AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edim. Sizin inamlı qələbəniz Azərbaycan xalqının Sizə böyük hörmət və etimad bəslədiyinə sübutdur.
Azərbaycanı və Moskva Dövlət Universitetinin istər kadrlar hazırlanması sahəsində, istərsə də elmi tədqiqatlar sahəsində sıx və uzunmüddətli əməkdaşlıq bağlayır. Bizi Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının digər ali məktəbləri ilə dostluq və əməkdaşlıq telləri bağlayır.
Biz universitetimizin fəxri professoru, Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin münasibətlərimizin inkişafına yetirdiyi böyük diqqəti çox dərin hörmətlə xatırlayır və yüksək qiymətləndiririk.
Ümidvarıq ki, münasibətlərimiz dərinləşəcək və inkişaf edəcəkdir. Sizi Moskva Dövlət Universitetində hərarətlə salamlamağımıza şad olacağıq.
İcazə verin, Sizə nəcib fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayım.
Viktor Sadovniçi
Moskva Dövlət Universitetinin rektoru
Moskva, 22 oktyabr 2003-cü il.