AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Biz bu əlamətdar hadisəni Azərbaycan xalqının dövlətçiliyin möhkəmlənməsi, vətəndaş həmrəyliyi və demokratik islahatların həyata keçirilməsi naminə qanunauyğun tarixi seçimi kimi qiymətləndiririk.
Rusiyada Sizi ölkələrimiz və xalqlarımız arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinin ardıcıl tərəfdarı kimi tanıyır, dostcasına ənənəvi strateji tərəfdaşlıq münasibətlərinin hər vasitə ilə inkişaf etdirilməsi sahəsində coşğun fəaliyyətinizi yüksək qiymətləndirirlər.
Əminəm ki, beynəlxalq terrorizm və digər qlobal təhdidlərlə birgə mübarizə məsələlərində səylərin əlaqələndirilməsi, münaqişələrin, o cümlədən regional münaqişələrin ədalətlə və dinc həllinə yönəldilmiş xəttə dövlətlərimizin daim sadiq qalması Cənubi Qafqazda sülhün və sabitliyin qorunub saxlanması və möhkəmlənməsinin mühüm amillərindən biridir.
Fürsətdən istifadə edərək, Rusiya DİN-in və Azərbaycan DİN-in hüquq- mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğumu bildirmək istərdim.
Sizə möhkəm cansağlığı, firavanlıq, dövlət və siyasi fəaliyyətinizdə Azərbaycanın tərəqqisi naminə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Boris Qrızlov
Rusiya Federasiyasının daxili işlər naziri
Moskva, 21 oktyabr 2003-cü il.