AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə təbrik edir və Azərbaycan xalqının rifahı naminə uğurlu fəaliyyət arzulayırıq.
Çox xoşdur ki, bu əlamətdar gündə Azərbaycan və Rusiya alimlərinin bir qrupuna Yerin fizikası sahəsində elmi kəşfə görə diplom verilmişdir.
Biz qəti inanırıq ki, Siz Heydər Əlirza oğlunun böyük yaradıcılıq işini müvəffəqiyyətlə davam etdirəcək və Rusiya ilə sıx əməkdaşlığı genişləndirəcək, habelə ölkələrimiz arasında elmi-texniki əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəksiniz.
Rusiya Elmlər Akademiyası və Rusiya Təbiət Elmləri Akademiyasının akademiki V.Xain, RTEA-nın akademikləri Y.Raqojin, T.İsmayılzadə, L.Solodilov, D.Fyodorov, Beynəlxalq Elmlər Akademiyasının akademiki E.Xəlilov.
Hörmətlə,
L.Solodilov
V.Fedınski adına Regional Geoekoloji və
Geofiziki Tədqiqatlar Mərkəzinin baş direktoru
Moskva, 16 oktyabr 2003-cü il.