AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin simanızda respublika düşünülmüş və müdrik siyasətin – dövlətin iqtisadiyyatının inkişafı və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün Azərbaycanın ardıcıl surətdə apardığı siyasətin layiqli davamçısına malik olmuşdur.
Sizə möhkəm cansağlığı, nəzərdə tutulan məqsədlərin həyata keçirilməsində enerji və uğurlar arzulayıram. İnanırıq ki, böyük dövlətlər olan Azərbaycan və Rusiya öz xalqlarını tərəqqiyə və firavanlığa gətirib çıxaracaqlar.
Hörmətlə,
Gennadi Raykov,
Rusiya Dövlət Dumasının “Xalq deputatı”
deputat qrupunun sədri.
Moskva, 27 oktyabr 2003-cü il.