AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının ali dövlət vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi və xoş təbriklər göndərməkdən şərəf və məmnunluq duyuram. Əmin olduğumu bildirirəm ki, Sizin rəhbərliyinizlə dost Azərbaycan xalqı bundan sonra da tərəqqi və hərtərəfli inkişaf yolu ilə ardıcıl surətdə irəliləyəcəkdir.
Azərbaycan ilə “İntersputnik” Beynəlxalq Kosmik Rabitə təşkilatı arasında yüksək texnologiyalı peyk rabitəsi sahəsində konstruktiv, qarşılıqlı surətdə faydalı əməkdaşlığı hər vasitə ilə genişləndirmək üçün son vaxtlar çox əlverişli imkanlar yaranmışdır. Biz bu potensialdan tamamilə istifadə etmək niyyətindəyik ki, bu da həm Azərbaycan Respublikasının, həm də təşkilatımızın üzvü olan bütün ölkələrin mənafelərinə uyğundur.
Fürsətdən istifadə edərək, ümidvar olduğumu bildirmək istərdim ki, Heydər Əlirza oğlu ilə qarşılıqlı ünsiyyətimizi uzun illər ərzində səciyyələndirmiş şəxsi rəğbət və hörmət münasibətləri eynən bizim aramızda da yaranacaqdır.
Səmimi hörmətlə,
Q.Kudryavtsev
“İntersputnik” Beynəlxalq Kosmik Rabitə
Təşkilatının baş direktoru
Moskva, 21 oktyabr 2003-cü il.