SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabineti qərara almışdır ki, “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydaları” təsdiq edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Maliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə viza blankının nümunəsini 2 ay müddətində təsdiq etməlidir.
Bu qərarın 2-ci bəndində göstərilmiş viza blanklarının tətbiqinə 2002-ci il oktyabr ayının 1-dən başlanmalıdır.
Qərar imzalandığı gündən qüvvəyə minmişdir.
Bu qərar barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.