SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Konstitusiya məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə “Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 8 may tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara almışdır ki, “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi qaydası” təsdiq edilsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bir ay müddətində “Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi qaydası”nın 3-cü bəndində nəzərdə tutulan hakimlərə onların müalicə olunmaları üçün pul təminatının verilməsi barədə ərizənin nümunəvi formasını təsdiq etsin.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.