 28 oktyabr 2003-cü il.