AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstandakı çoxsaylı dostlarınız, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının kollektivi adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edirəm. Biz hamımız Sizə bu vəzifədə yeni uğurlar arzulayırıq!
Sizi əmin etmək istəyirəm ki, bu hadisəni bütün Gürcüstan bayram edir, onu həm də öz qələbəmiz kimi qiymətləndirir. Burada heç kim Azərbaycan xalqının seçiminə bir an belə şübhə etmirdi. Belə bir fakt bütün tərəqqipərvər bəşəriyyət üçün, xüsusən də Gürcüstan üçün son dərəcə əhəmiyyətlidir ki, indi Azərbaycana LAYİQLİ ATANIN LAYİQLİ OĞLU olaraq, zəmanəmizin görkəmli dövlət xadimi, təkcə Azərbaycan üçün deyil, Gürcüstan üçün də taleyüklü qərarlar qəbul etmiş insanın, bütün regionumuzun inkişaf perspektivlərinə yeni baxışı hazırlamış və onun tərəqqisinin bünövrəsini qoymuş insanın, Heydər Əlirza oğlu Əliyevin strateji xəttinin və tarixi işlərinin davamçısı olaraq Siz rəhbərlik edəcəksiniz.
Sizin Prezident vəzifəsinə başlamağınız Azərbaycanın götürdüyü xəttin məntiqi davamıdır.
Əziz İlham Heydər oğlu, istəyirəm biləsiniz ki, Sizə Gürcüstanda böyük məhəbbət və hörmət hissləri bəslənilir. Axı, burada Sizi ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin təşəkkülü işinə sanballı töhfə vermiş insan kimi tanıyırlar.
İcazə verin, Sizi bir daha səmimi qəlbdən təbritk edim və ölkənin Prezidenti kimi yüksək vəzifədə qardaş Azərbaycan xalqının, gözəl Azərbaycanın, Gürcüstanın və bütün Qafqazın rifahı naminə uğurlu fəaliyyət arzulayım, habelə Sizə və bütün yaxın adamlarınıza böyük səadət, cansağlığı, nailiyyətlər, sevinc və firavanlıq diləyim.
Şübhə etmirəm ki, Azərbaycanı və Azərbaycan xalqını bütün regionumuzda tərəqqi, sülh və ədalətin təntənəsi naminə yeni qələbələrə və nailiyyətlərə doğru məhz Siz aparacaqsınız. Sizə bütün işlərinizdə səmimi qəlbdən və ürəkdən uğurlar arzulayıram.
Səmimiyyətlə Sizin,
Giorgi Çanturia,
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının
Prezidenti.
Tbilisi, 28 oktyabr 2003-cü il.