SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli Fərmanının birinci bəndinin beşinci abzasına uyğun olaraq və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır:
1. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü 1, 2 və 3 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilsin və abidələrin inventar nömrələri bu qərara uyğunlaşdırılsın.
2. Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 14 may tarixli 225 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdan 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 35, 37, 38, 39, 41, 42, 43, 44, 46, 49, 50, 51, 54, 55, 56, 58, 59, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 78, 79, 80, 82, 83, 84, 85, 86, 87, 90, 91, 92, 93, 106, 107, 109, 110, 112, 115, 116, 117, 119, 121, 159, 165, 168, 175, 177, 181, 186, 188, 190, 194, 196, 197, 200, 204, 205, 207, 221, 225, 228, 229, 230, 232, 238, 239, 240, 241, 242, 246, 247, 249, 251, 255, 256, 258, 262, 268, 270, 271, 272, 273, 274, 276, 278, 284, 285, 286, 287, 289, 290, 291, 292, 293, 294, 297, 303, 305, 306, 308, 314, 315, 316, 319, 320, 321, 322, 323, 326, 330 inventar nömrəli obyektlər çıxarılsın.
3. Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 45, 227, 375, 441, 442 inventar nömrəli və 1988-ci il 27 aprel tarixli145 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda isə 12, 17, 24, 129, 130, 131, 141, 173, 175, 185, 222, 255, 269, 277, 288, 308, 315, 358, 411, 427, 448, 450, 453, 458, 789, 829, 830, 1139, 1172, 1193, 1248 nömrəli obyektlər haqqında /1 nömrəli əlavələr/ təkliflər hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
4. Qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən xəbər vermişlər.