AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbəniz münasibətilə Zati-alilərinizi səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.
Sizə xoşbəxtlik, ailənizə müvəffəqiyyətlər və ölkələrimiz arasında mövcud olan əlaqələrin xalqlarımızın müştərək maraqları və əmin-amanlığı naminə daha da inkişaf etməsini arzu edirəm.
Böyük hörmət və etibarla,
Zayid bin Sultan Al Nəhyan,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti.