AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Qardaş Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi və Sizin simanızda hörmətli hökuməti və Azərbaycan xalqını Fələstin xalqı və rəhbərliyi adından, şəxsən öz adımdan ürəkdən təbrik etməkdən, səmimiyyətlə firavanlıq və məsul fəaliyyətinizdə uğurlar diləməkdən böyük məmnunluq duyuruq.
Xalqınızın Sizi alicənab şəxsiyyət kimi qiymətləndirərək və ülvi, nəcib məqsədlərə xidmət edəcəyinizə, milləti tərəqqiyə, inkişafa və firavanlığa qovuşduracağınıza ümid bəsləyərək, Sizə göstərdiyi qəti və danılmaz etimada heyran qaldığımızı bildiririk.
Bu əlamətdar gün münasibətilə biz ölkələrimizi və qardaş xalqlarımızı birləşdirən tarixi əlaqələrə və möhkəm həmrəyliyə görə Sizə minnətdarlığımızı bir daha ifadə etmək istəyirik və Zati-alinizi əmin edirik ki, məqsədlərimizə və qarşılıqlı mənafelərimizə xidmət edən bu əlaqələrin və həmrəyliyin inkişafına və möhkəmlənməsinə daim çalışacağıq.
Sizə xoşbəxtlik və uğurlar, qardaş xalqınıza və ölkənizə isə daimi tərəqqi, əmin-amanlıq və firavanlıq arzulayırıq.
Hörmətlə,
Yasir Ərəfat,
Fələstin dövlətinin Prezidenti, Fələstin
Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin
sədri, Fələstin Milli Muxtariyyətinin sədri.
Ramallah, 17 oktyabr 2003-cü il.